"Həmin adam oraya girib, hansısa dini ritualı həyata keçirməyib" - QALMAQAL
İtaliyanın Milan şəhərində səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan növbəti dəfə azərbaycanlı fəalın suallarına tuş gəlib. Belə ki, Paşinyan Milandakı kilsədə yerli erməni icması ilə görüş keçirərkən Ata Abdullayev adlı bloger orada peyda olub və ona suallar ünvanlayıb.
Ölkə daxilində dəfələrlə qalmaqallarla gündəmə gələn Ata Abdullayevin Milandakı davranışı və Paşinyana sanballı suallar ünvanlaya bilməməsi, onunla xahiş tonunda danışması sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Bəzi şəxslər hesab edirlər ki, bütün hallarda Paşinyanın qarşısına çıxıb, Qarabağın Azərbaycana aid olmasını demək, ermənilərin azərbaycanlılara qarşı soyrıqım törətməsini bildirmək müsbət haldır. Lakin bir qisim ictimai şəxslər də söyləyirlər ki, Paşinyanın qarşısında acizanə forma almaq, ona bu formada suallar vermək azərbaycanlıların, dövlətin imicinə zərərdir. Üçüncü bir qisim isə hesab edir ki, bir müsəlmanın kilsəyə girməsi doğru sayılmır.
Məlumatlarda bildirilir ki, əslində Milanda keçirilən tədbirdə azərbaycanlı tələbələr də iştirak ediblər və onlar Paşinyana sanballı suallar hazırlasalar da Ata Abdullayevin hərəkətləri səbəbindən onlara imkan yaradılmayıb.
Erməni mətbuatı Ata Abdullayevin Paşinyana sual verməsini insident kimi xarakterizə edib. Azərbaycanda sosial mediada isə bəzi şəxslər iddia edirlər ki, A.Abdullayevi Milana Paşinyana sual vermək üçün hökumət dairələri göndərib. Lakin bu fikirləri Axar.az-a açıqlamasında prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov birmənalı olaraq təkzib edib. O bildirib ki, Azərbaycan dövləti və hakimiyyəti o günə qalmayıb ki, hansısa Ata Abdullayev kimi şəxsi Ermənistanın baş naziri Nikol Paşinyanın keçirdiyi tədbirə göndərib, o cür səviyyəsiz “dialoqu” təşkil etsin: “Azərbaycanın hər hansı vətəndaşı öz səviyyəsinə, dünyagörüşünə, qabiliyyətinə uyğun olaraq bu və ya digər beynəlxalq tədbirə qatıla və orada hansısa fəaliyyət göstərə, kiməsə dəstək və ya etiraz edə bilər. Ancaq Azərbaycan dövlətinin belə fərdi təşəbbüslərə qətiyyən ehtiyacı yoxdur və biz yürütdüyümüz siyasətin mahiyyətini də, harada, necə həyata keçirilməsi yollarını da yaxşı bilirik”.
Prezidentin köməkçisi əlavə edib ki, Azərbaycan hakimiyyətinin, o cümlədən YAP-ın ətrafında geniş dünyagörüşünə, yüksək təhsilə və intellektə malik, ölkəmizdəki və xaricdəki ən nüfuzlu ali məktəbləri yüksək göstəricilərlə bitirən yetərincə gənc fəal cəmləşib: “Ehtiyac bildikləri halda və zərurət yarandıqda YAP gəncləri gərəkli addımlar atmağı bacarırlar və hakimiyyətin ideoloqları da nə zaman, hansı zəruri tədbirləri və necə görməyi yaxşı bacarırlar. Bunu Azərbaycan cəmiyyəti də hər zaman müşahidə edib. Böyük dövlət xadimi və peşəkar siyasətçi olan prezidentimizin yüksək dəqiqliklə hesablanan sərrast çıxışı qarşısında qeyri-peşəkar Paşinyanın düşdüyü durum təkcə Azərbaycan xalqının yox, dünyanın gündəminə çevrilib və hələ də müzakirə edilir. Belə böyükmiqyaslı siyasət aparan dövlətimizin Ata Abdullayevə ehtiyacı olduğunu iddia etmək hansı məntiqin nəticəsidir”.
Ə.Həsənov bu özfəaliyyətləri kəskin qınadığını bildirib və bunu düşünülərək və ya düşünülmədən erməni dəyirmanına su tökmək kimi qiymətləndirib.
Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan deputat Fazil Mustafa bildirib ki, müsəlmanın kilsəyə girməsini qəbahət sayanlar absurd işlə məşğuldurlar:
“Çünki həmin adam oraya girib, hansısa dini ritualı həyata keçirməyib. Biz də xaricə gedən zaman kiləsi bir muzey, tarixi abidə olaraq ziyarət edirik. Bu, o demək deyil ki, sən inancını dəyişirsən. Kilsəyə düşmən münasibəti bəsləməlisən? Bu, tolerantlıq prinsipinə, İslama zidd olan bir haldır. İslamın ilk yaradılışında da hətta başqasının kilsəsinə, ibadət yerinə toxunmaq yanlış qəbul edilirdi. Ona görə də bu cür yanaşma doğru deyil. Ancaq hesab edirəm ki, belə bir görüşdə daha səviyyəli yanaşma ortaya qoyulmalıdır. Düşmənə fikrini elə üslubda deməlisən ki, həm xalqın qüruru, maraqları əsas götürülsün, həm də orada olan xarici auditoriyanın da simpatiyasını qazanasan. Ona görə də bu üslubda yanaşmalara bir qədər fərqli baxıram. Daha səviyyəli, fundamental suallar verməyə çalışmaq lazımdır ki, xarici auditoriyada problemə aydınlıq gətirilsin”.
Sosial şəbəkələrdə aktiv olan ekspert Azər Həsrət bildirib ki, Paşinyanı və yaxud da ermənilərin istənilən şəxsini narahat etmək işin yaxşı tərəfidir:
“Biz siyasi mövqeyindən asılı olmayaraq hər kəsin bunu etməsinin tərəfdarıyıq. Lakin bunu edən zaman da özümüz pis vəziyyətə düşməli deyilik. Qeyd edilən görüntüyə mən də baxdım. Əslində orada belə bir formada məsələni qoymaq, xüsusilə də ”xahiş edirəm torpağımızdan çıxın" kimi ifadələr işlədərək yazıqlıq sərgiləmək bizim xeyrimizə deyil. Bunun təsdiqi olaraq da biz görürük ki, sosial mediada ermənilər məsələni lağ-lağıya çevirib, bizi aşağılamaqla məşğuldurlar. Ona görə də Paşinyan və ya bu cür ermənilərin qarşısına kimin çıxmasından asılı olmayaraq, həmin adam ünvanlayacağı sualı, qaldıracağı məsələni savadlı şəkildə qoymalıdır.
Eyni zamanda verilə biləcək, ehtimal olunan cavabı da diqqətə almaq lazımdır. Ona görə də hesab edirəm ki, belə adamları bu cür tədbirlərə göndərməyə təşəbbüs göstərənlər bir daha düşünməlidirlər. Onlar düşünməlidir ki, kimin qarşısına kimi çıxarırlar. Həmçinin düşünməlidirlər ki, bu cür platformalara çıxardıqları adam sonradan Azərbaycanın lağ obyektinə çevrilməyəcək ki? İndiki halda görürəm ki, bu adam lağ obyektinə çevrilib. Ona görə hesab edirəm ki, Ata Abdullayevin ora getməsi uyğunsuz, uğursuzdur. Belə davam edərsə, bu, Azərbaycanın beynəlxalq platformalarda, sadəcə olaraq, lağ obyektinə çevrilməsinə gətirib çıxaracaq".
Politoloq Mübariz Əhmədoğlu “Yeni Müsavat”a bildirib ki, təkcə Ata Abdullayevin deyil, bundan öncə Paşinyanla görüşən Bəxtiyar Hacıyevin də nöqsanları olub: “Paşinyana zərrə qədər yalvarmaq olmaz. Bu, çox zərərlidir. Paşinyan psixi baxımdan normal deyil. Bir azərbaycanlının bu cür fikir işlətməsi, Paşinyanı bütün millətimizə qarşı qızışdırır. Paşinyan bu kimi situasiyalarda hesab edir ki, o, qalibdir və ona yalvarırlar. Bundan öncə Bəxtiyar Hacıyevin təmasına da baxdım. Orada da çox kobud səhvlər oldu. Paşinyan Azərbaycandan ermənilərin çıxması ilə Ermənistan SSRİ-dən azərbaycanlıların qovulması xronologiyasını tamamilə öz xeyrinə təqdim etdi. Bəxtiyar Hacıyev isə buna hansısa reaksiya verə bilmədi. Ermənistan SSRİ-dən sonuncu azərbaycanlı 1987-ci il dekabrın 24-də çıxıb. O zaman təxminən 40 min azərbaycanlı çıxdı. Onların böyük əksəriyyəti döyülmüşdülər. Azərbaycandan ermənilərin çıxması isə elə ermənilərin öz versiyalarına görə 1990-cı ilin 13 yanvar tarixində başlayıb. Paşinyanla üzbəüz gələn adamlar nə ona yalvarmalı, nə də ona imkan verməli deyildilər ki, o, Azərbaycanı bu qədər şərləsin. Əslində azərbaycanlının iştirakı ilə Paşinyanın belə bir ifadələr işlətməsi Azərbaycanın ziyanına ciddi hallara səbəb ola bilər. Düşünürəm ki, dövlət rəsmiləri bu iki azərbaycanlının buraxdıqları səhvi düzəltmək üçün lazımi tədbirləri görəcəklər və Paşinyan bundan istifadə edə bilməyəcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:22-11-2019, 11:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:22-11-2019, 11:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45