Burada tibbi rəy almaq üçün 6-7 ay gözləməlisən - GİLEY
Tərtər rayonu Bayandur kənd sakini Quliyev Rasim Tanrıverdi oğlu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin xəstəxanasında bir ay bundan əvvəl sol gözündən əməliyyat olub.
Əməliyyat olsa da bir gözünün görmə qabiliyyəti hələ ki bərpa olunmayıb.
Bununla bağlı Avropa.info-ya müraciət edən Rasim Quliyev bildirib ki, pensiyaya çıxması üçün Tərtər rayon poliklinikasından tibbi rəy verilməsi üçün yenidən Zərifə Əliyeva adına göz xəstəxanasına göndəriş olub ki, oranın tibbi ekspertiza şöbəsi onun xəstəliyinə rəy versin.
Məsələnin də ən maraqlı tərəfi bundan başlayır:
"Tibbi ekspertizanın rəyini almaq üçün, şöbəyə yaxınlaşdıq. İnsanların sıxlığından birtəhər içəri keçdik. Dedilər ki, tibbi ekspertizaya düşmək üçün növbəyə yazılmaq lazımdır. Növbəyə yazılmaq üçün də başqa bir növbə var idi. Nəysə bir təhər orada da bizə növbə çatdı. Növbəni yazan xanım, "sizin tibbi ekspertizaya düşmək üçün növbə vaxtınız 2020-ci il, may ayının 14-də olacaq" deyəndə, düşündüm ki, yəqin burada nəsə səhv var, necə yəni may ayının 14-də? Axı indi dekabr ayının 4-üdür. Hələ may ayına 6 ay var axı! Bir az yorğun, bir az da aqressiv səslə "burada belədir, adam çoxdur də" dedi. Oradan təəccüblər içərisində çıxarkən birdən bir nəfər adam orada növbədə gözləyənlərin arasından növbətçinin yanına gəldi ki, "Səmədov Elvin (ad şərtidir) mənəm. Həkimə denən biləcək. O da ekspertin qapısının ağzından dedi ki, sizdə bu adam var? Dedilər, bəli, burax gəlsin. Orada növbə gözləyənlər də buna etiraz etdi. Məlum oldu ki, "təcili" növbə ilə girmək üçün"hörmət etmək" və ya "tapşırıq" lazım imiş, elə tibbi rəy üçün 5-6 ay gözləməkdə olan "hikmət"lərdən biri də bu imiş".
Bu vəziyyətə etiraz edən R.Quliyev Səhiyyə Nazirliyinin qaynar xəttinə zəng vurub:
"Bildirdim ki, mənə burada deyirlər ki, ekspertizadan tibbi rəy almaq növbəsinə düşmək üçün, 6 ay gözləməlisiniz. Bu niyə bu qədər uzun çəkir axı? Səbəb kimi dedi ki, bəs bütün Azərbaycanda Tibbi Ekspertizaya rəyi yalnız oranın təsdiqi ilə edilir deyə, o qədər sıxlıq var. Deyirəm, necə ola bilər ki, 10 milyon əhalisi olan bir ölkənin göz üçün tibbi ekspertiza rəyini yalnız Zərifə Əliyeva adına göz xəstəxanasında yerləşən bir otaq verir? Niyə bunu regional mərkəzlərdə və ya ən azı burada bir neçə otaq ayırmaqla vermirsiz?! Bizdən təklifmizi rəsmi olaraq, Səhiyyə Nazirliyinə verməyimi istədilər. Bir az da daha irəli getdim, dedi ki, müəllim, istəyirsiz oranın baş həkiminə deyək, sizi növbədə daha önə salsın. Deyirəm, tutaq ki, mən adam tapdım və ya kimsə tapşırdı, beləliklə, daha tez tibbi rəy aldım. Bəs bu qədər insan? Onun cavabı isə "sizi anlayıram" oldu. Mən isə anlamıram necə ola bilər ki, bir belə ölkədə tibbi ekspertiza rəyini yalnız bir yerdən verələr və adam pensiyaya çıxmaq üçün 6-7 ay gözləsin. Gözündən əlil olduğu üçün adam işləmək qabiliyyətini itirir. Heç yerdə işləyə bilmir, ancaq öz gündəlik ehtiyacını təmin etmək üçün dövlətin ona ayırdığı müavinəti almaq üçün 6-7 ay gözləyir. Səhiyyə Nazirliyinin məntiqi ilə pensiyaya çıxmaq üçün onların tibbi rəyini alana qədər 6-7 ay dilənçilik etməlisən ki, gündəlik ehtiyaclarını ödəyə biləsən.
Ölkədə bu qədər islahatların getdiyi bir vaxtda, dövlətin əhaliyə xidmət üçün mərkəzlər yaratdığı bir vaxtda, Səhiyyə Nazirliyi adi bir primitiv məsələni həll edə bilmir? Yoxsa, həll etməkdə maraqlı deyil? Çünki oraya qazanc mənbəyi kimi baxır? Bu, artıq bir faciədir. Vətəndaşlara qarşı Səhiyyə Nazirliyi tərəfindən hörmətsizlik və təhqirdir. Düşünün ki, sənə "bəli artıq "korsan" , demələri üçün 6-7 ay gözləməlisən. Bundan öncə əlil insan dilənçilik edəndə, "dövlət bunlara onsuz da pensiya verir , bəs bu niyə dilənir?" kimi bir düşüncə keçirdi fikrimdən. Ancaq indi başa düşürəm ki, onlar ya özlərinin "kor" , "şikəst" olduğunu hələ də bizim Səhiyyə Nazirliyinə sübut edə bilməyiblər ya da hələ də tibbi ekspertizanın qəbuluna düşmək üçün növbə gözləyirlər".
Cebhe.info
Paylaş:
Müəllif : Yazar
Tarix:10-12-2019, 16:58
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:10-12-2019, 16:58
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48