reklam
Regionxeberlericom.az » Sosial » Səfir Vilayət Quliyev sabiq naziri İTTİHAM ETDİ: - “Oğrudan oğruya..."

reklam

Səfir Vilayət Quliyev sabiq naziri İTTİHAM ETDİ: - “Oğrudan oğruya..."


“Deyəsən son illərdə əli maddi çax-çuxdan çıxan keçmiş həmkarım, sabiq rabitə naziri Nadir Əhmədov ixtiyar yaşında intellektual çapovulçuluğa girişib. Mənim 2008-ci ildə "525-ci qəzetdə" çap olunmuş "Türk ordusunun azərbaycanlı generalları" adlı məqaləmi sərlövhəsini və bir sözünü də dəyişmədən əvvəlcə 2009-cu ildə "Elm və Təhsil" nəşriyyatında çıxan "İblis xislətli erməni" kitabına, sonra da özünün www.nadir-ahmedov.com saytına yerləşdirib”.

Modern.az-ın məlumatına görə, bu ittihamla Azərbaycanın Macarıstandakı səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyev çıxış edib.

O bildirib ki, google-da axtarış verəndə bir sətrini də yazmadığı uzun zəhmət və axtarışların bəhrəsi olan bu araşdırma-yazı Nadir müəllimin "əsəri" kimi təqdim olunur.

“Məqalədə haqqında danışılan general-polkovnik Mehmet Nuri və ordu generalı Mahmud Berköz (Sarıkərimli) qardaşları əslən şəkili olduqları üçün yəqin Nadir müəllim elə hesab edir ki, bu mövzudan yazmaq başqa bölgədən olan bir kimsənin işi deyil, yalnız onun şəninə şayandır. Amma yeni peyda olmuş "qocaman ədib" heç olmazsa köhnə şəkili kimi vətəninin övladlarından söz açan yazıya bir-iki məhəlli ştrix əlavə eləsəydi, yenə də dərd yarı idi...
Görünür, "Oğrudan oğruya halaldır" prinsipi ilə hərəkət edən Ülviyyə Tahirqızı adlı bir xanım da eyni yazını başlığını da dəyişmədən "Xalq cəbhəsi qəzeti"ndə öz araşdırması kimi çap etdirib (bax. "Türk ordusunun azərbaycanlı generalları", "Xalq cəbhəsi qəzeti", 25 aprel 2014-cü il, www.xalqcebhesi.az.news.accident)
Əcəb işdir! Adam bilmir qocasından rəncidə olsun, yoxsa cavanından incisin! Yəqin ki, ən salamat yolu oxucu sayını artırdıqlarına görə bu "müəlliflərə" təşəkkür etməkdir”.


Paylaş:


Müəllif : Tarix:
5-12-2019, 09:54
Sikayət   


loading...
Загрузка...