"Bütün qazanxana və istilik məntəqələrində nəzarət sistemləri quraşdırılacaq" - RƏSMİ
“Hazırda ümumrespublika ərazisində 550 qazanxana və 90 istilik məntəqəsi fəaliyyət göstərir”.
regionxeberlericom.az bildirir ki, bu sözləri Lent.az -a açıqlamasında “Azəristiliktəchizat” ASC-nin Abonent və Müştəri Xidmətlərinin rəisi Rafiq Əliyev deyib. O bildirib ki, 2018-ci ildən etibarən istilik parametrlərinə məsafədən nəzarət sistemi quraşdırılıb:
“Ümumilikdə, 255 (ötən il 135, bu il 120) qazanxana və istilik məntəqəsi sözügedən sistemlə təchiz edilib. Bu sistem vasitəsi ilə Bakı şəhərinin və regionların istənilən ərazisində qazanxana və istilik məntəqələrindən yaşayış binaları və sosial obyektlərə gedən və qayıdan xətlərdəki suyun temperaturuna və təzyiqinə, qazanxanaların girişində qazın təzyiqi parametrlərinə nəzarət etmək mümkündür”.
R.Əliyev qeyd edib ki, nəzarət sistemlərinin quraşdırılmasına davam ediləcək:
“Bütün qazanxana və istilik məntəqələrində sözügedən sistemin quraşdırılması nəzərdə tutulub. Yaradılan sistem vasitəsilə mərkəzi dispetçer sistemində, eləcə də aidiyyəti qurumların hamısında komputerlə, həm də mobil telefonla nəzarət mümkündür. Belə ki, əgər qazanxana və istilik məntəqələrində temperatur, təzyiq aşağı düşərsə, əraziyə işçilər göndərilir və qısa müddətdə problemlər həll edilir”.
Qurum rəsmisi əlavə edib ki, payız qış mövsümünün yaxınlaşması ilə əlaqədar istehlakçılar tərəfindən də yaşayış binaları, mənzillər və sosial obyektlərdə enerji qoruyucu tədbirlər görülməlidir:
“Eləcə də binaların ümumi istifadədə olunan hissələrində, pilləkən qəfəslərində və digər yerlərdə qapı və pəncərələrdən istilik itkilərin qarşısının alınması üçün müəyyən işlər aparılmalı, binadaxili və mənzildaxili istilik sistemləri təkrar yoxlanılmalı, istilik sistemlərində yaranmış su sızmaları və axıntılar dərhal aradan qaldırılmalı, əvvəlki mövsümdə istilikvermə qabiliyyəti zəif olan qızdırıcı cihazlar yuyularaq təmizlənməli və ya yenisi ilə əvəz olunmalı, köhnə polad borulardan olan dik dayaqlarda tutulma halları müşahidə olunduğu zaman həmin dik dayaqlar yenisi ilə əvəz olunmalıdır".
Qeyd edək ki, bu il istilik mövsümü respublikanın dağ və dağətəyi rayonlarında noyabrın 1-dən başlayıb. Bakı şəhərində və respublikanın digər ərazilərində isə istilik mövsümü noyabr ayının 15-dən etibarən veriləcək.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-11-2019, 16:52
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-11-2019, 16:52
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 10:07
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır
Dünən, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
Dünən, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
Dünən, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
Dünən, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56