Atanın öz uşaqlarına verdiyi dəhşətli işgəncələr: - “Belində siqaret söndürüb, sonra lomla döyüb”
“Atası və ögey anası tərəfindən döyülən uşaqları doğulan gündən mən saxlamışam. Uşaqlar üçün ayrılan müavinət artandan sonra onları atası Xəqani özü ilə apardı. Sonradan uşaqların işgəncələrə məruz qaldığını öyrəndim”.
Bunu Azvision.az -a Ağcabədi rayonunun Aşağı Qiyaməddinli kənd sakini, Bakının Sabunçu rayonunda ataları və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalan uşaqların babası Qulu İbrahimov deyib.
Onun sözlərinə görə, nəvələrini görmək istəsə də, keçmiş kürəkəni icazə verməyib: “6 ay 22 gün idi, uşaqlar məndən alınmışdı. Oktyabrın 22-də uşaqları görməyə getdim, atası və ögey anası uşaqları görməyə qoymadılar. Dəmir qapının deşiyindən baxdım ki, uşaqların əli, ayağı sarğıdadır. Dərhal 102 xidməti ilə polisə məlumat verdim. 15-ci polis bölməsinin gəlib izahat alındı, uşaqlara həkim baxdı, ekspertiza olundu. Uşaqlarda 38 zədə var, hamısının şəkli çəkilib. Həmçinin Ağcabədi də polisə verdim, ordada uşaqlara həkim baxıb. Uşaqlar hər şeyi açıb danışdılar, onlara işgəncə verdilyini dedilər. Nəvələrimi həmin vaxtı götürüb rayona qayıtdım. O gündən yanımdadırlar”.
Q.İbrahimov bildirib ki, keçmiş kürəkəni və onun həyat yoldaşı uşaqları məcbur diləndirmək istəyiblər.
“Uşaqlar ya mənə, ya da dövlətin sığınacağına verilsin. Amma atalarına qaytarılmasın. O ata deyil. Ata olan kəs heç doğma övladına bu işgəncələri verər? Uşaqlara araq içirdib, belində siqaret söndürüb, sonra da lomla döyüb. Qızım 2017-ci ilin yanvarın 2-də rəhmətə gedib. Qara ciyər serrozu idi, 10 mindən çox pul xərclədim, amma sağalmadı. Xəqani heç bir köməklik etmirdi. O vaxtdan uşaqlara digər qızım, mən və nənəsi baxıb. 62 yaşım var, yoldaşım da eyni yaşdadır. Pensiya alırıq, əkin-biçinlə məşğuluq. Qızım isə bələdiyyədə xadimə işləyir. Uşaqları öz hesabımıza saxlayırdıq. Atası aldı apardı, indi onları bu vəziyyətə saldı. Uşaqlara kimsə baxsa, ağlayar. Hansı doğma ata övladına belə işgəncələr verər?.
Uşaqlar Xəqaninin ikinci evliliyindən dünyaya gəliblər. Onun ilk ailəsindən bir qızı və bir oğlu da var.
“Xəqani bizim qonşu kənddəndir. İlk həyat yoldaşı rəhmətə gedib. Qızımı zorla qaçırdıb. Kasıb olduqları üçün üstlərinə getmədim. İlk evliliyindən olan uşaqlara qızım yaxşı baxırdı. Uşaqların işgəncələrə məruz qaldığını elə ilk evliliyindən olan oğlan dedi. Hazırda əsgərlikdədir. O dedi ki, uşaqları gedib alım, yoxsa işgəncədən öləcəklər. İndi üçüncü arvadını alıb. Bu arvad da 4 dəfə ərə gedib”.
Qeyd edək ki, sosial şəbəkələrdə Bakıda yaşayan Qulu və Hüseyn adlı qardaşların ata və ögey anaları tərəfindən ağır işgəncələrə məruz qalmaları ilə bağlı məlumatlar və bu işgəncələri özündə əks etdirən fotolar yayılıb. Bildirilib ki, körpə ikən doğma anaları vəfat edən azyaşlı qardaşlar sonradan başqa bir qadınla evlənən atasının himayəsində qalıblar. Bundan sonra uşaqlar ögey anaları tərəfindən dəfələrlə döyülüb. Uşaqlar hazırda ana babalarının yanındadırlar. Onların atasından alınıb babasına verilməsi üçün Sabunçu Rayon Məhkəməsinə müraciət edilib.
Paylaş:
Müəllif : Yazar
Tarix:9-12-2019, 12:32
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:9-12-2019, 12:32
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48