“Nazirliyin verdiyi dərmanlardan sonra qızım iki gün şoka düşdü” - İTTİHAM
9 yaşlı Nərmin Cəfərovaya apreldə qaraciyər transplantasiyası olunub.
regionxeberlericom.az Yeniavaz.com-a istinadən xəbər verir ki, son 4 aydır qəbul etdiyi dərmanlara görə isə onun səhhəti pisləşib. Anası Şəlalə Cəfərovanın sözlərinə görə, övladı Səhiyyə Nazirliyinin verdiyi dərmanlardan sonra belə olub.
O bildirir ki, dərmanların üzərində qeyd olunan ştrix kodları yoxladıqda heç bir ölkəyə aid olmadığı müəyyən olunub. Bununla bağlı Səhiyyə Nazirliyinə müraciət etdikdə isə “Onlar bizi yola verdilər. Dedilər ola bilsin gələn ildən bu dərmanlar dəyişdirilsin. Boş sözlər verib yola saldılar. Amma heç bir dəyişiklik olmayıb” – deyə, o bildirib.
Azyaşlının anası bu dərmanın qəbulundan sonra təkcə qızının yox, 150-dən çox orqan köçürülən şəxsin səhhətinin pisləşdiyini deyir.
1 il əvvəl böyrək köçürmə əməliyyatı olan Ülvi Məmmədov da bu dərmanlardan şikayətçidir. O deyir ki, “takrolimus sandoz” adlı dərmanın qəbulundan sonra ayağa qalxa bilmir və analizlərində pisə doğru dəyişiklik qeyd olunur.
Anası Sveta Məmmədova isə oğlunun son şansı olduğunu deyir və bu problemin tez bir vaxtda həll olunmasını istəyir: “Biz səhiyyədən pul istəmirik ki. Bizə dedilər yanvar ayında köhnə dərman qayıdacaq. Amma yanvara kimi fəsadlar artır. Oğlum yataqdan qalxa bilmir. Bir dərmana görə istəmirəm uşağım tələf olsun”.
Adıçəkilən dərmanla bağlı Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxlamağa çalışsaq da, qurumun sözçüsü mövzudan xəbərdar olduqdan sonra zənglərimizə cavab verməməyi seçdi.
Ümid edirik ki, məsələ tez bir zamanda həll olar. Əks halda belə dərmanların istifadəsi xeyli sayda insanın həyatına son qoyacaq.
Paylaş:
Müəllif : Yazar
Tarix:14-12-2019, 12:03
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:14-12-2019, 12:03
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48