Seriallarımızda Azərbaycan ailəsinin mənfi obrazı: NƏLƏR DƏYİŞMƏLİDİR?
“Özəl televiziya kanallarında yayımlanan seriallarda Azərbaycan ailəsi çox təhrif olunan formada təqdim olunur”.
Bu sözləri Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli Azərbaycanda özəl televiziya kanallarındakı nöqsanlardan danışarkən deyib. O bildirib ki, reytinqi əsas tutaraq bütün işləri görmək çox ciddi nöqsanlara səbəb olur:
“Ümumiyyətlə, özəl televiziya kanallarında verilişlərin bayağılığı, süniliyi Milli Televiziya və Radio Şurasının sədri kimi məni çox narahat edir”.
Sosioloq Əhməd Qəşəmoğlu Lent.az -a bildirib ki, seriallar əhalinin mentalitetində, davranışında müəyyən dəyişikliklər etmək üçün xüsusi texnologiyadır:
“Teleseriallar yaradılıb ki, insanların yavaş-yavaş beynində, qəlbində, şüurunda dəyişiklik etmək mümkün olsun. Əgər davranışlarda, mentalitetdə xoşagəlməyən hallar yaranarsa, problemlərin aradan qalxması üçün seriallar mühüm rol oynayır. Bizdə isə bunun texnologiya olduğundan xəbərsizdirlər”.
Sosioloq qeyd edib ki, hazırda ailə problemləri ilə bağlı ciddi filmlərin çəkilməsinə ehtiyac böyükdür:
“Əgər bu mümkün olmursa, yaxşı olar ki, bununla bağlı xüsusi komissiya yaradılsın. Mən də sosioloq kimi yardımçı olmağa hər an hazıram.
Hazırda ölkəmiz üçün ailə problemi Qarabağ problemindən qat-qat aktualdır. Çünki hazırda ailə quran şəxslərin 30 faizə yaxını boşanır, bundan ikiqat çox ailə isə gərginlik içərisindədir. Ümumiyyətlə, Azərbaycanda 10-15 faizə qədər ailədə normal münasibətlər var. Bəzən deyilir ki, ailədəki gərginlik ər və arvadın faciəsidir. Ancaq belə deyil. Nəzərə almalıyıq ki, həmin ailələrdə yeni nəsil böyüyür. Onların gərginlik, psixoloji travma alaraq böyüməsi gələcək üçün təhlükə yaradır.
Yeni nəsil keyfiyyətli olarsa, Qarabağı, bütün işğal altında olan ərazilərimizi qaytara bilərik. Ancaq bunun əksi baş versə, gələcək nəslə heç Qarabağ lazım olmayacaq”.
Ə.Qəşəmoğlu əlavə edib ki, hazırda bütün diqqəti ailələri xilas etməyə yönəltmək lazımdır:
“Bunun üçün indiki seriallarda ailələrin faciələrini açmaq, dərinləşdirmək yerinə, nümunəvi ailələrdən söz açmalı, problemlərdən çıxış yollarını göstərməliyik.
Məsələn, hazırda istənilən toy mərasimi böyük sosial bəladır. Çünki toyu edən də, ora gedən də ağlayır, ortada bir qrup işbaz isə “at oynadır”. Bütün bunlar seriallar vasitəsilə işıqlandırılmalı, insanlara düzgün məlumatlar ötürülməlidir ki, problemlər həll olunsun.
İllərdir qohum evlilikləri pislənilir. Həkimlər həyəcan təbili çalır. Bunlar, bunun yaratdığı faciələr işıqlandırılmalıdır”.
Sosioloq düşünür ki, xoşagəlməz seriallar ailələrə qarşı mənəvi narkotikdır:
“Bununla ailələrə böyük mənəvi zərbə vurulur. Aktual mövzular olsa da, hərə bir cür mənasız serial çəkir və kanallar da bunu yayımlayır. Bütün bunlar qısa müddətdə öz həllini tapmalı, kanallardan yığışdırılmalıdır”.
Kinoşünas Aygün Aslanlı isə bildirib ki, seriallar kommersiya məqsədi ilə çəkilir:
“Ümumiyyətlə, seriallarla bağlı problemlər hazırda tək Azərbaycanda yox, dünyada da var. Ancaq ölkələrin əksəriyyətində artıq seriallar müəyyən mesajları əhaliyə ötürə bilirlər. Məsələn, Türkiyədə çəkilən filmlərdə tez-tez gündəmdə olan mövzulara qısa olsa belə, yer verilir. Bizdə isə bundan istifadə olunmur, əksinə problemlər daha da qabardılır və fərqli formatda təqdim edilir”.
Kinoşünas düşünür ki, ölkədə çəkilən seriallar zamanla ayaqlaşa bilmir:
“Hazırda çox gerilik var. Dünyadakı platformalarda filmlərin mövzusu da, təsviri də fərqli olur. Bizdə isə yenilik yoxdur, monoton mövzular davam edir. Bundan başqa, hazırda kanallarda yayımlanan filmlərdə maarifləndirmə yox dərəcəsindədir və hələ də patriarxal düşüncələr təqdim olunur. Biz səbəb soruşduqda deyirlər ki, insanlar bunlara baxır və maraq dairəsinə uyğun addım atılır. Burada günah tək bir şəxsdə və ya aktyorlarda deyil. Məsələn, hamı, serialları maliyyələşdirən, eləcə də qəbul edən kanallar bu sahədə işləməlidirlər. Tələb etməlidirlər ki, gündəmə uyğun və maarifləndirici kadrlar yer alsın. Çünki cəmiyyətin narahatlığı bunlardır. Həm də ard-arda baş verən hadisələrə, gündəmə uyğun hadisələrə mütləq filmlər vasitəsilə reaksiya verilməlidir, ancaq bu heç kəsin marağında deyil”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-11-2019, 15:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-11-2019, 15:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56