reklam
Regionxeberlericom.az » Sosial » Keçmiş Bakı merinin adı borc qalmaqalında - İTTİHAM

reklam

Keçmiş Bakı merinin adı borc qalmaqalında - İTTİHAM


“Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbovun oğlu Orxan Abutalıbov mənə olan 43 min manata yaxın borcunu vermir”.

regionxeberlericom.az bildirir ki, bu sözləri Azinforum.az-a açıqlamasında sabiq merin oğlu Orxan Abutalıbova məxsus olan “Spektr” MMC-nin direktoru işləmiş Məmmədov Bəxtiyar Vəli oğlu deyib. Şikayətçinin sözlərinə görə, o, 2006-cı ildən sabiq merin ailəsinə məxsus olan şirkətdə işləyib:

“Mənim Hacıbala müəllimdən heç bir narazılığım olmayıb. Sonra mənim gördüyüm işlərə onun oğlu Orxan nəzarət etməyə başladı. 2018-ci ildə heç bir ciddi əsas gətirmədən Orxan Abutalıbov mənə dedi ki, birlikdə işləməyimizi istəmir. Məndən tələb etdi ki, bir günün içində nə var təhvil verim. Hətta sürdüyüm avtomobilin nömrəsini belə çıxarıb verdim. Çünki maşını özüm almışdım, ancaq nömrə onlara məxsus idi. Həmin vaxt mən onların görülən işlərlə bağlı olan borclarına aid hesablamanı da təqdim etdim. Bu günə kimi nə həmin pulu, nə də mənim əmək kitabçamı vermirlər”.

Bəxtiyar Məmmədov deyir ki, işi görən ustalar, fəhlələr hər gün gəlib onu narahat edirlər:

“Həmin adamlar gördükləri işin pulunu məndən istəyirlər. Elə o vaxtdan da Orxan Abutalıbov mənim zənglərimə cavab vermir. Hətta başqa nömrələrlə də ona zəng vurub düşdüyüm vəziyyəti izah etmək istəyirəm, telefonu qaldırmır. Mühavifəçisinə deyirəm ki, məni görüşdür, yenə mümkün olmur. Bir kəlmə deyillər ki, get hara istəyirsən şikayət et. Mən bütün borclara aid siyahını “votsap” vasitəsilə Orxana göndərmişəm. Özü də oxuyub, amma yenə cavab vermir. Mən onlarla hər zaman bu sistemlə işləmişəm. Görülən işlərin sihahısını yazıb vermişəm, pulu ödəyiblər. Sonuncu haqq-hesabı isə vermək istəmirlər. Orxanın özü yaxşı bilir ki, hansı işləri gördüyümə görə mənə pul borcludur. Bəzi xırda detalları açıqlamaq istəmirəm. Mən sizin sayt vasitəsilə Hacıbala müəllimə müraciət edirəm. Əminəm ki, onun vəziyyətdən xəbəri yoxdur. Qoy bir ağsaqqal kimi məni bu çətin vəziyyətdən çıxarsın. Mən onlardan halal pulumdan başqa nəsə istəmirəm”.

Edilən şikayətlə bağlı bir neçə gün ərzində sözügedən MMC və Orxan Abutalıbovla əlaqə saxlamaq cəhdlərimiz alınmadı. Onların da mövqeyini dinləməyə hazırıq.


Paylaş:


Müəllif : Tarix:
20-11-2019, 09:25
Sikayət   


loading...
Загрузка...