reklam
Regionxeberlericom.az » Sosial » Belədirsə, xaricdə təhsili qadağan edin!!! - ETİRAZ

reklam

Belədirsə, xaricdə təhsili qadağan edin!!! - ETİRAZ


Gürcüstan Texniki Universitetində «Sosial elmlər və beynəlxalq əlaqələr» ixtisası üzrə bakalavr dərəcəsində təhsil almış Əli Salmanovun diplomu Azərbaycanda qəbul edilmir. Deyir ki, 2017-ci ildə Gürcüstanda təhsilini bitirəndən sonra diplomunun Azərbaycanda tanınmasından ötrü Təhsil Nazirliyinin Nostrifikasiya İdarəsinə müraciət edib. Amma idarədən ona rədd cavabı verilib. Özünün bildirdiyinə görə, səbəb də göstərməyiblər.

regionxeberlericom.az-un DİA.AZ-a istinadən məlumatına görə, 24-yaşlı Ə.Salmanov bildirir ki, onun heç xaricdə təhsil almaq niyyəti olmayıb. Amma Azərbaycanda təhsil haqqının yüksək olması, ailəsinin durumuna görə bu addımı atmaq məcburiyyətində qalıb: «Ailəm Kəlbəcərdən məcburi köçkündür. Özüm 1995-ci ildə ovaxtkı Xanlar, indiki Göygöl rayonunda anadan olmuşam. 2012-ci ildə Kəlbəcər rayon 9 saylı tam orta məktəbi bitirib, Azərbaycan Kooperasiya Universitetinin «Tərcümə (ingilis dili üzrə)» ixtisasına qəbul olmuşdum. Lakin universitetdə təhsil haqqı baha olduğuna görə ailəmizin maddi durumu təhsilimi orada davam etdirməyə imkan vermədi. Bu üzdən mən Gürcüstanda təhsil almağa qərar verdim. Orada təhsil haqqı ailəmizin büdcəsinə uyğun idi»

Əli bir müddət öncə diplomunun tanınması tələbiylə Təhsil Nazirliyini məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi onun iddiasını təmin edib. Təhsil Nazirliyinin üzərinə diplomun tanınması öhdəliyi qoyulub. Nazirlik qərardan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi birinci instansiyanın qərarını ləğv edib.

Ə.Salmanov bu qərarı vermiş Bakı Apellyasiya Məhkəməsinin hakimi Afaq Nuriyevadan prezidentə, vitse-prezidentə şikayət edib. İddia edir ki, hakim öz maraqlarına görə qərarı ləğv edib.

«Vətəndaşın haqlı olduğu belə məqamlarda haqsız, ədalətsiz qərarlar çıxarıb, vətəndaşı narazı salmaq prezidentin «Məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi haqqında» Fərmanına da kölgə salır», - hakimin cəzalandırılmasını tələb edən Ə.Salmanov məktubunda belə yazır.

O, Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini söyləyib: «Təhsil haqqına, imkansızlığa görə məcbur qalıb Gürcüstanda oxumuşam, indi diplomumu tanımırlar. Bu nə deməkdir axı?!».


Paylaş:


Müəllif : Tarix:
7-11-2019, 09:44
Sikayət   


loading...
Загрузка...