Ölkənin enerji təhlükəsizliyinə təhdid: - Azərbaycan regionun “zapravkası”na çevrilir
Son günlərdə dizel yanacağının Azərbaycandan qaçaq yollarla qonşu ölkələrə daşınması ilə bağlı məlumatlar yayılır. Bu məlumatlarda Rusiya və Gürcüstanla sərhədyanı məntəqələrdə ölkədən dizel yanacağının çıxarılmasının şəbəkələşmiş formada həyata keçirildiyi bildirilir. İddialara görə, Azərbaycanda satılan dizelin əhəmiyyətli hissəsi qonşu Gürcüstan və Rusiyanın Dağıstan vilayətinə qaçaq yollarla aparılır və satılır. Məlumatlarda qonşu ölkələrdə dizel yanacağının qiymətinin Azərbaycandakı daxili tariflərdən dəfələrlə yüksək olmasına görə, həmin ölkələrə Azərbaycandan yanacağın qaçaq yollarla (baklarda) daşındığı bildirilir.
Rəsmi statistikaya görə, son illərdə Azərbaycanda dizel yanacağının ixracının azalması müşahidə olunur. Bu azalma ölkədə dizel yanacağının tələbatının artımı kimi görünsə də iddialara görə, qaçaqmalçılıq rəsmi ixracı əvəzləməyə başlayır. Bu da Azərbaycan dövlətinin ixrac gəlirlərindən məhrum qalmasına və Azərbaycanda yanacağın qıtlığına gətirib çıxarır.
"Report"un məsələ ilə bağlı araşdırmasına görə, dizel yanacağının ixracında mütəmadi azalma 2015-ci ildən bəri müşahidə olunur. Görünən odur ki, dizel yanacağının qaçaq yollarla xaricə daşınması elə bu ildən başlayıb. Bunun əsas səbəbi isə Azərbaycanda manatın devalvasiyası və devalvasiya nəticəsində yanacağın dollar ifadəsi ilə kəskin ucuzlaşmasıdır. Daha əvvəl qaçaqmalçılıq sərfəli olmayıbsa, devalvasiyadan sonra dizelin xaricə qaçaq yollarla daşınması sərfəli biznesə çevrilib.
Son illərin statistikası da bu iddianı bir növ təsdiqləyir. 2015-ci ildə dizel yanacağının ixracı 2014-cü illə müqayisədə 2,7% azalaraq 965,788 min ton təşkil edib. 2018-ci ildə isə ixrac miqdarı bu göstəricidən 2 dəfə az olub. 2016-cı ildə ixrac olunan dizel yanacağının həcmi 728,374 min ton (azalma 24,6%), 2017-ci ildə 561,5 min ton (2016-cı ildən 22,9% az), 2018-ci ildə 471 min ton (əvvəlki ildən 16% az), bu ilin 10 ayında 436,3 min ton təşkil edib.
Məbləğ ifadəsində azalma daha da nəzərə çarpır. Belə ki, 2014-cü ildə 718,2 mln. ABŞ dolları məbləğində olan ixrac 2018-ci ildə 2,8 dəfə azalaraq 254,2 mln. dollara düşüb. 2015-ci ildə 372,3 mln. dollarlıq, 2016-cı ildə 240,9 mln. dollarlıq, 2017-ci ildə 229,9 mln. dollarlıq dizel yanacağı ixrac edilib. Göründüyü kimi, rəsmi ixrac göstəricilərində kəskin azalma müşahidə edilir.
2016-2018 illərdə Gürcüstana dizelin rəsmi idxalı 652 min tondan 566 min tona düşüb. Bir halda ki, Gürcüstan iqtisadiyyatı dinamik inkişaf edir, hər il ÜDM-də bir neçə faiz artım qeydə alınır, yanacağın istehlak səviyyəsinin azalması uzaq ehtimal kimi görünür. Daha məntiqli ehtimal budur ki, Gürcüstan bazarına qaçaq yollarla Azərbaycandan ucuz dizel daxil olur və bazar tələbatının bir hissəsini ödəyir.
Bu gün Azərbaycanda dizelin topdansatış qiyməti 30 sent/litr, Gürcüstanda isə 3 dəfə daha yüksək – 90 sent/litr təşkil edir. Dizelin pərakəndə satış qiyməti Azərbaycanda 35 sent/litr olduğu halda, Rusiyada 70 sent/litr olaraq 2 dəfə yüksəkdir. Türkiyə və Ukrayna kimi ölkələrdə 1,16 sent/litr - Azərbaycandan 4 dəfə yüksəkdir. Qonşu ölkələrdə qiymətin yüksək olması Azərbaycandan dizelin qaçaq yollarla həmin ölkələrə daşınmasını sərfəli edib, bu isə ölkənin gəlirlərinə ciddi ziyan vurur.
2014-cü ildə devalvasiyadan əvvəl Azərbaycan təkcə dizelin satışından (daxili və xarici bazarlarda ümumilikdə) 1,7 mlrd.dollardan çox gəlir əldə edirdisə, son illər üzrə dizelin satışından gəlir 750-780 mln. dollar civarında dəyişir. Beləliklə, devalvasiya və ondan sonra baş alan dizel qaçaqmalçılığı Azərbaycan dövlətini hər il 1 mlrd. dollar gəlirdən məhrum edir.
Beləliklə, dizelin qiymətinin aşağı olması Azərbaycan dövlətini və xüsusən də əhalinin büdcədən maliyyələşən təbəqələrin gəlirlərini məhdudlaşdırır. Ölkədə dizelin ucuz olmasından qazanan isə nəticədə onu qaçaq yollarla idxal edən qonşu ölkələr olur.
Paylaş:
Müəllif : Yazar
Tarix:5-12-2019, 17:48
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:5-12-2019, 17:48
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
Dünən, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
Dünən, 10:45
Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
Dünən, 08:54