"Xalq Bank"ın qarşısını alan olacaqmı? - NARAZILIQ...
Banklardan böyük həcmdə kredit götürdükdə girovla bağlı meydana çıxan çətinliklər müstəqil Azərbaycanın həlli müşkül ən böyük probleminə çevrilib. Cəmiyyət arasındakı getdikcə daha da artan narazılıqların böyük əksəriyyəti də, məhz, bu problemlə bağlıdır. Ağır cinayət kimi törədilən bu qanqaraldıcı problemin səbəbkarlarının bank və tikinti şirkəti rəhbərlərinin olduğu hamıya məlumdur. Ölkənin hüquq-mühafizə orqanlarında və məhkəmələrində bu yöndən olan cinayət işlərinin sayı da, digər işlərdən dəfələrlə çoxdur. Eyni zamanda, əksəriyyəti kreditlərlə bağlı olan banklarla qarşıdurma və mübahisələrdə daha çox əziyyət çəkənlər üçüncü tərəf -- iş adamları olur. Eynən, paytaxt Bakının Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən "Yasmin" ticarət mərkəzindəki müxtəlif ölçülü obyekt və ofislərin külli miqdarda qiymətləndirilən dəyərlərini tam ödəməklə, öz adlarına alıb, bizneslərini quran 22 nəfər iş adamı kimi. Bu biznes mərkəzi ətrafında çoxdan yaranan və səngimək bilməyən dərin qalmaqalların, hətta polis və prokurorluq orqanlarında, müxtəlif instansiya məhkəmələrində mübahisə obyektinə çevrilməsi də deyilənlərin sübutudur. Doğrudan da, "Xalg Bank" "Mars-M" şirkətinin başçısı ilə birlikdə, bu iş adamlarına qarşı misli görünməmiş bir vəhşilik ediblər.
Ölkə başçısının iqtisadi müşavirələrdə bank sektorunun fəaliyyətindən narazılığını gizlətməməsi və bu sektorun sahibkarlığın inkişafında dövlətə lazımi dəstəyi göstərmədiyini bildirməsi də, sanki bu bankın başında duranların veclərinə deyil. Halbuki prezident bankların real sektora lazımi dəstək göstərməməsini vurğulamaqla, bu sahədə də islahatlara ehtiyacın yarandığını təsdiqləmiş oldu. Bu bir həqiqətdir ki, Azərbaycanın bank-maliyyə sektorunda ciddi dəyişikliklər, islahatlar aparılmadan ölkə iqtisadiyyatının, xüsusilə də sahibkarlığın inkişafını gözləmək mənasızdır. Bunu deməyə artıq uzun illərin təcrübəsi və real sektorla bank sektoru arasındakı münasibətlərin hazırkı acınacaqlı durumu da əsas verir.
Onu da əlavə edək ki, ölkənin bank sektoru əhalinin, daha çox iş adamlarının ən çox şikayət etdiyi sahələrdən biridir. Çünki məmur-oliqarxların nəzarətində olan bank sektoru ilə iqtisadi islahat mümkünsüzdür. Sahibkarlar arasında kiçik bir sorğu aparmaq kifayətdir ki, ölkədəki banklarla işləməyin və bundan qazanc əldə etməyin nə qədər müşkül və bəzən də mümkünsüz olduğunu görəsən.
"Yasmin" ticarət mərkəzi ətrafında çoxdan yaranan bank-iş adamı qarşıdurması da göstərdi ki, "Xalq Bank" dəyəri saxta yolla və qarşılıqlı razılaşma ilə dəfələrlə şişirdilmiş girov müqabilində, "Mars-M" MMC-nin hazırda həbsdə olan rəhbəri Mərhəmət Bəşirova iki dəfə külli miqdarda kredit ayırıb. Tələyə düşənlər isə, həmin 22 nəfər iş adamı olub. Artıq hamıya məlumdur ki, bu kreditlər mənimsənilib və talan edilib. İndi belə çıxır ki, bu biabırçı talançılığın və "Xalq Bank"ın adını çəkdiyimiz müştərisi ilə yaranan "girovla bağlı probleminin" hesabını həmin sıravi sahibkarlar ödəməlidirlər. Bu da onun sübutudur ki, belə bir qanunsuzluq, bu bankın sahibi olan məmur-oliqarxların mümkün qədər çox qazanmaq istəyindən irəli gəlib. Təbii ki, Mərhəmət Bəşirovla gizli sövdələşməyə gedən həmin bank rəhbərlərinin bunu etiraf edəcəyini gözləmək sadəlövhlük olardı. Niyə, bu yerdə "gizli sövdələşmə" sözlərini xüsusi vurğulayırıq. Ona görə ki, öncə Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham edilən, sonra haqqındakı bu İttiham maddəsi ləğv edilərək, 195.2-ci (“Qanunsuz kredit götürmək və ya ondan başqa məqsədlər üçün istifadə etmə”) maddənin çərçivəsinə salınan Mərhəmət Bəşirovu maksimum 5 il həbs cəzası gözləyir. Bu, daha az ağır bir cinayətdir və onun tezliklə həbsdən çıxmasını reallaşdırır. Və bu cinayətin göynərtisi daha çox olan ağrısını çəkmək, üst-üstə 5 milyon manatdan çox pul verib, bu ticarət mərkəzindən özlərinə obyekt və ofislər alan həmin iş adamlarının üzərinə düşür. Çünki artıq "Xalq Bank" bu yaxında -- dekabrın 2-də "Yasmin" ticarət mərkəzinin gözəgəlimli binasını hərraca çıxarıb, satmaq hüququ əldə edib. Hətta həmin 22 nəfərin əksəriyyətinin mülkləri bank tərəfindən qıfıllanıb və onlar çoxdandır içəri belə buraxılmırlar.
Bəli, Mərhəmət Bəşirova qarşı irəli sürülən ittihamın yumşaldılması nəticəsində, onun cinayət işinə sonda Bakı Ağır Cinayətlər Məhkəməsində deyil, Yasamal Rayon Məhkəməsində hakim Hüseyn Səfərovun sədrliyi ilə baxılır. Məhz bu prosesin gedişatı da, öncədən yaranan bir çox müəmmalı suallara tam aydınlıq gətirib. Üstəlik, artıq xeyli müddətdir davam edən bu məhkəmə prosesi zamanı ortaya çıxan qəribəliklərdən, o cümlədən bank işçilərinin ifadələrindən alınan son nəticə də, açılması çətin olan heç bir sualı cavabsız qoymayıb. Ən əsası, o məlum olub ki, 8 iyul 2015-ci il tarixində "Mars-M"-ə 17 milyon dollar məbləğində son kredit olduqca qəribə şərtlər altında verilib. Ən maraqlısı odur ki, 1 iyul 2015-ci il tarixində bank filialının Kredit Komitəsi "Mars-M"-ə kredit verilməsi ilə bağlı yekdil mənfi qərar qəbul edib. Komitə öz qərarını "Mars-M"-in mənfi kredit tarixinə malik olması və əvvəlki ili zərərlə başa vurması ilə əsaslandırıb. Ertəsi gün isə, Bankın Müşahidə Şurası, bütün bunlara baxmayaraq, yekdilliklə kreditin verilməsini təsdiqləyib. Kredit götürənin heç bir müsbət cəhəti olmadan! Bu yerdə, onu da qeyd etməyi lazım bilirik ki, məhkəmə proseslərində zərərçəkmişlərin vəkilləri dəfələrlə hakimdən Bankın Müşahidə Şurasının üzvlərinin dindirilməsini istəsə də, lakin vəsatətləri rədd edilib. Daha doğrusu, belə olub ki, məhkəmə kredit verməkdən imtina edən bank işçilərini dindirib, lakin kredit verənləri dindirməyib. Çox qəribə bir məntiq, deyilmi!
İndi bütün məlumatları ümumiləşdirib, nəticə çıxarmağın vaxtı çatıb; Mərhəmət Bəşirov qanunsuz kredit almaqda ittiham olunur. İddiaya görə, binanın bir hissəsinin çoxdan sahibkarlara satıldığını bildirmədən bankı aldadıb. Aldatma nəticəsində Bəşirov yararlanıb! Sonda, bank deyil, obyekt sahibləri zərər görüblər. Buna baxmayaraq, bank da, nədənsə, zərərçəkmiş kimi tanınıb.
Bu, tam olaraq onu sübut edir ki, bank Mərhəmət Bəşirovla, bir növ, sakit razılaşma həyata keçirib -- özlərinin daha çox varlanması eşqi ilə!
Bu qalmaqal barədə, ölkə mətbuatı ilə bərabər, araz.az xəbər portalı olaraq, biz də xeyli yazı dərc etmişik. Yazılarımızda xüsusi olaraq onu vurğulamışıq ki, "Xalq Bank" Açıq Səhmdar Cəmiyyətinin rəhbər şəxsləri tərəfindən, "Mars-M" MMC-nin tərkibindəki "Yasmin" ticarət mərkəzindən 2008-2013-cü illərdə
özlərinə obyektlər alan və orta bizneslə məşğul olan həmin iş adamlarının başlarına olmazın oyunlar açılıb. Nəticədə, onlar artıq öz şəxsi əmlakları ilə bərabər, bizneslərindən də məhrum olmaq təhlükəsiylə üz-üzə qalıblar. Bir sözlə, bu MMC-nin hazırda həbsdə olan "Moren" kriminal ləqəbi direktoru Mərhəmət Bəşirovla bərabər, "Xalq Bank"-ın həmin rəhbər şəxslərinin 22 nəfər sahibkarın üstündə açıq-aşkar "kredit qumarı" oynadıqları yazılarımızın əsas mövzusuna çevrilib. Ümumi sahəsi 20800 kvadratmetr olan 8 mərtəbəli "Yasmin" ticarət mərkəzi binasının, bütöv olaraq, qanunsuz "Xalq Bank"a girov qoyulması isə, həmin yazıların xüsusi vurğulanan kriminal süjet xəttini təşkil edir.
Doğrudan da, indiyədək adı bir sıra digər qatı cinayətlərdə hallanan Mərhəmət Bəşirovun bu "kredit hekayəsinin" özünəməxsus kriminal süjet xətti var. Bu süjet xəttinin əsası belədir ki, o, "Yasmin" adıyla tanınan qeyri-yaşayış binasından 22 şəxsə 30 müqavilə üzrə 1872,27 kvadratmetr sahənin satılması faktını, guya, qəsdən bildirmədən, "Xalq Bank"la kredit müqavilələri bağlamağa nail olub və külli miqdarda qanunsuz kreditlər götürüb. Bir ətək -- 5 milyon manatdan çox pul töküb, bu ticarət mərkəzində obyekt alan həmin iş adamlarına 10 ildən sonra məlum olub ki, şirkətin sahibi onların adına rəsmiləşdirdyi obyektləri də həmin banka girov qoyub. Sonda, "Mars-M” “Xalq Bank”-a külli miqdarda borclu qaldığı üçün, bank bunun qarşılığında həmin sahibkarların dəyərləri milyonlarla ölçülən həmin halal ofis və obyektlərinə də əl qoyub. Halbuki "Xalq Bank"ın həmin sahibkarlara qarşı heç bir iddiası olmamalıydı. Ona görə ki, onların özləri öz obyektlərini girov qoyub, bu bankdan kredit götürməyiblər. Qanunsuz yolla, fırıldaqla və saxta yolla girov qoyub, kredit götürən “Mars-M” firmasının təsisçisi və direktoru Mərhəmət Bəşirovdur. O, hazırda həbsdə olsa da, törətdiyi cinayətə görə, layiqli cəzasını çəkməyəcəyi indidən sübut edilib. Yəni ki, bu saxta bir "cinayət əməlidir" Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 195.2 və 308.2-ci maddələri üzrə İttiham edilən Mərhəmət Bəşirovun taleyinin necə olacağını isə, iş üzrə cinayət işinin ibtidai istintaqı başa çatdıqdan sonra, materialların baxılması üçün göndərildiyi Yasamal Rayon Məhkəməsi müəyyən edəcək. Hakim Hüseyn Səfərovun icraatına verilən və Mərhəmət Bəşirovun ciddi şəkildə təqsirləndirildiyi bu cinayət işinin məhkəmə araşdırması xeyli vaxtdır davam edir. İttihama görə, zərərçəkən “Xalq Bank” ASC ilə bərabər, mərkəzin binasından özlərinə obyekt alan həmin 22 nəfər də, işdə zərərçəkən şəxs qismində tanınıblar. Nə olsun, indiyədək obyektləri qanunsuz olaraq əllərindən alınan çətin durumlu həmin iş adamlarının bir neçəsinin haqlı tələblərinə bəzi məhkəmələrin məhəl qoymaması, “Mars-M” firmasının, o cümlədən “Xalq Bank” ASC-nin vəzifəli şəxslərinin məsuliyyətdən tamamilə kənarda qalmaları, gizli çox mətləbləri ortaya çıxarır. Elə, zərərçəkən sahibkarları daha çox qorxudan da budur. Bakı Apellyasiya, Respublika Ali və Konstitusiya məhkəmələrinin, həmin sahibkarların bəzilərinin xeyrinə 1 saylı Bakı İnzibati-İqtisadi və digər instansiya məhkəmələrinin çıxardıqları qətnamə və qərarları ləğv edərək, onların mənafelərinə qarşı ağlasığmaz qərarlar çıxarmaları isə, onların bu qorxu hisslərini gündən-günə daha da artırır. Bütün bunlar, “Xalq Bank” ASC-nin "Mars-M" MMC ilə birgə əvvəlcədən qurduqları oyunun -- qanundankənar sövdələşmənin nəticəsi olduğunu, 2008-ci ildən burada sahibkarlıq fəaliyyəti ilə məşğul olan həmin vətəndaşların əmlak hüquqlarını kobud şəkildə pozmaqla, sonda, bu şəxslərin üstündə 17 milyon dollarlıq kredit oyununa getməkdən belə çəkinmədiklərini ortaya çıxarır.
Artıq, Yasamal Rayon Məhkəməsinin son qərarını gözləməyən "Xalq Bank" rəhbərləri onların əmlaklarını, faktiki olaraq, qanunsuz ələ keçirmək istədiklərini bir daha sübut ediblər. Daha dəqiq desək, illər əvvəl “Mars-M” firması ilə qurduğu kredit-ipoteka oyununun məhkəmə mərhələsində binaya qanunsuz mühafizə yerləşdirib, onların öz obyektlərinə girişinə, qanuni əsaslarla aldıqları əmlaklarından təyinatına uyğun istifadə etmələrinə mane olmaqla, onları çoxdan qanunsuz ələ keçirdiklərini bir daha orta qoyublar.
Ümumiyyətlə, banklara olan kredit borcu əgər vaxtında ödənmirsə, onda nə baş verir? Təbii ki, öhdəliyin təminatı olaraq, borclu əmlakını girov qoyubsa, tələb əmlaka yönəldilir -- əgər, həmin əmlakın girov qoyulması, sənədlərinin tam araşdırılması barədə məlumatların buna imkan verməsindən sonra mümkün olubsa. Bəs, "Yasmin" girov qoyulanda, mövcud qanunun tələblərinə əməl olunubmu? Əsla, yox! Məhkəmədə çıxış edən sahibkarlar, onların vəkilləri və hüquqi nümayəndələri bunu xüsusi vurğulayırlar. Deyirlər ki, bank bu zaman diqqətli olub, dəqiq məlumatlar toplamağa məhəl qoymayıb. Guya, banka sonradan məlum olub ki, ticarət mərkəzindəki obyekt və ofislər başqa-başqa vətəndaşlara satılıb. Mərhəmət Bəşirovun "Yasmin"i ümumilikdə “Xalq Bank”a girov qoymaqla kredit götürdüyü, külli miqdarda olan həmin pulu geri qaytarmadığı obyekt sahiblərinə isə, adlarına rəsmiləşdirilən həmin əmlaklarını özlərinin bizneslərinə uyğunlaşdırıb, işə başlayandan çox sonra məlum olub.
Şərtlərə görə, hər hansı bank bu boyda kredit verəndə, daha diqqətli olması tələb olunur. Lakin "Xalq Bank" kredit götürənin kredit dosyesini (tarixçəsini) dəqiq hazırlamayıb. Yəni, kredit dosyesi hazırlananda Mərkəzi Bankın təsdiq etdiyi və Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınmış “Banklarda kreditlərin verilməsi Qaydaları”nın müvafiq bənd və əlavəsində təsbit edilmiş şərtlərə əməl edilməyib. Amma qaydaların qısa məzmunu belədir ki, bankda bütün borcalanlar üzrə kredit dosyesi aparılmalı, orada müəyyən zəruri sənədlərdən əlavə, kreditlərin verilməsinin, monitorinqinin və nəzarətinin aparılması üçün tələb olunan minimum sənədlər belə mütləq olmalıdır. Təəssüf ki, "Xalq Bank" bu vacib şərtə də, başdansovdu yanaşıb, bunu nəzərə almayıb və indi, kredit dosyesindəki vacib sənədləri məhkəməyə təqdim etmək də istəmir. Çünki keçmişində qaranlıq məqamlar çoxluq təşkil edən Mərhəmət Bəşirovun fəaliyyəti araşdırılsaydı, ona kredit verilməzdi. Üstəlik, "Xalq Bank" Açıq Səhmdar Cəmiyyəti, 04 oktyabr 2013-cü il və 08 iyul 2015-ci il tarixlərində kredit müqavilələri bağlayaraq, birinci dəfə 10 milyon, ikinci dəfə isə, 17 milyon dollar məbləğində krediti, qiyməti bu rəqəmdən üç dəfə az olan "Yasmin" ticarət mərkəzinin girov qoyulması müqabilində də verməzdi.
Məhkəmə işinə obyektiv baxılması üçün bütün sənədlərin, yəni kredit dosyesinin tam təqdim edilməsi zəruridir. Lakin bank bunu etmir. Baş verən bütün qanunsuzluqlar isə ona dəlalət edir ki, vaxtilə Mərhəmət Bəşirovla saxta biznes əlaqələrinə girməkdən çəkinməyən "Xalq Bank" ASC rəhbərləri onların əmlaklarını əllərindən almaqda çox israrlıdır. Onlar kredit adıyla bir qrup iş adamının halal obyektlərinə əl qoymaqla, mövcud qanunvericilikdəki əmlak hüquqlarının tələblərini kobud şəkildə pozmaqdan belə çəkinməyərək, həmin sahibkarların gələcəyə dair planlarını tamamilə puça çıxarıb, bizneslərini davam etdirməyə imkan vermirlər. Beləcə, 22 nəfər həmin iş adamı da, acınacaqlı tale yaşamağa məhkum edilirlər.
Yasamal Rayon Məhkəməsindəki son proses zamanı hakimin zərərçəkən iş adamlarına qarşı münasibətinin kəskin şəkildə dəyişməsi, onlar tərəfindən verilən və haqlı tələblərlə dolu vəsatətlərin heç birini qəbul etməməsi, "Xalq Bank" ASC-nin vəkili Muxtar Mustafayevin məhkəmə prosesi zamanı oyun çıxarmasına, çox hallarda onun məhkəmə etik davranış qaydalarını kobud surətdə pozmasına və qanunsuz digər hərəkətlərinə göz yumması da, əvvəlcədən qurulan bu kredit oyunun çox gizlinlərinin olduğunu təsdiqləyir.
Bütün sadaladıqlarımız onun sübutudur ki, "Xalq Bank"çılar artıq zərərçəkən iş adamları ilə kəllə-kəlləyə gəlməkdən çəkinmirlər. Elə, paytaxt Bakının ən görməli yerində ucaldılan bu gözəgəlimli ticarət mərkəzini ələ keçirmək xatirinə də, bankirlər milyonlarını bu qanunsuz kreditlərə buraxmaqdan çəkinməyiblər. Bankirlərin çoxdankı arzularının gerçəkləşməsində isə, Yasamal Rayon Məhkəməsi də, onların daha bir dəstəkçisinə çevrilir...
...Sonda bir daha deyirik: Təəccüblü deyil ki, prezident harın məmurlar kimi, bankirləri də ölkədə qeyri-neft sektorunun inkişafına töhfə verməmələrinə görə tənqid edib. "Yasmin" ticarət mərkəzi ətrafındakı fırıldaqçılıq da göstərir ki, onlar nəinki töhfə vermirlər, üstəlik iş adamlarını qarət etməkdən belə çəkinmirlər. Halbuki prezident: "Biz, çox yaxşı bilirik ki, inkişaf etmiş ölkələrdə ümumi daxili məhsulda əsas rolu kiçik və orta sahibkarlar oynayır. Bizdə isə hələ ki, belə deyil. Biz sahibkarlara nəfəs verməliyik ki, onlar rahat işləsinlər. Elə bir şərait yaratmağa çalışmalıyıq ki, istedadlı, biznesə meyli, həvəsi olan hər bir insan bizneslə məşğul ola bilsin, məmur təzyiqindən, digər müdaxilələrdən azad olsun. Əgər indi kimsə özü üçün bir balaca iş qurursa, gəlib zəli kimi onun bədənindən yapışırlar, qanını sorurlar. Buna görə də,
hüquq-mühafizə orqanları artıq məndən çox ciddi tapşırıq alıblar ki, belə hallara yol verilməsin. Əgər buna yol verilərsə, dərhal məni məlumatlandırın. Belə yaramaz məmurlara qarşı çox ciddi sanksiyalar və tədbirlər görüləcək. Sahibkarlıq fəaliyyətinə mane olan səlahiyyət sahibləri sərt şəkildə cəzalandırılmalıdırlar. Sahibkarlığa qarşı yönəlmiş çirkin əllər mütləq kəsilməlidir!" – deyə, sahibkarlıq fəaliyyətinə müdaxilə edənlərin, maneə törədənlərin cəzalandırılacağını açıq mətnlə bəyan edib. Deməli, problem kifayət qədər ciddidir və artıq buna qarşı sərt mübarizə aparmağın vaxtı çoxdan çatıb. Ölkə başçısının bu məsələnin üzərində xüsusi dayanması da, deyilənlərin təsdiqi sayıla bilər. Bu səbəbdən, dövlət rəhbəri artıq bununla bağlı hüquq-mühafizə orqanlarına tapşırıq verdiyini də deyib. Bu isə, bu prosesin həbslərlə müşaiyət olunacağını deməyə əsas verir. Əslində, bu ticarət mərkəzi ətrafında yaranan gərginliyi aradan qaldırmaq üçün də, ədalət çoxdan bərpa edilməli, bu saxtakarlığın bütün günahkarları öz layiqli cəzalarını indiyədək almalıydılar...
...Hadisələrin gedişi araz.az saytının diqqət mərkəzində olduğundan, yazının davamı olacaq. Saytımızı izləyin. //gundemxeber.az//
Paylaş:
Müəllif : Yazar
Tarix:2-12-2019, 09:33
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-12-2019, 09:33
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Bu gün, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Bu gün, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Bu gün, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
Dünən, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
Dünən, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
Dünən, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
Dünən, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24
Abşeronun başçısı QƏZA yaratdı, dövlət qurumları TƏCİLİ Xırdalana ÇAĞIRILDI – Fotolar
19-12-2024, 14:22