“Azər Qasımlı Vidadi Səfərovu bitirdi” - ReAl-ın komitə başqanı
ReAl partiyasının İqtisadi Siyasət Komitəsinin başqanı Zöhrab İsmayıl "Facebook" hesabında partiyanın Məclis başqanlığından istefa verən Azər Qasımlını tənqid edib.
regionxeberlericom.az “Report”-a istinadən xəbər verir ki, Zöhrab İsmayıl statusunda “Azər Qasımlı mənim dostumdur, biz onunla partiyalaşma prosesində çox yaxınlaşdıq və mən ona əlimdən gələn hər dəstəyi verdim” yazıb:
“ReAl-ın partiyalaşma prosesində bir nəfər vardı - Vidadi Səfərov. O da 2013-cü ildən sonra qoşulmuşdu. Amma partiyalaşma prosesində çox böyük zəhmət vermişdi və hər kəs ona potensial İdarə Heyəti üzvü, gələcək tanınmış siyasətçi kimi baxırdı. Prosesin sonuna yaxın Vidadi bizə aydın olmayan səbəblərdən Azər Qasımlıya qarşı çıxdı, onu üzvlər qarşısında tənqid etməyə başladı”.
O bildirib ki, Azər Qasımlı Vidadi Səfərova qarşı çox sərt olub: “Halbuki, birbaşa işlədiyi adam idi, özü onu Təftiş Komissiyasına(TK) təklif etmişdi və ona gələcək İdarə Heyətində (İH) görürdü. Şərt qoydu ki, Vidadi Təşkilat Komitəsindən, qurultay nümayəndəliyindən və El Məclisindən getməlidir. Biz hamımız razılaşmalı olduq, bitirdi adamı. Bu da sizə demokratiya!”
“Amma Vidadi və onun dostları gedəndə nə açıqlama verdi, nə bəyanat. ReAl-çılardan başqa heç kəs bilmədi bunu, qurultay üçün heç bir daxili problem yaranmadı”, – Z.İsmayıl sözlərinə əlavə edib:
“Məclisinin toplantısından sonra Azər və başqa bir neçə nəfər açıqlama yaydılar. Məclisin qrupunda yazdım ki, belə məsələləri ictimai yazmayın, aramızda müzakirə edək. Azər təsdiq etmədi postumu, senzuradan keçmədi. Bu da sizə idarəetmə!”
Xatırladaq ki, ReAl Partiyası Məclisinin başqanı Azər Qasımlı partiyadan istefa verib.
Paylaş:
Müəllif : Yazar
Tarix:8-11-2019, 12:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:8-11-2019, 12:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 17:08
Səmyar Abdullayev oğlunu Harvardda oxudur: Gözdən əlillərin pulları hesabına... - Başqa nə cür ola bilər ki?..
Bu gün, 17:03
Polimer Materialları İnstitutunda “VEDİBASAR İNŞAAT” MMC ilə işbirliyini belə gizlətmək istədilər
Bu gün, 16:57
Barəsində üç dəfə həbs qətimkan tədbiri seçilən şəxs icra başçısı olmaq istəyir – İDDİA/VİDEO
Dünən, 10:30
Yardımlı rayon icra hakimiyyətinin başçısı barədə rüşvət ittihamı - "Tikinti aparmaq üçün 3500 pul istəyirlər"
Dünən, 09:15
Lisenziyasız kosmetoloji fəalliyyət göstərən Aygün Abdullayeva…. Nə sertifikat kimsən sən?!!!!!-Araşdırma-Fotolar
Dünən, 08:54