Cümşüd Nuriyev ermənilərin əlinə necə oynadı... - Biabırçılıq
Xəbər verdiyimiz kimi, sabiq deputat, tanınmış politoloq Cümşüd Nuriyevin AzTV-nin “Əsas məsələ” verilişində AXC dövründə Xanım Xəlilovanın başçılığı altında yaradıldığı iddia edilən “qadın batalyonu” haqda söylədikləri Qarabağ savaşında gerçəkdən döyüşmüş qadınlar və onların kişi həmkarları tərəfindən böyük qəzəblə qarşılanıb.
Məsələyə Azərbaycan KİV-də o dərəcədə geniş yer verilib ki, artıq düşmən ölkənin mediası da bu qalmaqalla maraqlanmağa başlayıb.
Moderator.az xəbər verir ki, Ermənistanın “Armenianreport” portalı Azərbaycan saytlarına istinadla Cümşüd Nuriyevin hərbçi qadınlarla qalmaqalı barədə yazıb.
Xatırladaq ki, sabiq deputat özü yerli mediaya açıqlamasında məsələni belə şərh edib:
“Mənim dediklərim kontekstdən çıxarılıb. Diqqət etsəz, görərsiz ki, mən konkret olaraq parlamentə hücum edən qadın dəstəsindən söz açmışam. Hücum edənlər Xanım Xəlilovanın qadın dəstəsindən olanlar idi. Bunu başqa kontekstə salmaq boş söhbətdir.
Mən özüm müharibə veteranıyam. Müharibə veteranı heç vaxt döyüşlərdə iştirak edən qadına, ümumiyyətlə, Azərbaycan qadınına artıq bir söz deməz. Hələ indiyə qədər döyüşlərdə iştirak edən qadınlar barəsində mənim bir dənə də olsun, mənfi fikrim olmayıb.
Amma Xanım Xəlilovanın məhz həmin dəstəsindən olan qadınlar bizi təhqir edir, kişi söyüşləri söyürdülər. Söhbət bundan gedir. İndi kimlərsə özlərinə sərf edən kontekstdə çıxardıb. Hələ ağlımı o qədər itirməmişəm ki, səfeh fikirləri gündəmə gətirim... Bir daha qeyd edirəm ki, söhbət mayın 15-də parlamentin şüşələrini sındıran, içəri girib deputatları kişi söyüşü ilə söyüb, onların qalstuklarından dartıb, yaxasını cıran bir neçə qadından söhbət gedir. Onların arasında bir dənə də olsun, ziyalı yox idi. Özünə hörmət edən qadın heç vaxt kişi söyüşü söyməz. Həmin qadınların ikisi Kənd Təsərrüfatı Nazirliyində mənim işçim olub. Həmin qadınların əlindən hər kəs dad edirdi. İndi məsələni bu kontekstə çəkmək alınmayacaq...”
Politoloq “ərsiz qadınlar” ifadəsinə də izahat verərək gerçəkdən erməni işğalçılarına qarşı savaşmış qadınlardan üzr istəyib:
“Danmıram, ərsiz qadın ifadəsini işlətmişəm. Bunu da ona görə demişdim ki, həmin qadınların yiyələri, ərləri yox idi deyə, onlara "dur" deyən olmadı. Söhbət yalnız həmin qadınlardan gedir. Ona qalsa, indi Azərbaycanın yarısı boşanıb. Mən o mənada deməmişəm.Əgər ifadələrim döyüşdə iştirak edən qadınların xətrinə dəyibsə, mən üzr istəyirəm...”
P.S. Son iki onillikdə Azərbaycanın sayt, qəzet və telekanallarında, eləcə də sosial şəbəkə seqmentində mütəmadi olaraq bu cür o qədər də əhəmiyyəti olmayan məsələlər hay-küylə qaldırılır, günlərlə müzakirələrə səbəb olur və bu da xalqın diqqətinin əsas hədəflərdən yayınmasına xidmət edir. Əsas hədəflərimiz isə bəllidir: Qarabağın işğaldan azad edilməsi, ölkəni çapıb-talayan korrupsiya şəbəkəsindən qurtulmaq və milli, mənəvi, əxlaqi dəyərlərimizə antimilli hücumun qarşısını almaq... Odur ki, diqqəti xaricdən və daxildən xalqa vurulan əsas zərbələrə yönəltmək, müdafiə qalxanlarını onların önünə vermək gərəkdir... Məsələn, ictimaiyyət, o cümlədən Qarabağ qaziləri son günlər ermənipərəst Lavrovun planı əsasında erməni jurnalistlərinin Azərbaycana gətirilməsinə bu qədər ajiotajla reaksiya vermədi... İndi isə düşmən ölkənin deputatlarını gətirmək istəyirlər... Oliqarx məmurların özbaşınalıqları davam edir. Fahişə və "mavi"lər telekanal və saytlardan milli əxlaqımııza, dəyərlərimizə meydan oxumaqda davam edir... Əsas gücümüzü, enerjimizi bunlara qarşı mübarizəyə sərf etməliyik... Yoxsa biri-birimizin dilindən bir söz tutub özümüzü erməniyə gülünc yeri etmək yaramaz...
Paylaş:
Müəllif : Yazar
Tarix:29-11-2019, 09:27
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-11-2019, 09:27
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
14-11-2024, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56