Əkbər Hacıyev illərdir onların arzusunu ürəklərində qoyub - Müraciət...
Bərdə şəhərinə yaxın kəndlərdən biri olan Zümürxanda 100-ə qədər ailə mavi yanacaqdan istifadə edə bilmir. Ətraf kəndlərdə - İmamqulubəyli, Dilənçilər, Şortəpədə, eləcə də Zümürxan kəndinin özündə sakinlərin yarıdan çoxu qazdan istifadə etsə də, 100-ə qədər ailə mavi yanacağın həsrətini çəkir. Sputnik Azərbaycan kənd sakinlərinin problemi ilə maraqlanıb.
Laçın rayonundan məcburi köçkün Nəsib Alışov 1999-cu ildən Zümürxan kəndində məskunlaşıb. Ərazidə qaz çəkilişi həyata keçirilsə də, onlar bu imkandan yararlana bilməyiblər. Küçələrinin yaxınlığından qaz xətti keçməsinə baxmayaraq, Dövlət Proqramı əsasında hazırlanmış layihədən kənarda qalıblar.
"2014-cü ildə Zümürxan kəndi ərazisində qazlaşdırma aparılıb. Ancaq çəkiliş həyata keçirilərkən nədənsə bizi yaddan çıxarıblar. Sonra da bu gün-sabah deyə-deyə yubadıblar. Bununla bağlı şəxsən öz adımdan, burada məskunlaşmış qaçqınların, yerli sakinlərin dilindən Prezidentə, Vitse-prezidentə, Milli Məclisin sədrinə, SOCAR-ın prezidenti Rövnəq Abdullayevə çoxlu sayda məktublar göndərmişik. Oradan müraciətimizə baxılması Bərdə rayon İcra Hakimiyyətinə həvalə olunub. İcra Hakimiyyətindən dedilər ki, layihə hazırlanıb, evlərə qaz çəkiləcək. Amma deyilənlər vəd olaraq qaldı", - deyə Nəsib Alışov bildirir.
Nəsib Alışovun fikrincə, məktubların Bərdə rayon İcra Hakimiyyətinə yönləndirilməsi məsələnin həllinin yerli səlahiyyətli dövlət orqanına tapşırılması deməkdir: "Yazdığımız məktublara cavablar gəlib. 2016-cı ildə Prezident Administrasiyasının göndərdiyi məktub əlimdədir. O gündən bu günə qədər Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevdən kömək gözləyirik".
Zümürxanda yaşayan məcburi köçkünlər qaz çəkilişi xahişilə Bərdə rayon İH başçısı Vidadi İsayevin qəbulunda olublar: "Axırıncı dəfə üç həftə bundan əvvəl başçının qəbulunda olduq. O bildirdi ki, qaz çəkilişini aparmaq icra hakimiyyətinin işi deyil. Buna görə Regional Qaz İdarəsinə müraciət edin. Qaz idarəsindən isə deyirlər ki, qaz çəkilişi ilə onlar məşğul olmurlar. Bunun üçün podratçı təşkilat var. Həmin təşkilat layihə hazırlayır, təsdiq ediləndən sonra boru, digər materialların qiyməti hesablanır, "Azəriqaz"a göndərilir. Vətəndaşlar həmin vəsaiti ödəyəndən sonra işə başlayırlar. Bizim də tələb olunan vəsaiti toplamağa, ödəməyə maddi imkanımız yoxdur. Kasıb, köçkün adamlarıq. Pulumuz olmadığına görə illərdir ki, sağımızda, solumuzda qaz yandığı halda, biz ölkəmizin sərvətindən yararlana bilmirik".
"2014-cü ilin martında qonşu Dilənçilər kəndində qaz açılışı oldu. Oraya gedib başçı, deputat Zahid Oruc və "Azəriqaz"ın nümayəndəsilə görüşdük. Söz vermişdilər ki, aprel ayında bizim evlər də qaz ilə təmin ediləcək. Ancaq o vaxtdan 5 il keçsə də, verilən vəd yerinə yetirilmədi", - deyə Nəsib Alışov təəssüf hissi ilə bildirir.
Kəlbəcər rayonundan məcburi köçkünlər, 1993-cü ildən Zümürxan kəndində məskunlaşmış Yasin Əzimov və Famil Hüseynov da Nəsib Alışovun dediklərini təsdiq edirlər. Onlar da qazlaşdırmanın aparılmamasından şikayətlənirlər.
"Evimizi qızdırmaq üçün elektrik enerjisindən istifadə etmək məcburiyyətində qalırıq. Hər ay 70-80 manatlıq enerji sərfiyyatı olur. Onu da ödəməyə gücümüz çatmır. Meşə də yoxdur ki, qırıb, odun tədarükü görək", - deyə F.Hüseynov durumlarından gileylənir.
Kəlbəcər rayonunun Çərəktar kəndindən məcburi köçkün olan Cahangir Əzimov da qaz çəkilişinə görə əlaqədar qurumlara müraciət etdiklərini deyir: "Regional Qaz İdarəsinə, ondan əvvəl Bərdə rayon Qaz İdarəsinə evlərimizə qaz çəkilişi ilə bağlı müraciət etsək də, köməklik göstərilməyib. Yaşadığımız ərazinin layihəsi hazırlanıb. Lakin Prezidentimizin imzaladığı fərmana uyğun olaraq ayrılmış 5 milyon manatdan bizim üçün qaz çəkilişinə pul xərcləmək istəmirlər. Ölkə başçısı Dövlət Proqramına əsasən qaz çəkilişi aparılan ərazilərdə tamamlanmamış işlərin görülməsinə görə bu vəsaiti ayırıb. Buna baxmayaraq, bizə qaz çəkilişində köməklik göstərmirlər".
C.Əzimov qeyd edir ki, yaşadıqları ərazi ilə Bərdə şəhərinin arasındakı məsafə elə də uzaq deyil - vur-tut üç kilometrdir. Hansı ki, ucqar kəndlərə belə qaz çəkilişi aparılıb. Həmsöhbətimiz deyir ki, qaza həsrət qalan 100-dək ailə qışqabağı başlarına nə çarə qılacaqlarını bilmirlər. Məcburi köçkün bağındakı tut və ərik ağaclarını doğrayaraq, odun tədarükü gördüyünü bildirir. Amma qışın sonunadək bəs edəcəyindən əmin deyil.
Ağdam sakini Bayram Nəzərov da gələn qışın onları böyük qayğılarla üz-üzə qoyduğunu bildirir. İmkanı olanların evinə qaz çəkildiyini, olmayanların isə əzab-əziyyətə qatlaşaraq, odun sobalarından istifadə etmək məcburiyyətində qaldığını deyir. Uzun illər, keçən neçə qışdan sonra yenə də bu adamlar hakimiyyət orqanlarının onların səsinə səs verəcəyinə ümidlərini itirmirlər.
Bərdə rayon İcra Hakimiyyətinin Zümürxan kənd İnzibati Ərazi üzrə nümayəndəsi Mübariz Abbasov deyilən ərazidə qaz çəkilişinin 2014-cü ildə aparıldığını bildirib: "Ancaq aparılan işlər keçmiş qaz təsərrüfatının bərpası üzərində həyata keçirildiyindən 90-cı illərdən sonra inşa edilmiş evlərin qazlaşdırmadan kənarda qalmasına səbəb olub. "Azəriqaz"ın tələbinə görə, indiki halda qaz çəkilişi vətəndaşların şəxsi vəsaiti hesabına aparılmalıdır. Kənd sakinlərinin aztəminatlı olması səbəbindən həmin şəxslər də öz vəsaitləri hesabına qaz çəkilişini apara bilmirlər".
İndi zümürxanlıların aidiyyəti qurumlardan gözlədiyi qışın soyuğundan qurunmaq üçün evlərinə qaz çəkilişinə yardımın göstərilməsidir. Vaxtında Sovetdən qalma qaz təsərrüfatının üzərində deyil, yeni layihə ilə çəkiliş aparılsa, bu gün sakinlər də bu problemi yaşamazdılar, təbii ki.
Ümid edək ki, ölkəmizin hər bir evində mavi qazın yandırılmasını hədəf seçmiş "Azəriqaz" çoxsaylı xahişləri nəzərə alaraq zümürxanlıların fəryadına biganə qalmayacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-11-2019, 09:26
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-11-2019, 09:26
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16