“Keçmiş icra başçısının adamları mənə hədə-qorxu gəldilər” - GİLEY
“Keçmiş icra başçısı mənim torpağım üzərində sərəncam verib. Ərazilərimi 6 adama satıb. Həmin adamlar mənim torpağımda ev tikiblər. İllərdir məhkəmələrdəyik. Demək olar, bütün instansiyalarda qalib gəlmişəm. Ancaq qərar icra edilmir. Həmin şəxslər mənə aid torpaqları nə boşaldır, nə də həqiqi dəyəri olan pulu ödəmək istəyirlər”. DİA.AZ bildirir ki, gəncəli sahibkar Elşad Məmmədov belə deyib. Bildirib ki, torpağı Göygölün Quşqara kəndi (hazırkı Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, əriklik bağı) ərazisindədir. Nə az, nə çox, düz 21 sotdur. Gələcəyə yatırım məqsədilə 2007-ci ildə alıb. Ancaq bir də ayılıb ki, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev həmin torpaqları başqalarına satıb:
“2012-ci il idi. İşlərimlə bağlı Türkiyədə idim. Anam zəng etdi ki, bala, sənin mərkəzdəki ərazində nəsə tikirlər. Tələsik qayıtdım. Ev tikintilərinə başlanmışdı. Tikinti aparanlar mənə icra başçısının sərəncamını göstərdilər. Sərəncam ev tikməklə bağlı verilmişdi. Ancaq həmin evin harada tikilməsi göstərilmirdi. İzah etdim ki, etdikləri qanunsuzdur. Ancaq veclərinə almadılar. Dedilər, sotuna 4,5-5 min ödəməklə alıblar. İndi də ev tikirlər”.
Şikayətçi deyir ki, düzdür, sonradan məhkəmədə çoxu torpağı pulla aldığını inkar edib. Görünür, onlara tapşırıq belə verilib. İcra Hakimiyyətinin torpaqları Ulu Öndərin ad günündə onlara pay verdiyini söyləyiblər:
“Təkcə bir nəfər sonacan torpağı pulla aldığını dedi. Lap deyək, satılmayıb, hədiyyədir. İcra başçısı kiməsə yaxşılıq etmək istəyirsə, bunu mənim torpağımla niyə edir?”
Elşad Məmmədov bundan sonra məcbur olub, məhkəməyə üz tutub. İşə Gəncə Şəhər Məhkəməsində baxılıb. Hakim həmin torpaqların sənədlə Elşad Məmmədova aid olması ilə bağlı qərar qəbul edib: “İş bütün məhkəmə instansiyalarını keçdi. Uddum. Sonra icra edilmədi. Sonra iş Ali Məhkəmədən yenidən qaytarıldı Apelyasiya Məhkəməsinə. Görünür, Elmar Vəliyevin vəzifədəki yaxınları belə istədi. Burada yenidən ötən ay məhkəmənin birini udmuşam. İşi sadəcə yubadırlar. Bir tərəfdən də ev tikənlər dayanmadan Prezidentə, Birinci vitse-prezidentə və s. şikayət məktubları yazırlar. Yazırlar ki, guya mən məhkəmələri pulla satın alıram”.
Paylaş:
Müəllif : Yazar
Tarix:4-12-2019, 15:51
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:4-12-2019, 15:51
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48
Bərdə rayonunda "Dayanıqlı İnkişaf üçün Bacarıqlı bizneslər" layihəsi öz icrasına davam edir.
14-11-2024, 11:21
“Kristal Abşeron”-un özbaşınalığına "dur" deyən olacaq? - "Deyirəm ki, söküb dağıtmaq, məhəlləni zibilxanaya çevirmək abadlıqdır? "
13-11-2024, 10:56