reklam
Regionxeberlericom.az » Sosial » “Araz” marketlərdə satılan daha bir saxta məhsul - VİDEOFAKT

reklam

“Araz” marketlərdə satılan daha bir saxta məhsul - VİDEOFAKT



“Araz” marketlər şəbəkəsində satışda olan daha bir qida məhsulu ilə bağlı narazılıq yaranıb. Bu narazılığa səbəb məhsulun istehsal müddəti ilə bağlıdır.

regionxeberlericom.az BakuPost.az-a istinadən xəbər verir ki, söhbət Veysəloğlu firmasına aid “Salatto” adlı konservləşdirilmiş yaşıl noxuddan gedir. Belə ki, paytaxt sakinlərindən biri həmin firmadan olan eyni ölçülü iki qab yaşıl noxud alıb. Lakin qablaşdırılması və tərkibində heç bir fərq olmayan bu noxudların istifadə müddəti fərqlidir. Belə ki, qablardan birinin üzərinə istehsal tarixi 05.07.2017-ci il yazılıb və istifadə müddəti 36 ay göstərilib. Digər qabın üzərində isə istehsal tarixi 23.07.2017-ci il və yararlılıq müddəti 48 ay göstərilib.

Nəzərə alaq ki, onların tərkibində heç bir dəyişiklik yoxdur. O zaman belə bir sual ortaya çıxır: Eyni firmanın istehsalı olan və 18 gün fərqlə satışa çıxan noxudun yararlılıq müddətindəki fərq nə ilə əlaqəlidir? Hansı səbəbdən birində 3, digərində 4 il istifadə müddəti qeyd olunsun?

Məsələyə aydınlıq gətirmək üçün adı çəkilən şirkət ilə əlaqə saxladıq. Lakin şirkətdən mövzu ilə bağlı heç bir açıqlama vermək istəmədilər.



Paylaş:


Müəllif : Tarix:
26-11-2019, 13:29
Sikayət   


loading...
Загрузка...