reklam
Regionxeberlericom.az » Sosial » DSMF-yə qarşı daha bir MƏHKƏMƏ QƏRARI... - Amma nədənsə icra olunmur...

reklam

DSMF-yə qarşı daha bir MƏHKƏMƏ QƏRARI... - Amma nədənsə icra olunmur...

Bərdə rayon, B.Hacıyev küçəsi ev 9, mənzil 1 ünvanında yaşayan Qarabağ müharibə əlilli, çavuş Şahbazov Surxay Talış oğlu Prezident İlham Əliyevə müraciət ünvanlayıb. DİA.AZ həmin müraciəti olduğu kimi təqdim edir:

"Bildirmək istəyirəm ki, iki il Sovet Ordusunda xidmət etmişəm. aprel 1992-ci ildən avqust 1992-ci ilədək 703 saylı hərbi hissədə xidmət etmişəm, Tərtər rayonu ərazisində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışam.
2-ci qrup Qarabağ Müharibə əlilliyəm.
Qeyd etmək istəyirəm ki, DSMF Bərdə rayon şöbəsindən Prezident təqaüdü alıram, DSMF Bərdə rayon şöbəsinə qanuna müvafiq olaraq müraciət etdim ki, mənə Prezident təqaüdünün ödənilməyən 2015-ci ildən 2018-ci ilədək fərq məbləği ödənilsin, lakim bu barədə müraciətimə imtina edilmişdir, məcbur qalıb məhkəməyə müraciət etdim, məhkəmə xeyrimə qərar qəbul etdi və məhkəmə qərarı 18.07.2019-cu ildə qanuni qüvvəsini almışdır, lakin bu günə kimi hələdə məhkəmə qərarı icra edilməyərək qalmaqdadır.

Sizdən xahiş edirəm ki, qanuni qüvvəsini almış məhkəmə qərarının icra edəsiniz, mənə ödəniləcək pul vəsaitinin hesablanıb cəminin nə qədər olması barədə yazılı şəkildə məlumat verəsiniz və mənə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün ödənilməyən, yəni 2015-ci ilin fevral ayından 2018-ci ilin fevral ayına qədər cəmi 36 ay fərq məbləğinin tam şəkildə birdəfəlik ödənilməsi barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon şöbəsinə müvafiq göstəriş verəsiniz".

Dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq...



Paylaş:


Müəllif : Tarix:
11-11-2019, 10:13
Sikayət   


loading...
Загрузка...