"Hamı bir-birindən qaçır, çünki bir-birinə çörəkpulu borcludur..." - GİLEY
“Təklif etdikləri torpaq sahələrinə görə bizə sənəd verilmir. İllərdir ki, sənədsiz torpaqları əkirik. Sənədsiz torpaqsa kəndlinin deyil, istənilən vaxt həmin torpaqdan məhrum ola bilər. Kənd sakinlərinin çoxu bundan ehtiyat edərək torpaqları əkməkdən əl üzür. Bu isə onsuz da baş alıb gedən səfaləti daha da dərinləşdirir. Hamı işsiz, hamı çörəksiz… Hamı bir-birindən qaçır, çünki bir-birinə çörəkpulu borcludur”.
regionxeberlericom.az-un DİA.AZ-a istinadən məlumatına görə, Şabranın Xırdaoymaq kənd sakinləri danışırlar ki, 400-dən çox sakinin yaşadığı kənddə pay torpağı olan çox az sakin var. Kəndin ərazisi böyük olsa da, torpaq sakinlərə verilmir, yaxud da verilən torpaq sənədləşdirilmir. Kəndlilərsə hesab edir ki, sənədsiz torpaq onların deyil və istənilən vaxt əllərindən alına bilər. Buna görə də onlar belə torpaqları istifadəyə götürməyə ehtiyat edirlər. Kənd sakinləri danışır ki, illərdir istifadələrində olan torpaq sahələrini sənədləşdirməyə çalışırlar. Ancaq buna nail ola bilmirlər.
“Kənddə belə torpaqların təxminən 80 hektarı kəndlilərə verilib. Ondan da istifadə edə bilmirik. Çünki həmin torpaqlara görə bizə sənəd verilməyib. Bu isə kəndli üçün həmin torpaqları əkmək həm risklidir, həm də sənədsiz torpağa görə güzəştli gübrə, su, aqrotexnika, subsidiyalardan faydalana bilmirik. Bu güzəştlər olmayanda da kəndli o torpaqdan xeyir götürə bilmir – çəkdiyi xərcin mayasını da çıxara bilmir”, – adının çəkilməsini istəməyən sakin deyir.
Kənd sakinlərinin tələbi istifadələrinə verilən torpaq sahələrinə görə Dövlət Aktlarının paylanmasıdır:“Dövlət Aktı olmayan torpaqdan istifadə etmək mümkün deyil. Kəndliyə nə lazımdır – torpaq, su, bir də dövlətin qanunla nəzərdə tutulan güzəştlərdən yararlanması… Vəssalam, əksin, satsın, başını saxlasın. Xırdaoymaqlılar işsizlik bataqlığında çabalayır. İşsiz, gücsüz gənclər pis vərdişlərə qaçırlar, avaraçılıq, tüfeylilik baş alıb gedir. Dövlət kəndliyə təsərrüfatla məşğul olmağa şərait yaratsa, hərə bir tərəfdə başını öz torpağı ilə qatar, əkər, məhsul götürər, satar, dolanar… Ancaq əkin torpaqlarına görə sənəd verilmədiyi üçün kəndli əvvəla, o torpağı özününkü hesab eləmir, sonrası da güzəştlərdən yararlana bilmir və zərərə düşməmək üçün əkinə baş qoşmur. Kəndə girirsən, görürsən ki, hamı əli cibində gəzir, torpaqlar bomboş qalıb”.
Kənd sakini Əbülfəz Məmmədovun da istədiyi odur ki, istifadəsində olan torpaq sahəsi sənədləşdirilsin, fermer təsərrüfatları yaradılsın: “Hər ailəyə 1.5 hektar torpaq sahəsi verilib, ancaq heç birinin Dövlət Aktı yoxdur. İstədiyimiz odur ki, həm bu torpaqlar, həm də kənddəki boş torpaqlar sənədləşdirilsin. Kəndlilər qruplar şəklində birləşin fermer təsərrüfatları yaratsın, əkin, heyvandarlıq inkişaf etdirilsin. Torpaqları növbəli qaydada əkək, məhsul götürək… İşimizi quraq, dövlətin güzəştlərini əldə edək, vergisini ödəyək, bir yerə çıxaq, özümüzü nəyəsə yararlı hiss edək. Bilək ki, nəyə görə yaşayırıq. 40 yaşım var, gedib rayon mərkəzindən çörəyi nisyə alıb, gətirib uşaqlarıma yedizdirirəm. Halbuki, altı, üstü sərvət olan torpaqda yaşayıram”.
Nərminə Allahverənova deyir, həyat yoldaşının uzun illər müraciətindən sonra 50 sot torpaq sahəsi ayrılıb, ancaq sənəd verilməyib. Sahədə tərəvəz əkiblər, ancaq bir müddət əvvəl onlara xəbərdarlıq olunub ki, daha sahədə əkin işləri aparmasınlar: “Məhsulu Bakı bazarlarına göndərirdik. Gəlib sahədən yükləyib aparırdılar. İndi o da yoxdur. İstəyirik ki, başqa yerlərdəki kimi, burda da islahatlar aparılsın. Bizə verdikləri 1.5 hektar torpaq sahələrinə görə Dövlət Aktları paylansın. Biz də fermer işləri quraq, dövlətin güzəştlərindən yararlanaq, ailəmizi dolandıraq. İş yox, torpaq yox, heyvandarlığa şərait yox. Bu kəndli daş-kəsəklə dolansın? Yəni o regionların inkişafı proqramından bu Xırdaoymaqa, azca da olsa, pay düşmədi?”
Kəndin digər problemi örüş sahələri ilə bağlıdır. Kəndlilərin deməsinə görə, bu ərazilər sakinlərin ata-baba yurdu olsa da, torpaqlarında qonşu kəndlərin sakinləri istifadə edir: “Biz yaşadığımız yerdə iki inəyimizi otara bilmirik. Bizdən icra hakimiyyəti, bələdiyyə pul istəyir. Qonşu kəndin sakinlərindən pul alıb burada mal-qara otarmağa icazə verirlər, amma bizi yaxın buraxmırlar. Dədə-babadan burada yaşamışıq. Ancaq bizi sanki işğal altında saxlayırlar”.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-11-2019, 09:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-11-2019, 09:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50