reklam
Regionxeberlericom.az » Sosial » Qəsdən özünəzədə, yalançı şikayət və müflis edilən şirkətlər - Tikinti sektorunda yeni bəla

reklam

Qəsdən özünəzədə, yalançı şikayət və müflis edilən şirkətlər - Tikinti sektorunda yeni bəla


Son zamanlar ölkə üzrə tikinti sahəsində fəaliyyət göstərən şirkətlər ciddi problemlərlə üzləşiblər.

Artıq ənənə halını alan bu məsələ tikinti sektorunda çalışanlara başağrısı gətirir.

Və məsələ orasındadır ki, müraciət etdiyimiz şirkətlər bu halı qabartmağağa çalışırlar. Sən demə bu qorxu hüquq-mühafizə orqanlarından imiş.

Bütün təhlükəsizlik tədbirlərinə əməl edən tikinti şirkətləri belə bu işdə çarəsiz qalıblar.

İndi isə məsələnin mahiyyətini diqqətə çatdlraq.

Demək ölkə boyu yaranan mütəşəkkil qrupların üzvləri iş axtarmaq adı ilə tikinti şirkətlərinə baş vururlar. İşə qəbul olunandan bir həftə keçməmiş adamlar şüvən salaraq xəsarət aldıqlarını bəyan edirlər. Üstündən an keçməmiş hüquq-mühafizə orqanları şirkətlərin başının üstünü alır.

Bundan sonra şirkət qalır “zərərçəkən”lərin əlində. Ora çək, bura çək.

Təbii ki, işəgötürən işə qəbul etdiyi tərəflə müqavilə bağlamalı, bütün təhlükəsizlik tədbirlərini həyata keçirməli, işçisini sığortamalıdır. Amma bu dəstənin hədəfi oldusa, qalır Allah ümidinə.

Məsələ ilə bağlı “Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi” Liqasının sədri Sahib Məmmədov Modern.az-a bildirib ki, istənilən şirkət işəgötürdüyü işçi ilə əmək müaviləsi bağlamalıdır:

“İşəgötürən işçini sığortalamalıdır. Sığortalamamağa görə hüquqi şəxs 5 min manatadək cərimə olunur. Bu ildən elektron informasiya sistemində əmək müqaviləsi qeydiyyata alındıqdan sonra müqavilə olmadığına görə, cərimə tətbiq ediləcək. Şirkətlərin çoxu əmək müqaviləsi bağlamadan, qeyri-rəsmi olaraq işçiləri işlədirlər. Bütün işəgötürənlər işçiləri sığortalamalıdırlar. İstehsalatda bədbəxt hadisə və peşə xəstəliklərindən icbari sığorta var, heç böyük də məbləğ deyil. İşçinin əli əzildi, əlil oldusa bütün vəsaiti sığorta şirkəti ödəyəcək. İşəgötürən üçüncü şəxs qarşısında məsuliyyətini sığortalamalıdır”.

S.Məmmədov qeyd edib ki, işçi iş əsnasında zədələnmə nəticəsində müvəqqəti, yaxud davamlı olaraq əmək qabiliyyətini itirirsə, müvafiq sığorta şirkəti onun müalicə xərclərini ödəməlidir:

“İstehsalatda zədələndiyi dövr üçün orta əmək haqqı saxlanılmalıdır. Zədə əmək qabiliyyətini itirəcək dərəcədə deyilsə, şirkət onun tibbi yardım almasını təmin etməlidir”.

Sahib Məmmədovun mövqeyi birmənalı şəkildə müdafiə olunmalıdır. İstənilən halda işçilərin hüquqlarının müdafiəsi hər kəs üçün bir nömrəli maraq kəsb etməlidir.

Ancaq iş adamlarına “Lenin burjuaziyaya baxan kimi baxmaq” sovet təfəkkürünün məhsuludur. Və bu yanaşma ölkə üçün uğurlu nəsə vəd etmir.


Paylaş:


Müəllif : Tarix:
16-11-2019, 12:04
Sikayət   


loading...
Загрузка...