“Ölkə iqtisadiyyatına pul yatıran sahibkarlar dələduzluğa məruz qalıb” - QALMAQAL
“İqtisadiyyat Nazirliyinə birləşdirilən Əmlak Məsələləri Dövlət Komitəsi “Yasmin” ticarət mərkəzinin binasının tikintisi başa çatmadan bu binanı tikən “Mars-M” adlı tikinti şirkətinə mülkiyyəti təsdiq edən sənəd (“kupça”) verib. Əldə etdiyi “kupça” əsasında “Mars-M” ticarət mərkəzini “Xalq Bank” ASC-yə girov qoyaraq 17 milyon dollar kredit götürüb”.
Bizimyol.info xəbər verir ki, bu barədə hüquqşünas Əkrəm Həsənov bildirib.
Onun sözlərinə görə, tikinti şirkəti Bakının Səməd Vurğun küçəsində yerləşən “Yasmin” ticarət mərkəzində sahibkarlara satılan obyektləri də banka girov qoyulub: “Yasmin”dəki obyektlər tikildiyi dövrdən satılmağa başlanıb. Onlarla kiçik və orta sahibkar orada obyekt alıb.
Obyektlərin əksəriyyətinin qiyməti 100000 manatdan çoxdur. Təbii, sahibkarlara “kupça” verilməyib, çünki tikilən binanın Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatı olmur. Obyektin alışı müqavilə və ödənişi təsdiqləyən maliyyə arayışı ilə rəsmiləşdirilib. Yəni adi qaydada.
Obyektləri satandan sonra 2010-cu ildə tikinti şirkəti olan “Mars-M” Daşınmaz Əmlakın Dövlət Reyestrində “Yasmin”in qabaqcadan qeydiyyatına nail olub. Yəni bina hələ tam tikilməmiş və təhvil verilməmiş bütün binaya “kupça” əldə edilib. Qanunsuz bir şey deyil. Sadəcə çox nadir haldır. Adətən Kərəm Həsənovun mərhum Komitəsi belə qeydiyyatı etmirdi. Bəzən edirdi. Hansı hallarda və niyə – yəqin ki, hamınızın təxmini var!
Əldə etdiyi “kupça” əsasında “Mars-M” ticarət mərkəzini “Xalq Bank”a girov qoyaraq 17 mln. dollar kredit götürüb. Satdığı obyektlərlə bir yerdə. Kreditdən 1 sent də ödəməyib. Bank da məhkəmədə iddia qaldırıb, işi udub, indi də ticarət mərkəzinə tutma yönəltmək, yəni hərracda satmaq istəyir. Obyekt mülkiyyətçilərinə isə bank deyir ki, sizin “kupça”nız yoxdur, sizə satılan obyektlər haqda məlumatım yoxdur, gedin pulunuzu “Mars-M”-in rəhbərindən istəyin”.
Hüquqşunas deyib ki, yalnız sahibkarlar şikayət etməyə başlayandan sonra “Xalq Bank” prokurorluğa “Mars-M”-in rəhbəri Mərhəmət Bəşirovdan şikayət edib: “Prokurorluq da Bəşirovu həbs edərək əvvəlcə dələduzluğun ən ağır forması, yəni 14 illik azadlıqdan məhrumetmə əvəzinə nisbətən yüngül tərkibi (maksimum 10 illik azadlıqdan məhrumetmə) ilə ittiham irəli sürüb, sonra isə ümumiyyətlə bu ittihamdan imtina edərək onu bankdan qanunsuz (guya bankı girov məsələsində aldadıb) kredit almaqda (maksimum 5 il azadlıqdan məhrumetmə) ittiham edib. Yəni Bəşirovu kimsə himayə edir və ciddi cəzalandırılmasına imkan vermir. İşə Yasamal rayon Məhkəməsində baxılır”.
Hüquqşünas Əkrəm Həsənov bildirib ki, ölkə iqtisadiyyatına pul yatıran, obyekt alaraq orada sahibkarlıqla məşğul olmaq istəyən şəxslər dələduzluğa məruz qalıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-11-2019, 10:25
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-11-2019, 10:25
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
14-11-2024, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56