"Ailə sosial yardım alsa, birtəhər keçinərlər" - GİLEY
Yardımlının Mirimli kəndində yaşayan 69 yaşlı Gülçöhrə Vəliyeva 7 nəvəsinə analıq etməli olur. Uşaqları saxlaya bilmədiyini deyir, çünki krediti ödəyəndən sonra pensiyadan əlində cəmi 100 manat qalır. regionxeberlericom.az DİA.AZ-a istinadən bildirir ki, kəndin ətəyində bizi qarşılayan Tacirin əynində gödəkçə yoxdur. Uşaq soyuqdan titrəyir. Anası Sevinc Ağayeva sentyabrın 13-də vəfat edib. Atası Mirzəli Həsənov 12 ildir həbsxanadadır. Üç uşaq nənə Gülçöhrə Vəliyevaya sığınmalı olub. Sevincin qardaşı Səxavət Ağayevin də ilk nikahdan doğulan 4 övladı qadının himayəsindədir.
Gülçöhrə xanımın evindən bütün kənd görünür. Buralarda qış uzun sürür. Evdə hamı otaqlardan birindəki sobanın ətrafına yığışıb. Qalan otaqlara soyuqdan girmək olmur. Səxavət ikinci dəfə ailə həyatı qurub, daha bir övladı doğulub. Gülçöhrə xanım deyir ki, evdə 11 nəfər bir otaqda yatmalı olurlar.
“Çox pis vəziyyətdə yaşayırıq. Evə mənim pensiyamdan başqa pul gəlmir. 170 manatın 70-ni kreditə verirəm. Qızım xərçəngə tutulanda 2 min manat götürmüşdüm. Heç müalicəyə də çatmadı. Uşağım iki ayın içində əriyib getdi. Hələ üç il kredit ödəməliyəm. Evin gününü görürsüz. Təkcə bu otaqda işıq yandırırıq ki, çox pul ödəməyək. Hər yer qaranlıq, soyuq. Nə televizorumuz var, nə də soyuducumuz. Nisyə bir kisə un alırıq ki, acından ölməyək. Bu qədər külfəti yedizdirmək var”, – qadın danışır.
Sevinc Ağayeva sağlığında anasına yük olmaq istəməyib, uşaqlarını götürüb Cəlilabadın Privolnoye kəndinə gedib, orada kirayə ev tutub.
“Bizim kənddə iş olmadığından ora köçmüşdü ki, çiyələk, kartof yığmaq üçün sahəyə çıxa bilsin. Əşyaları da orada qalıb, imkansızlıqdan gedib gətirə bilməmişik. Sizi qarşılamağa çıxan uşaq xəstədi, müalicə elətdirməyə gücümüz çatmır. Uşaqlardan biri altıncı sinifdə oxuyur, geyimi olmadığından məktəbə göndərə bilmirik. Ayaqqabı yox, çanta yox. Mən bu uşaqları necə böyüdəcəm?” – Gülçöhrə xanımın ritorik sualına cavab tapmaq çətin görünür.
Söhbətə qoşulan qohumlardan Asif Ağayev deyir ki, ailə sosial yardım alsa, birtəhər keçinərlər: “Vermək istəmirlər. Bu arvad 70 yaşı haqlayıb. Uşaqların atasının hələ 3 ili var. Bu yetimlərə kimsə baxmalıdı. Dövlət, heç olmasa, bunu nəzərə alsın. Bu uşaqların da yaşamaq haqqı var”.
Asif Ağayev, ümumiyyətlə, kənddə yaşayış səviyyəsinin aşağı olduğunu bildirir. Dediyinə görə, duman gələn kimi hər yerdə işıqlar sönür: “Yəqin bura gəlib çıxana qədər kənddəki evləri gördünüz. Hamı yoxsuldur. Heç kim heç kimə kömək eləyə bilmir. Kənddə qaz yoxdu. Odunun bir maşınını 400 manata satırlar. İndi təsəvvür eləyin, bu ailə qışı necə keçirəcək. Soyuqdan qırılacaqlar…”
Səxavətin iş üçün baş vurmadığı yer qalmayıb. Deyir ki, ən yaxşı halda fəhlə işi tapmaq mümkün olurdu. İndi heç işləyə bilmir, mədəsində yara aşkar olunub.
Gülçöhrə Vəliyeva danışır: “Özüm də xəstəyəm, amma indi Səxavətin müalicəsi daha vacibdir. Onu sağaltmaq üçün borc götürmüşdüm, hələ bunu da qaytarmaq var. Səxavəti Lənkərana, Masallıya aparmışıq. Daha müalicəyə gücümüz çatmır”.
Səxavət sakit dayana bilmədiyini deyir. Ağrılara baxmayaraq peyin yığmağa gedir, 5-6 manat qazanmağa çalışır. Mədəsi Səxavətə normal yaşamağa imkan vermir:
“Pul olsa, İrana müalicəyə gedərdim. Amma nə vəziyyətdəyik. Dükanlara xeyli borcumuz yığılıb”.
Bayaqdan bizə qulaq asan kənd sakini Emilxan Səmədov deyir ki, Səxavətin ona da borcu var. Amma peyin yığmaqla qazandığını onun əlindən almağa ürəyi gəlmir: “Mənə versə, bəs evdə nə yeyəcəklər?”
Həyətə çıxanda Asif Ağayev daha bir problemdən danışır. Ailə Sevincin dəfn mərasimində istifadə olunan bütün ərzağı nisyə götürübmüş, indi pulunu ödəyə bilmirlər.
Tacir bizi yola salır. Üşüyür. Evə tələsir. Bu gün son odun parçalarını yandırırlar…
Paylaş:
Müəllif : Yazar
Tarix:26-11-2019, 09:44
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-11-2019, 09:44
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
25-12-2024, 12:45