Nazirin buralardan xəbəri varmı? - İDDİA
Dünən Aktualinfo.org-un Şəki Regional Mədəniyyət İdarəsinin fəaliyyətindəki qanun pozuntuları ilə bağlı dərc olunmuş “Şəki Reğional Mədəniyyət İdarəsi 200000 manatı harada və necə yandırdı?” başlıqlı məqalədə göstərilənlərə münasıbət olaraq Şəki Regional Mədəniyyət İdarəsinin müdiri Mirvari Zeynalova redaksiyanın elektron poçtuna cavab məktubu göndərib. Sözügedən cavab məktubunda Mirvari Zeynalova qeyd edir ki,
18 noyabr 2019-cu il tarixdə Şəki Regional Mədəniyyət İdarəsinin elektron poçtuna ünvanladığınız müvafiq sərlövhəli “yazı” ilə əlaqədar aşağıdakıları bildiririk:
Haqqında bəhs edilən məsələ ilə bağlı ajiotaj yaradan bəzi saytların yaydıqları reallıqdan uzaq informasiyalarla bağlı tərəfimizdən aidiyyatı qurumlara təfərrüatı ilə məlumat verilmişdir.
Təkrarən qeyd etməyi lazım bilirik ki, “Qarabulaq MMC”-nin LOT-2 üzrə qalib olduğu 101811,51 manat məbləğində yanacağın növü odun qırıntısıdır və həcmi 2909 m3-dir.
Məlumat üçün bildiririk ki, hazırda Şəki Regional Mədəniyyət İdarəsinin tabeliyində 375 mədəniyyət müəssisəsi fəaliyyət göstərir. Az sayda mədəni-maarif müəssisələri istisna olmaqla və Şəki Regional Mədəniyyət İdarəsinin inzibati binası da daxil olmaqla, mədəniyyət obyektlərinin qızdırılması məqsədilə 512 odun sobasından istifadə olunur.
Sonda, Sizə bir zərb-məsəli xatırlarmaq istərdiik: “Yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. Məsələ bu qədər sadə və bəsitdir. Hesab edirik ki, regionumuza gəlsəniz və real vəziyyətlə yerində tanış olsanız, bizə haqq qazandıracaqsınız.
Qeyd etmək istərdik ki, kələfin ucunu elə Mirvari Zeynalovanın özü açıb. Maraqlıdır “Qarabukaq”MMC odun qırıntısının kubunu neçəyə alıb? Burada düstur həll etmək lazım gəlmir. Məntiq var 101811.51 manata 2909 kubmetr ağac harada görsənib? Bir kubmetri 35 manata odun qırıntısını”Qarabulaq” MMC hansı ağılla satın alıb? Qeyd edək ki hazırda Şəkidə, qara bazarda odun qırıntısının kubmetri 15 manatdır. 101811.51 manata isə 15 manatdan 6787 kubmetr odun yanacağı və yaxud da qırıntısı almaq olar. Bu da Mirvari Zeynalovanın göstərdiyi 2909 kubmetrdən az qala üç dəfə çox edir. Bu məsələnin birinci tərəfi. Keçək ikinci qaranlıq məsələyə. Mirvari Zeynalova sanki uşaq başı aldadırmış kimi cavab verir ki, Şəki Regional Mədəniyyət İdarəsinin inzibati binası da daxil olmaqla istifadələrində 512 odun sobası var. Mirvari xanıma bildirmək istərdik ki,bunu Mədəniyyət naziri Əbülfəs Qarayevə desəniz inanar. Çünki o odun sobası yandırmayıb. Amma rəhbər xanımın diqqətinə çatdırmaq istəyirik ki, Şəkidə,dağ kəndində bir ailənin, bütün günü yandırmaq şərtilə bir qışı yaza çıxarmasına 10 kubmetr odun yanacağı kifayət edir. Yuxarıda qeyd etdiyimiz kimi, kübmetri 15 manatdan alınarsa bu 700 ailənin bir qış istifadə edə biləcəyi odun yanacağı deməkdir. Hərçənd, çox sifarış verdikdə odun qırıntısını qiyməti 15 deyil, 13 yaxud 12 manata da almaq mümkündür. Bəs görəsən Şəki regional Mədəniyyət İdarəsinin istifadəsində olan 512 odun sobası nə vaxtlar qızdırılır? Ötən yazıda da qeyd etdiyimiz kimi,kənd klub,kitabxana və mədəniyyət evlərinin əksəriyyətinin qapısı günlərlə açılmır. Gün ərzində 5-6 saat açılan klub və kitabxanalarda isə ay ərzində 1-2 kubmetr odun yandırmaq olmaz.. 512 odun sobası isə iş saatlarında tam qızdırılsa belə, qış ayları ərzində 2000 kubmetr odun yanacağı ancaq istifadəı olunar. Odur ki,Mirvari xanım,siz Mədəniyyət naziri Əbulfəs Qarayevi aldada bilərsiniz,bizi yox…Bu 2018 ci il üçün alınmış və artıq “yandırılmış”odunmu, pulmu deyək bilmirik, bəs 2019-cu il üçün alınmış 100975 manatlıq odun yanacağı haradadır? Maraqlıdır bu il odunun kubmetri neçəyə alınıb?Qiymətlər qalxmayıb ki?
Odur ki,Şəki Regional Mədəniyyət İdarəsinin odun yanacağının satınalması məqsədi ilə elan etdiyi tenderin qalibi olan “Qarabulaq ” MMC -nin fəaliyyətinin araşdırılması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Respublika Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi təcili addımlar atmalıdır. “Qarabulaq ” MMC həqiqətən də Yunusov Şahin Şamil oğluna məxsusdur,yoxsa onun arxasında hansısa yüksək çinli məmur dayanır? Azərbaycan Respublikasının Hesablama Palatası isə Şəki Regional Mədəniyyət İdarəsində bir neçə il əvvəl apardığı yoxlamaları davam etdirməlidir. Çünki Şəki Refional Mədəniyyət İdarəsinin bərk inventar, avadanlıq,digər maşın və avadanlıqların satınalmaları üçün elan etdiyi tenderlərdə də şübhə doğuran məqamlar kifayət qədərdir. 23.04 2019 cu ildə Şəki Regional Mədəniyyət İdarəsinin elan etdiyi Bərk inventar, avadanlıq, digər maşın və avadanlıqların satınalması üçün elan olunmuş 125800 manatlıq tenderin qalibi “İnpeks N” MMC daha sonra digər maşın və avadanlıqlar üçün 50260 manatlıq və yumşaq inventarlar üçün isə 53055 manatlıq tenderin qalibi olub. Ümumilikdə 229115 manatlıq avadanlıqların alınması üzrə keçirilmiş tenderdə də şübhəli məqamlar olmamış deyil. Bu barədə növbəti yazımızda
Qeyd edək ki, hələ 2010-cu ildə Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən Şəki şəhər Mədəniyyət və Turizm şöbəsində dövlət büdcəsinin və yerli xərclərdən ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsi vəziyyətinin audit yoxlaması nəticəsində şöbənin məsul vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməsi, rəsmi sənədlərə saxta məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi və sair ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə kassadan nağd pul vəsaitlərin əsassız olaraq silinməsi faktları aşkarlamışdı. Bu barədə həmin dövrdə mətbuata Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilmişdi.. Faktın araşdırılması zamanı ödəniş cədvəllərində yekun məbləğin artırılması, əmək haqqı cədvəllərində işçilərə əsassız olaraq artıq hesablanmış vəsait hesabına yaranmış vəsaitin bir hissəsinin şöbənin işçilərinin, eləcə də kənar şəxslərin adlarına açılmış əmanət hesablarına, digər hissəsinin isə şöbənin strukturlarında işləməyən kənar şəxslərin və şöbənin müxtəlif strukturunda çalışan işçilərin adına saxta açılmış bankomat kartlarına ödənilməklə 1 milyon 394 min 75 manat məbləğində pul vəsaitinin hesabdan çıxarılması, müavinət alanların ödəniş cədvəllərində sayı artırılmaqla 80 min 661 manat vəsaitin əsassız olaraq kassadan silinməsi və xüsusi vəsait üzrə yığılan 7 min 103 manat məbləğində nağd pulun kassaya mədaxil olunmaması (ümumilikdə 1 milyon 481 min 840 manat) aşkar edildiyi bu gün Şəkidə hamıya məlumdur. Dövlət vəsaitini mənimsəyənlərin hazırda cəzalarını çəkdikləri də heç kimə sirr deyil.
Aktualinfo.org
Paylaş:
Müəllif : Yazar
Tarix:19-11-2019, 12:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:19-11-2019, 12:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Bu gün, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Bu gün, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Bu gün, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Dünən, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Dünən, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
Dünən, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
Dünən, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24
Abşeronun başçısı QƏZA yaratdı, dövlət qurumları TƏCİLİ Xırdalana ÇAĞIRILDI – Fotolar
19-12-2024, 14:22
4 saylı idarə rəisi niyə dövlət qulluqçusu deyil? - Asif Məcidovun diplomu da prolemlidir
19-12-2024, 11:19