reklam
Regionxeberlericom.az » Sosial » Deputat mal-qara alveri ilə məşğul olurmuş - İDDİA

reklam

Deputat mal-qara alveri ilə məşğul olurmuş - İDDİA



Deputat Mirkazım Kazımlı ilə bağlı maraqlı iddia gündəmə gəlib. JAMAZ.İNFO xəbər verir ki, tanınmış araşdırmaçı jurnalist Cavanşir Həsənli yaxın günlərdə buraxılacaq Milli Məclisin sözügedən deputatı ilə bağlı yazıb ki, “Qasid” Mətbuat Yayım şirkətinin rəhbəri Uukraynada mal-qara alveri ilə məşğul olurmuş.

Onun yazdığına görə, deputat Ukraynada iki şirkət açıb və hər ikisini oğlu Səid Kkazımovun adına rəsmiləşdirib. “İlk olaraq 2015-ci ilin fevralında Çerniqovsk vilayətində AL RAZZAQ MMC-ni (ТОВАРИСТВО З ОБМЕЖЕНОЮ ВИДПОВИДАЛЬНИСТЮ АЛ-РАЗЗАГ) 20 min qrivna nizamnamə kapitalı ilə qeydiyyatdan keçirib. Şirkətin fəaliyyət sahəsi kimi "mal-qaranın topdansatışı" göstərilib. Sənədlərdə qeyd olunur ki, Parlament prospekti 2 B, mənzil 58-də qeydiyyatda olan Səid Mirkazım oğlu Kazımov şirkətin 100 faizlik sahiblik hüququ ilə tək hissədarıdır. Belə anlaşılır ki, cənab Kazımovun şirkəti Ukraynadan Azərbaycana öküz, inək, qoyun-quzu daşıyır. Mal-qara alverçiləri Anatoli Lapinski adlı Ukrayna vətəndaşını şirkətə müdir qoyublar ki, ordakı işləri idarə etsin”.

Cavanşir Həsənli bildirir ki, deputat və oğlunun alveri o qədər yaxşı gedib ki, ət və konserv məhsullarının biznesinə də girişiblər. “Bu məqsədlə ötən ilin avqustunda Kiyevdə "Mir-M.L" MMC-ni (ТОВАРИСТВО З ОБМЕЖЕНОЮ ВИДПОВИДАЛЬНИСТЮ МИР-М.Л) qeydiyyatdan keçiriblər. Qeydiyyat nömrəsi 42491862, hüquqi ünvanı Qoloseevsk rayonu, akademik Vilyams küçəsi 6-dır. Şirkətin 67 %-lik hissəsi Mirkazım Kazımovun oğlunun adına, 33 %-i isə Xarkov vilayətində yaşayan Cəmaləddin İbrahimov adlı şəxsin adına rəsmiləşdirilib. Nizamnamə fəaliyyəti ət emalı və konservləşdirilməsindən, yəni "tuşenka" hazırlamaqdan ibarətdir.

Işdir-şayətdir, sabah market vitrinlərində Ukrayna istehsallı, halal sertifikatlı MİR-M.L tuşenkoları görüb eləsəniz bilin ki, halal-zad deyil, mayasında qəzetlərə "atılmış" pullar var”.

Jurnalist onu da qeyd edir ki, qəzetlərin satışı ilə məşğul olmuş “Qasid” Mətbuat Yayım şirkətinin rəhbəri olan Mirkazım Kazımlının adı bir çox qalmaqallara qarışıb. Məsələn, “Azadlıq” qəzetinin devalivasiyadan əvvəlki məzənnə ilə 70 min manatı, “Yeni Müsavat” və digər qəzetlərin də həmçinin az olmayan məbləğləri bu günə qədər ödənilməyib. “Heç bundan sonra da ödənilməyəcək həmin pullar”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Paylaş:


Müəllif : Tarix:
29-11-2019, 11:02
Sikayət   


loading...
Загрузка...