Pulsuzdursa, niyə 210 manat ödəyirik? - “Bu qədər böyük qiymət qoymaq...”
Sabit telefon şəbəkəsinə sahib olmayan vətəndaşlar normal, keyfiyyətli internet əldə etmək üçün simsiz internetə üz tutmalı olur, yəni LTE modem almaq məcburiyyətində qalır. Lakin bu modemlərin baha olması onları əlacsız qoyur.
Belə ki, “Baktelecom”un təqdim etdiyi bu modemi almaq üçün 210 manat ödəməlisən, "Aztelekom" modemi isə 180 manatdır. Vətəndaşlar isə qiyməti baha olmasında şikayətlənir. Onlar iddia edirlər ki, bu modemləri daha ucuz qiymətə almaq mümkündür. Bəziləri isə hesab edir ki, pulsuz verilməlidir və abonəlik dayandırıldığında isə mode qaytarılmalıdır.
Mövzu ilə bağlı tanınmış ekspert, Azərbaycan İnternet Forumunun (AİF) prezidenti Osman Gündüz ilə əlaqə saxladıq. “Yeni Sabah”a danışan O. Gündüz də sözügedən modemlərin baha olduğunu bildirib. O həmin qurğuların pulsuz verilə biləcəyini də deyib:
“Bilirəm ki, dövlətin pulu ilə alınıb. Bu əgər dövlətin pulu ilə alınıbsa, güzəştli şərtlərlə verilməlidir. Simvolik olaraq verilməlidir. Bəlkə, hansı aysa bir neçə aylıq xidmət ödəndikdən sonra pulsuz verilməlidir. Mən düşünürəm ki, həmin modemlərin hər ikisi də indiki reallıqda baha qiymətədir. Məncə, simvolik olaraq verilməlidir. Burada əsas məqsəd insanların innovativ xidmətlərə meyilli olmasıdır. Uzaq radiusda olanlara, ətraf ərazilərdə olanlara stimullaşdırılmalıdır. İnsanlara kömək etmək lazımdır. Bu qədər böyük qiymət qoymaq düşünürəm ki, həm dövlət vəsaiti olması baxımından, həm də operatorların özünün dövlət operatorları olması baxımından elə də məntiqə uyğun bir şey deyil.
Ümumiyyətlə, bu addımın özündə qüsur var. Yəni, bu artıq bazarda sərbəst rəqabətin qarşısını alır. Bazarda bir kommersiya provayderləri var, bir də kənardan dövlət vəsaiti ilə bir başqası daxil olur. Onda rəqabət pozulur. Mən hesab edirəm ki, burada prinsipial məqamlar müəyyən edilməlidir. Bu nə dərəcədə doğrudur? Elə etmək lazımdır ki, azad, sərbəst rəqabət də qalsın. Bunu bəlli ərazilər üçün etmək lazımdır ki, hansı ki, oraya kommersiya provayderləri getmir. Amma münbit bir mühitdə - şəhərin ortasında bu düzgün deyil. Şəhərə bunu onsuz da kommersiya verə bilir. Burada ciddi məqamlar əvvəlcədən aydınlaşdırılmalı idi, hələlik gedən proseslər elədə xoşagələn deyil.
Buraya kifayət qədər dövlət resursları ayrılıb. Özəl onunla rəqabət apara bilməz axı. Bu da insanları asılı vəziyyətə salacaq. İnsanlar bir provayderdən asılı olacaq. O, inkişaf üçün, informasiya dayanıqlılığı üçün ciddi problemlər yaradır”.
Xatırladaq ki, Osman Gündüz bir müddət əvvəl sosial şəbəkədə həmin modemlərlə bağlı bu sözləri qeyd etmişdi: "Aztelekom" tender elan edib və 3000 ədəd LTE modemi almaq üçün 397800 AZN ayırıb. Modemi istifadəçilərə 180 manata satacaq. Ötən il “Baktelecom” (Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Bakı Telefon Rabitəsi" MMC – Red.) LTE modemlər üçün təxminən elə bu qədər vəsait xərcləmişdi. “Baktelecom” dövlət hesabına alınan bu modemləri daha baha, 210 manata satır”.
Yenisabah.az
Paylaş:
Müəllif : Yazar
Tarix:16-11-2019, 16:15
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-11-2019, 16:15
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29