Beyləqan ən geridə qalmış rayondur... - GİLEY
Uzun müddətdir ki, Azərbaycanın rayonlarının bir çoxunda Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) rəsmi icazəsi əsasında rayondaxili (şəhərdaxili) xətlər üzrə avtobuslar fəaliyyət göstərir. Statistikaya əsasən, rayonlarımızın 90 faizində bu xidmətə rast gəlmək mümkündür.
Rayondaxili avtobusların fəaliyyət göstərməsi əhali tərəfindən yüksək qiymətləndirilir. Bu, həm onların rayonun bir tərəfindən digər tərəfinə tez və asan şəkildə getməsinə, həm də pula qənaət etməsinə səbəb olur.
Bəzi rayonlarımızda bu xidmət yüksək səviyyədə təşkil edilsə də, Beyləqan rayonunda rayondaxili avtobusların fəaliyyəti heç də ürəkaçan deyil. Bununla bağlı rayon sakinləri öz narazılıqlarını Sputnik Azərbaycan-a bildiriblər.
Rayon sakini Günəş Soltanovanın sözlərinə görə, Beyləqan rayonunda rayondaxili avtobuslar heç bir zaman olmayıb: “Artıq 37 ildir ki, bu rayonda yaşayıram. 37 il ərzində rayonumuzda heç vaxt rayondaxili avtobus işləməyib. Qonşu rayonlarımızda rayondaxili marşrutlar müntəzəm şəkildə fəaliyyət göstərir. Biz həmin rayonlara rayondaxili avtobusları olduqları üçün həsəd aparırıq. Bizim rayonumuzun ərazisi kifayət qədər böyükdür – bir başından o biri başına 8-9 kilometrdir. Bununla bağlı ciddi problemimiz var. Rayonun bir hissəsindən o biri aşağı hissəsinə getmək istədikdə ya taksi tutmalıyıq, ya da piyada getmək məcburiyyətində qalırıq”.
Digər sakin Mahir Allahyarov da məsələ ilə bağlı çəkdikləri əziyyətdən danışır.
“Beyləqan sakinlərinin çoxu kənd təsərrüfatı ilə məşğul olur. Bəzən işlə bağlı rayonun bu başından o biri başına getmək lazım olur. Yaxud da, insanlar bazara satmaq üçün məhsullar aparır. Təsəvvür edin ki, rayon sakini ehtiyac ucbatından 2-3 toyuğu satmağa gətirir. Həmin toyuqları 15 manata satır və bunun da 4 manatını taksiyə verir. Özünə nə qalır? Amma rayondaxili avtobuslar fəaliyyət göstərsə xərci az çıxar. Bu, digər sahələrdə məşğul olan insanlara da sərf edər. Bunun qocası da var, xəstəsi də, uşaqlısı da. Çox xahiş edirik ki, bunları nəzərə alıb bizə rayondaxili sərnişin avtobusları təşkil etsinlər”, – deyə rayon sakini bildirir.
Hər səhər 2 övladını qışın soyuğunda, yayın istisində məktəbə piyada aparan məcburi köçkün Aygün Süleymanova çəkdikləri əziyyətdən dad çəkir: “İnanın ki, haradan başlayıb, harada qurtaracağımı bilmirəm. Neçə ildir ki, övladlarımı soyuqda, istidə məktəbə piyada aparmaq məcburiyyətindəyəm. Biz məcburi köçkünük. Bizdə imkan haradandır ki, hər gün uşaqlarımı taksi ilə məktəbə aparım? Uşaqlar 2 növbədə oxuyurlar. Mən onları aparıb gətirincə çox əziyyət çəkirəm. Yolların soyuğundan qış aylarında övladlarımın canından xəstəlik çıxmır. Boran, qar, yağış olanda ümumiyyətlə məktəb görmürlər. Rayondaxili avtobuslar işləsə, asanlıqla övladlarımı məktəbə aparıb-gətirərəm. Həm əziyyətdən qurtararıq, həm də canları sağlam olar”.
Elçin Əzimov adlı sakin rayonun müxtəlif hissələrində yerləşən idarələrə hər gün ayaqla gedib-gəlməyin mümkünsüzlüyündən də söhbət açır: “Rayonumuzun ərazisi böyük olduğundan bəzi idarələr və müəssisələr rayonun müxtəlif ərazilərində yerləşdirilib. Məsələn “Azərsu” ASC-nin binası rayonun yuxarı hissəsində, bazar və xəstəxana rayonun mərkəzinə yaxın hissəsində, Kənd Təsərrüfatı idarəsi ,”Azəriqaz” İB-nin binası və başqa idarələr rayonun aşağı – yəni çıxacağında yerləşir.
Rayonun yuxarı hissəsindən aşağı hissəsində yerləşən idarələrə, ya da əksinə işə gedən insanlar hər gün ayaqla bu yolu necə gedə bilərlər? Bunun üçün ya şəxsi avtomobilin olmalı, ya da ki, hər gün 4-5 manatından keçməlisən. İnsan aylıq 250 manat məvacib alıb, onun 120-150 manatını taksiyə verəcəksə, nəyə görə işləməlidir?”
Məsələ ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova ilə telefon əlaqəsi saxladıq. Nuridə Allahyarova həqiqətən Beyləqanda rayondaxili marşrutun heç vaxt olmadığını qeyd etdi: “Bizə bu barədə heç vaxt şikayət daxil olmayıb. Rayonda 7 kəndə marşrut xətti işləyir. Lakin rayondaxili marşrut heç vaxt olmayıb. Rayon sakinlərinə bildirmək istəyirəm ki, bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) Yevlax regional şöbəsinə rəsmi müraciət etsinlər. Oradan bildiriş gələn zaman bu məsələnin həllini tapmağa çalışacağıq”.
Paylaş:
Müəllif : Yazar
Tarix:12-12-2019, 09:17
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:12-12-2019, 09:17
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Bu gün, 12:45
Nəsimi sakinləri ölkə rəhbərliyindən kömək istəyir: “Vüqar Qasımov-Aslan Quliyev cütlüyü bizə divan tutur”
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29