Deputatların mandatına MSK xitam verməyib və... - Deputatların hələ səlahiyyətləri qalıbmış...
Milli Məclisin buraxılması və növbədənkənar parlament seçkilərinin təyin edilməsindən sonra müzakirə olunan və bir çox insanları maraqlandıran suallardan biri buraxılan Milli Məclisin üzvü olan deputatların səlahiyyətlərinin qalıb-qalmaması məsələsidir.
Konstitusiya Məhkəməsi Plenumunun verdiyi qərarda da xatırladılır ki, konstitusiyanın 81-ci maddəsinə görə, Azərbaycan Respublikasında qanunvericilik hakimiyyəti Milli Məclis həyata keçirir. Konstitusiyanın 83-cü maddəsinə müvafiq olaraq, Milli Məclis 125 deputatdan ibarətdir. Konstitusiyanın 84-cü maddəsinin birinci hissəsinə uyğun olaraq, Milli Məclisin hər çağırışının səlahiyyət müddəti 5 ildir. Konstitusiyanın 98.1-ci maddəsinin birinci hissəsinə əsasən, Milli Məclisin eyni çağırışı bir ildə iki dəfə Nazirlər Kabinetin etimadsızlıq göstərdikdə və ya Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Mərkəzi Bankın İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda üzvlüyə namizədləri Azərbaycan prezidenti tərəfindən 2 dəfə təqdim edildikdən sonra qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə konstitusiyanın 94 və 95-ci maddələrində, 96-cı maddəsinin 2, 3,4 və 5-ci hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldıra bilməyən səbəblər üzündən icra etmədikdə Azərbaycan prezidenti Milli Məclisi buraxır.
Konstitusiya Məhkəməsinin Plenumu məsələnin həlli üçün konstitusiyanın 98.1-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan vəzifələrini aradan qaldıra bilməyən səbəblər üzündən icra etdikdə müddəasının yaranmış vəziyyətə uyğun açıqlamasını zəruri hesab edib.
Qərarda həmçinin qeyd edilir ki, parlament buraxıldıqda qanunvericilik hakimiyyətinin fasiləsiz fəaliyyətinin təmin edilməsi növbədənkənar parlament seçkilərinin keçirilməsi zamanı parlamentin səlahiyyətlərinin müəyyən dərəcədə saxlanılması zəruridir: “Bununla əlaqədar qeyd edilməlidir ki, konstitusiyanın 11-ci maddəsinə əsasən, Azərbaycan Prezidenti Azərbaycan ərazisinin müəyyən hissəsi faktiki işğal olunduqda, xarici dövlət və dövlətlər arasında Azərbaycan Respublikasına müharibə elan etdikdə, Azərbaycana qarşı real silahlı hücum təhlükəsi yarandıqda, Azərbaycan ərazisi blokadaya alındıqda, habelə blokada üçün real təhlükə olduqda Azərbaycanın bütün ərazisində və ayrı-ayrı yerlərində hərbi vəziyyət elan edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat müddətində Milli Məclisin təsdiqə verir. Konstitusiyanın 112-ci maddəsinə görə, Azərbaycan Prezidenti təbii fəlakətlər, epidemiyalar, böyük ekoloji və başqa qəzalar baş verdikdə, habelə Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, dövlətə qarşı qiyama, habelə dövlət çevrilişinə yönələn hərəkətlər edildikdə, zorakılıq müşayiət olunan kütləvi iğtişaşlar yarandıqda, vətəndaşların həyatı və təhlükəsizliyi, yaxud dövlət təsisatlarının normal fəaliyyəti üçün qorxu törədən digər münaqişələr meydana gəldikdə Azərbaycan Respublikasının ayrı-ayrı yerlərində fövqəladə vəziyyət tətbiq edir və bu barədə qəbul etdiyi fərmanı 24 saat ərzində Milli Məclisin təsdiqinə verir.
Göründüyü kimi, Milli Məclisin fəaliyyəti dövlətin, cəmiyyətin və insanların qorunması üçün, Azərbaycan Prezidentinin hərbi və fövqəladə vəziyyətin elan edilməsi barədə fərmanlarının təsdiq olunması üçün və digər bu kimi həyati funksiyaların həyata keçirilməsi ilə bağıdır. Bu səbəbdən həmin funksiyaların icrası ilə bağlı Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşanadək saxlanılması zəruri hesab edilməlidir. Eyni zamanda Milli Məclisin deputatları Azərbaycanın tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərlə, habelə bir sıra beynəlxalq təşəbbüslərlə bağlı müxtəlif beynəlxalq parlamentlərarası əməkdaşlıq qurumlarının fəaliyyətində iştirak edirlər. Bu səbəbdən parlament buraxıldıqdan sonra həmin səlahiyyətlərin müvəqqəti saxlanılması zəruri hesab edilir".
Məsələ ilə bağlı “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Əliməmməd Nuriyev modern.az-a açıqlamasında deyib ki, Milli Məclis prezidentin sərəncamı ilə buraxılıb, ancaq səlahiyyətlərinin müəyyən bir qismi saxlanılıb: “Hələ ki mandatını itirməyib, yəni deputatlar özləri arzu və istəkləri ilə istefa verməyiblər. İndiki halda hər biri deputat səlahiyyətinə malikdir. Hər hansı bir mövzu üçün deputata müraciət edilsə, yazıda ”V çağırış Milli Məclisin deputatı" kimi qeyd edilməlidir. Çünki deputatların mandatına MSK-da xitam verilməyib, həmçinin yeni Milli Məclis də seçilməyib".
“Yeni Müsavat”
Paylaş:
Müəllif : Yazar
Tarix:10-12-2019, 11:38
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-12-2019, 11:38
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29