"Çox vaxt kirayə pulunun vaxtı çatanda borca girməli oluruq..." - GİLEY
“Məskunlaşdığımız binadan çıxaranda dedilər, sizi başqa yaşayış yerləri ilə təmin edəcəyik. 4 ildir ortada qalmışıq. Vəziyyətimiz olduqca acınacaqlıdır”. regionxeberlericom.az DİA.AZ-a istinadən bildirir ki, 8 ailə uzun illər Göyçay şəhəri, Atatürk küçəsi, 102 saylı ünvandakı 58 saylı peşə liseyinin yataqxanasında məskunlaşıblar. 2015-ci ildə Fövqəladə hallar naziri Kəmaləddin Heydərov şəxsən binaya baxış keçirib, tikilinin bir hissəsinin çökməkdə olduğunu bildirərək ailələrin bir qisminin köçürülməsini tapşırıb. Həmin binada məskunlaşan və sonradan oradan çıxarılan ailələrdən birinin üzvü Etibar Bəşirov deyir ki, 4 ildir kirayələrdə yaşamağa davam edirlər.
“Binada 16 ailə yaşayırdı. 8 ailənin yaşadığı tərəf tamamilə çökmüşdü, insanların hər an dağıntı altında qalmaq təhlükəsi vardı. Nazir dedi ki, bu insanları bir gün də bu binada saxlamaq olmaz. 3 gündən sonra akt tərtib olundu, 8 ailə binadan çıxarıldı. Ailələri kirayə evlərə köçürdülər. 1 il 3 ay kirayə pulunu Göyçay Rayon İcra Hakimiyyəti ödədi. İcra hakimiyyətinin başçısı dəyişdi, yeni başçı kirayə pulumuzu kəsdi”, - Etibar Bəşirov deyir.
Sakinin sözlərinə görə, ailələrə ev tikilməsi ilə bağlı vədlərin üstündən 4 il keçir. Ailələr kirayə pulunu ödəyə bilmirlər: “250 manat maaş alıram, 130 manat kirayəpulu ödəyirəm. İki övladım var, xəstə anam da mənim himayəmdədir. Qazancımın böyük hissəsi ev kirayəsinə gedir. Çox vaxt kirayə pulunun vaxtı çatanda borca girməli oluruq. Hökumət bizi evlə təmin etməlidir”.
Ailələrin deməsinə görə, 4 il əvvəl nazir həmin qəzalı binanın tezliklə söküləcəyini desə də, bina hələ də sökülməyib: “Bizim yaşadığımız hissədə tavan artıq dağılmışdı, ancaq digər hissədə vəziyyət bir qədər fərqli idi. Ona görə də 8 ailə binadan çıxarıldı, digər 8 ailə hələ də orada yaşamağa davam edir. Bizi oradan çıxaranda tezliklə digər 8 ailənin də köçürüləcəyini də demişdilər. Ancaq 4 il keçir, nə ailələr köçürüldü, nə də bina söküldü. Bizi ortalıqda qoymaqdansa, elə yaşadığımız binanın dağılan hissələrini düzəltsəydilər, ən azı, indi kirayə pulu axtarmazdıq”.
Çətin durumda olan ailələr dəfələrlə rayon icra hakimiyyətinə, Birinci vitse-prezidentə, Fövqəladə Hallar Nazirliyinə və başqa qurumlara müraciət etsələr də, problem həll olunmayıb. Fövqəladə Hallar Nazirliyindən ailələrə göndərilən məktubda bildirilib ki, bina qəzalı tikililər siyahısına daxil edilib. Bu məsələ üçün vəsait ayrılacağı halda həllini tapacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:29-11-2019, 11:01
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:29-11-2019, 11:01
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
14-11-2024, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56