Namizədlərin qeydiyyatı nə vaxt başlayır? - Seçki-2020
Prezidentin növbədənkənar parlament seçkiləri ilə bağlı verdiyi sərəncama uyğun olaraq, Mərkəzi Seçki Komissiyası toplanmalı və qərar verməlidir. Bu qərar qüvvəyə mindikdən, yəni qərar dərc olunduqdan sonra artıq namizədlərin irəli sürülməsi prosesi başlaya bilər.
regionxeberlericom.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında hüquqşünas Akif Qurbanov Prezidentin sərəncamı ilə növbədənkənar parlament seçkilərinin 2020-ci ilin fevralın 9-na təyin edilməsi ilə bağlı danışarkən deyibş O bildirib ki, namizədlər fərdi qaydada, təşəbbüs qrupu tərəfindən, ayrı-ayrı siyasi partiyalar və siyasi partiyaların blokları tərəfindən irəli sürülə bilər:
“Namizədlərin irəli sürülməsi və qeydiyyatı prosesi seçkilərlə bağlı MSK qərarının dərcindən sonra başlayır. MSK seçki prosesinə uyğun olaraq, təqvim planı hazırlamalı, planda bütün proseslərin ardıcıllığı göstərilməlidir. 5 gün ərzində namizədliyini irəli sürmüş şəxsin namizədliyi təsdiq olunur. Namizədlərin irəli sürülməsi təsdiq olunduqdan sonra onlara imza vərəqləri verilir. Namizədliyin təsdiqlənməsi üçün 2000 imza toplanmalıdır. Seçkilərə 50 gün qalmış (bu il dekabrın 20-dən etibarən) artıq onlar imza vərəqlərini qaytara bilərlər. Ən son qaytarılma günü seçkilırə 30 gün qalmışdır. Bundan sonra isə 7 gün ərzində namizədlərin qeydə alınıb-alınmaması ilə bağlı MSK əsaslandırılmış qərar verməlidir. Seçkilərə 23 gün qalmış isə (17 yanvardan) namizədlərin təşviqat müddəti başlayır və seçkilərə 24 saat qalmış başa çatır. Yəni cəmi 22 gün ərzində namizədlərə təşviqat imkanı yaradılır”.
A.Qurbanov təşviqatda efir vaxtının yalnız siyasi partiyalara və partiyalar blokuna verildiyini qeyd edib:
“Pulsuz efir vaxtı yalnız 60-dan çox namizədi qeydə alınmış siyasi partiyaya və siyasi partiyalar blokuna verilir. Səsvermə gününə 24 saat qalmış təşviqat aparmaq olmaz”.
Hüquqşünas Fərhad Mehdiyev isə deputatlığa namizəd olacaq şəxslərin xüsusiyyətlərini sadalayıb:
“Namizədliyini irəli sürən şəxsin ağır cinayətlərdən dolayı məhkumluğu və ikili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi olmamalıdır. Yaş həddi artıq yoxdur. Yəni seçici olmaq hüququna malik olan şəxslər namizədliyini verə bilər. Ali təhsil və ailəli olmaq şərt deyil. Dini qulluqçular millət vəkili ola bilməz”.
Paylaş:
Müəllif : Yazar
Tarix:6-12-2019, 09:18
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:6-12-2019, 09:18
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07