"XalqBank" 17 milyon dollar qanunsuz kredit verib - ŞOK FAKTLAR
“Bakının Səməd Vurğun küçəsində “Yasmin” ticarət mərkəzi var. Bütün yeni binalar kimi onun da içindəki obyektlər tikildiyi dövrdən satılmağa başlayıb. 2009-cu ildən. Onlarla kiçik və orta sahibkar orada obyekt alıb. Obyektlərin əksəriyyətinin qiyməti 100000 manatdan çoxdur. Təbii, sahibkarlara “kupça” verilməyib, çünki tikilən binanın Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatı olmur. Obyektin alışı müqavilə və ödənişi təsdiqləyən maliyyə arayışı ilə rəsmiləşdirilib. Yəni adi qaydada”.
regionxeberlericom.az AFN-ə istinadən xəbər verir ki, belə bir açıqlama ilə hüquqşünas Əkrəm Həsənov çıxış edib. Onun sözlərinə görə, obyektləri satandan sonra 2010-cu ildə tikinti şirkəti olan “Mars-M” Daşınmaz Əmlakın Dövlət Reyestrində “Yasmin”in qabaqcadan qeydiyyatına nail olub. Bina hələ tam tikilməmiş və təhvil verilməmiş olsa da, bütün binaya “kupça” əldə edilib. Ə.Həsənov bunun qanunsuz olmadığını deməklə yanaşı, eyni zamanda çox nadir hal olduğunu bildirib.
Daha sonra qeyd edib ki, əldə etdiyi “kupça” əsasında “Mars-M” ticarət mərkəzini “XalqBank”a girov qoyaraq 17 mln. dollar kredit götürüb: “Kreditdən 1 sent də ödəməyib. Bank da məhkəmədə iddia qaldırıb, işi udub, indi də ticarət mərkəzinə tutma yönəltmək, yəni hərracda satmaq istəyir. Bankın adamları artıq ticarət mərkəzini zəbt ediblər və ora sahibkarları buraxmırlar. Obyekt mülkiyyətçilərinə isə bank deyir ki, sizin “kupça”nız yoxdur, sizə satılan obyektlər haqda məlumatımız yoxdur, gedin pulunuzu “Mars-M”-in rəhbərindən istəyin.
Yalnız sahibkarlar şikayət etməyə başlayandan sonra “XalqBank” prokurorluğa “Mars-M”in rəhbəri Mərhəmət Bəşirovdan şikayət edib. Prokurorluq da Bəşirovu həbs edərək əvvəlcə dələduzluğun ən ağır forması (14 illik azadlıqdan məhrumetmə) əvəzinə nisbətən yüngül tərkibi (maksimum 10 illik azadlıqdan məhrumetmə) ilə ittiham irəli sürüb, sonra isə ümumiyyətlə bu ittihamdan imtina edərək onu bankdan qanunsuz (guya bankı girov məsələsində aldadıb) kredit almaqda (maksimum 5 il azadlıqdan məhrumetmə) ittiham edib. Yəni Bəşirovu kimsə himayə edir və ciddi cəzalandırılmasına imkan vermir. İşə Yasamal məhkəməsində baxılır”.
Hüquqşünas hesab edir ki, bu ittiham əsasında bir neçə problemi həll etməyə çalışırlar: 1) Bəşirov bankı aldadıbsa, deməli, bank vicdanlıdır; 2) Bəşirova ən yüngül cəza veriləcək; 3) Narazı sahibkarlar itirdiyi pulu heç bir rəsmi əmlakı olmayan və guya 17 mln. dolların başına daş salmış Bəşirovdan tələb etməli olacaq. Ə.Həsənovun fikrincə, əslində vəziyyət tam fərqlidir: “Bank heç də vicdanlı tərəf deyil bu işdə. Yəni ticarət mərkəzini girov götürərkən ən azı onun obyektlərinin bir qisminin satılmasını bilməli idi (sahibkarlar hesab edir ki, nəinki bilməli idi, bilib!). Əvvəla, şirkətin maliyyə sənədlərinin təhlili əsasında başa düşməli idi ki, ticarət mərkəzi obyektlərin satışı nəticəsində əldə edilən pul hesabına tikilib (hansı tikinti şirkəti sırf öz pulu ilə bina tikir?). Daha sonra ən azı 2 kənar qiymətləndirici ticarət mərkəzinin vəziyyəti və qiyməti barədə hesabat verməli idi. Nəhayət, bank özü də baxış keçirməli idi. Bunlar olsaydı, bəzi obyektlərin hətta vergi orqanından kod alaraq artıq fəaliyyət göstərdiyini də görə bilərdi bank.
Mən hələ onu demirəm ki, bank qanunvericiliyə əsasən bir sıra sənəd (biznes-plan, tikinti sənədləri və s.) tələb etməli idi “Mars-M”-dən, amma bunu etməyib. Bir sözlə, bank özü qanunsuz kredit verib! Buna görə də heç bir halda vicdanlı hesab edilə bilməz. Təsadüfi deyil ki, “XalqBank”ın filialı kreditin verilməməsi haqda qərar qəbul edib, amma Müşahidə Şurası bir gün sonra fərqli qərar verib. Yəni bankın özündə belə kreditin şübhəli olduğu bəzilərinə məlum olub…”
Ə.Həsənov deyir ki, bu prosesdə ölkə iqtisadiyyatına pul yatıran, obyekt alaraq orada sahibkarlıqla məşğul olmaq istəyən şəxslər dələduzluğa məruz qalıblar: “Pulları gedib, obyektlər də əllərindən alınır. Tikinti şirkəti+bank+məmur üçbucağının qanunsuz əməlləri nəticəsində! İndi siz deyin: belə ölkəyə pul yatırmaq, burada fəaliyyət göstərmək olarmı? Şəxsən mənim üçün bu işin yekunu həmin sualın son cavabı olacaq. Ya məmurlar və məhkəmələr dövlət başçısının göstərişlərinə (o cümlədən sahibkarlığa dəstəklə bağlı) əməl edərək işə ədalətli yanaşıb haqqı bərpa edəcək, ya da hamımıza deyəcəklər: “Ağlınız olardı, bu ölkəyə pul yatırmazdınız!”
“XalqBank”ın mətbuat xidmətindən AFN-in sorğusuna cavab olaraq bildirildi ki, hazırda məhkəmə prosesi getdiyi üçün bank bu məsələ ilə bağlı hər hansı açıqlama verməyə lüzum görmür.
Paylaş:
Müəllif : Yazar
Tarix:13-11-2019, 17:16
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-11-2019, 17:16
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
14-11-2024, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56