“Yanmış binanı mənə təmir etdirib pulu vermədilər” - QALMAQAL
“Yanmış, 12 ailənin yerləşdiyi yaşayış binasını mənə təmir etdirib pulumu ödəmədilər”.
regionxeberlericom.az bildirir ki, bu sözləri “Qafqazinfo”ya şikayətində tikinti mütəxəssisi İlqar Məmmədov deyib. Bakı sakini olan şikayətçi bildirib ki, Xətai rayonu NZS qəsəbəsində yerləşən ikimərtəbəli binada yanğın baş verdikdən sonra sözügedən binanın təmir işləri onun öhdəliyinə verilib. Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin təklifi əsasında tikinti işləri yekunlaşsa da sakin ödədiyi məbləği qurumdan ala bilmir:
“Materiala və 12 ustaya 8400 manat pul ödənilib. O vaxt Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Əvəz İsmayılov idi və o, ödənişin verilməsini müxtəlif bəhanələrlə gecikdirdi. Daha sonra onun yerinə Sahib Babayev təyin olundu. S. Babayevlə görüşümdə mənə bildirdi ki, ödənişi Əvəz İsmayılovdan tələb etməliyəm. Bir çox üst instansiyalara müraciət etsəm də, cavab ala bilmirəm. Bircə Bakı Şəhər İcra Hakimiyyətindən cavab gəldi ki, məsələ Xətai rayon İcra Hakimiyyətinə yönləndirilib, araşdırılacaq.
İcradan rəy verildi ki, iş müqaviləsiz görülüb və hər hansı bir ödəniş olunmayacaq. İndi mən bilmirəm pulumu kimdən tələb edim. Borcum olan sahibkarlar hər gün məndən pul tələb edir”.
İlqar Məmmədov əlavə edib ki, artıq 1 ildir ki, pulunu ala bilmir. Belə ki, sözügedən yanğın hadisəsi ötən ilin noyabrında baş verib.
Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, vətəndaş rəsmi müraciət etdiyi təqdirdə məsələyə bir də baxıla bilər:
“Əslində cavabda bizim mövqeyimiz bildirilib, ancaq yenə də vətəndaş müraciət etdiyi təqdirdə işinə baxılacaq. Başçımız da təzədir, məsələ yenidən araşdırılar. Vətəndaş aldığı cavabdan narazı qaldığı təqdirdə qanunlarımız imkan verir ki, məhkəməyə müraciət etsin”.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-11-2019, 18:04
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-11-2019, 18:04
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
14-11-2024, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56