AKM sədri Arif Hacılını təkzib etdi – “Verməyən namərddir”
İlham Həsən Avropada fəaliyyət göstərən Müsavat AKM-in sədrliyindən getməsi barədə Müsavat Partiyasının başqanı Arif Hacılının açıqlamasını təkzib edib.
“Yeni Sabah” xəbər verir ki, o, AKM-dən getmədiyini bildirib: “Mən AKM sədrliyindən getməmişəm, bu, səhv məlumatdır. Əslində başqa cür olub, mənim sərəncamımla bütün səlahiyyətlər Təşkilat Komitəsinə verildi ki, konfrans çağırsınlar. Onsuz da, Nəzarət-Təftiş Komitəsi buraxılmışdı. Amma rəhbər strukturların buraxılması məsələsi yoxdur. Mən belə sərəncam verməmişəm”, -deyə AKM-in sədri Meydan.tv-yə bildirib.
İlham Həsən onun 6 ay şərti azadlığa buraxılması haqda məlumatları da təkzib edib:
“Bu barədə deyilənlər uydurmadır. Həbs olunmamışam ki, buraxılım da”.
O, məhkəmə sənədində adının keçməsi barədə məlumatı yalanlayıb:
“Mənim telefonum itdiyindən məlumatlara reaksiya vermirəm. Soyadım Həsəndir, amma Almaniyada o qədər bu soyadda adam var ki”.
İlham Həsən Mehdi Xəlilbəylinin AKM-dən çıxarılmadığını deyib:
“Mən onu 6 ay əvvəl müavinlikdən çıxartmağım haqda sərəncam vermişəm, amma o, AKM üzvüdür”.
O, Mehdi Xəlilbəyliyə qarşı ittihamların məhkəmə ilə sübut olunduğu halda partiyada və AKM-də qalmasına belə münasibət sərgiləyib:
“Yanlışdır, hələ Əlövsət Əliyevin saxlanılması haqqında da məhkəmənin qərarı yoxdur. Eyni zamanda, Xəlilbəyli barədə məhkəmə qərarı yoxdur, ona görə onu cinayətkar adlandırmaq olmaz”.
Mehdi Xəlilbəylinin sürücüsü olmuş Rəşad Məmmədovun şikayəti əsasında saxlanıldığı haqda məlumatlar var. R.Məmmədov sosial şəbəkələrdəki açıqlamalarında AKM-də baş verən qanunsuzluqlardan danışıb. İlham Həsən onun dediklərini yalanlayıb:
“Onun dedikləri doğru deyil. Bəli, Mehdi onu döyüb, düz etməyib və mən ona iradımı demişəm. Bütün bu olaylar Rəşad Məmmədovla Mehdi Xəlilbəyli arasında olan davadan doğub. Bu adamın bizim AKM-lə heç bir əlaqəsi yoxdur. Əgər onda saxta sənəd varsa, versin məhkəməyə. Ümumiyyətlə, kimdə saxta sənəd varsa, məhkəməyə müraciət etsin, verməyən namərddir”.
İlham Həsən AKM-dən qovulanlarla debata çıxmayacağını bildirib:
“Həmin adamların AKM-dən qovulmasına gəlincə, onlar adamlara böhtan atırdılar, səslərini yazırdılar. Məsələn, Yafəz Əkrəmoğlu adamlara böhtan atırdı, səslərini yazırdı və mühacir alverində ittiham edirdi. Onun məqsədi nə idi, bilinmirdi, sadəcə, intriqa yaradırdı. Biz ona faktları ortaya qoymağa təkid etdik, amma heç bir fakt qoymadı. Amma Yafəz bəyi mən yox, məclis çıxartmaq haqda qərar verdi. Özünü də dəvət etdilər, gəlmədi”.
Hazırda Almaniyada mühacir həyatı yaşayan jurnalist Yafəz Əkrəmoğlu Müsavat Partiyasını mühacir alverinə görə ittiham edənlərdəndir. O, sosial şəbəkələr vasitəsilə bu barədə məlumatlar paylaşsa da, partiya rəhbərliyi deyilənləri təkzib edir.
19 noyabrda Müsavat Partiyasının başqanı Arif Hacılı keçirdiyi mətbuat konfrasında AKM-nin rəhbər orqanlarının buraxıldığını bildirib:
“Artıq növbəti konfransın keçirilməsi ilə bağlı rəhbər strukturlar buraxılıb və 5 nəfərə səlahiyyət verilib. Bunlar Eldəniz Yusubov, Akif Nağısoy, Sərdar Ağayev, Nurlan Əliyev və Qorxmaz Beydullayevdir”.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-11-2019, 12:07
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-11-2019, 12:07
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09