GDU ilə bağlı bir iddia... - "Bu işin “yüksək” səviyyədə icrası qısa müddətdir ki..."
Gəncə Dövlət Universitetindən aktualxeber.az-a yenicə bizə daxil olan bir neçə ilginc və eyni zamanda acı təəssüf doğuran informasiyanı sizin də diqqətinizə çatdırmaq istərdik. Öncə onu qeyd edək ki, rektor Yusif Yusibovun sözün həqiqi mənasında bazar qanunları əsasında qurulmuş çirkin idarəçilik üsulu gündən-günə öz miqyasını, əhatəsini genişləndirməkdədir.
Belə ki, elə bu gün universitetin Biologiya-kimya fakültəsinin kimya-biologiya müəllimliyi ixtisasının I kurs tələbələrindən aldığımız xəbərə görə dekan müavini Yeganə Aslanovanın özbaşına hərəkətləri həddini aşıb. Bu xanım dekan müavini heç bir qorxu hissi keçirmədən qrup nümayəndələrinə deyib ki, imtahan fənlərinin düzgün cavablarını əldə edmək üçün hər tələbədən 30 manat məbləğində pul toplansın. Ən azı 500 test sualını əhatə edən imtahan fənlərinin bu semestr ərzində hər ixtisasda dörd, yaxud beş ədəd olduğunu nəzərə alsaq, təkcə suallarının düzgün cavablarının “satışından” rüşvət yolu ilə asan şəkildə qazanılan məbləğin dəyərini rahatlıqla hesablamaq olar. Ən acınacaqlısı isə odur ki, bu iş fənn müəllimlərinin xəbəri olmadan yalnız dekanlığın qolu zorlu nümayəndələri tərəfindən icra edilir. Tələbələrə isə onları sessiya öncəsi qorxu altında saxlamaq üçün ismarıc edilir ki, imtahandan kəsildikləri təqdirdə ən yüksək məbləğdə rüşvət müqabilində belə kəsirləri düzəldilməyəcək. Halbuki dünən rektor Yusif Yusibov Təhsil Nazirliyindən imtahan sessiyasının şəffaf şəkildə keçirilməsi ilə bağlı əmr aldıqlarını və dekanlara hələ ki, tələbələrlə “bazarlığa” başlamamalarını, yaxud “yığım kompaniyasını” gizli formada, xüsusi ehtiyatla həyata keçirmələrini elan etmişdi. Görünür, rektorun fədakar “işbazları” sessiyanın başlanmasına sayılı günlər qaldığı üçün gecə yuxularında da rüşvətlə ilboyu topladıqları pulları görərək bu işlərdə hər gün bir qədər də yüksək “fəallıq” nümayiş etdirirlər.
Digər acı fakt Filologiya fakültəsinin tələbələrindən bizə ünvanlanmışdır. Orada isə bir qədər də irəliyə gedərək yazılı imatahanın suallarını tələbələr arasında bölüşdürərək hələ iyirmi gün əvvəldən cavablarını yazmalarını tələb edirlər. Bu işin “yüksək” səviyyədə icrası qısa müddətdir ki, vəzifəyə təyin edilmiş filologiya fakültəsinin tədris işləri üzrə dekan müavini Mehriban Məmmədovaya həvalə edlmişdir. Tələbələrin söylədikləinə görə bu işlərin icrasında əsas məqsəd odur ki, gələcək günlərdə imtahan biletlərindəki sualları cavablandıra bilməyən tələbələrə aldıqları rüşvət hesabına düzgün cavabları xüsusi ayrılmış gizli otaqlarda paylayaraq istəklərinə asan şəkildə nail olsunlar. Bu minvalla tələbələr qısa vaxtda sualların cavablarını imtahan vərəqələrinə yaza bilsinlər ki, Filologiya fakültəsinin rəhbərliyi rüşvət hesabına topladıqları çirkin pullardan məhrum olmasınlar, ən əsası, rektorun tapşırığını yarıtmaz yerinə yetirərək cəzalanmasınlar. Nə qədər qəribə olsa da, bu çirkin oyun indidən Filologiya fakültəsində uğurla reallaşmaqdadır. Hətta, xanım dekan müavini Məmmədova müəllimlərdən biri ilə mübahisə zamanı onu da vurğulayıb ki, hansı müəllim bizim qoyduğumuz şərtlərə əməl etməsə, yəni dərsə gəlməyən və yüksək rüşvət müqabilində imtahan balları artırılan tələbələrlə bağlı narazılıq etsə, sessiya müddətində cəzalandırılacaq və ümumiyyətlə imtahan prosesindən kənarda saxlanacaq. Filologiya fakültəsinin tyutoru Samirə Quliyevanın bu cür neqativ hallara qarşı narazılıq edən fənn müəlliminə cavabı isə daha “amiranə” olub: “Bizim arxamızda rektor Yusif Yusibov dayanır!!! Bizim işlərimizə mane olmağı bacarmazsınız”.
Tələbələrdən topladıqları yüksək məbləğdə rüşvətlərin hesabına vicdan, insanlıq hisslərini çoxdan itirmiş sözü gedən xanımlara bu “cəsarət hissini” təlqin edən də təbii universitet rektoru Yusif Yusibovdur! Onun iyrənc idarəçilik mexanizmidir. Gəncə Dövlət Universitetini ağuşuna almış bu müdhiş halların, təhsilimizə ləkə olan rəzalətlərin qarşısında, görəsən, Təhsil Nazirliyi və şəxsən nazir Ceyhun Bayramov nədən susur, daha dəqiq deyilsə, hələ də susmaqda davam edir?!.
Qarşı tərəfi də dinləməyə hazırıq.
aktualxeber.az
Paylaş:
Müəllif : Yazar
Tarix:13-12-2019, 13:45
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:13-12-2019, 13:45
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 08:36
Məmur biznesinin iflic etdiyi sahələrdə orta və kiçik sahibkarlıq can verir... - İnhisar, cərimələr, pul qıtlığı...
23-11-2024, 13:35
Samux İcra Hakimiyyətinin tərkibində 600 min manatlıq qəribə “alış-veriş” – Kəlbətin, təkər, izolent, maşın yağı və s…
23-11-2024, 13:25