Cavanşir Tağıyev nədən toxunulmazdır... - İDDİA
Son zamanlar Bakı sakinlərinin ən böyük problemlərindən biri də rəhmətə gedən yaxınını dəfn etmək üçün qəbiristanlıqlarda məzar yerinin tapılmamasıdır. Vətəndaş sanki ölmüş şəxsin cənazəsi ilə birgə bir –bir qəbiristanlıqları dolaşmalıdır ki, haradasa boş yer tapsın. Söhbət yerin olmamasından getmir. Təbii ki, bütün qəbiristanlıqlarda ən azı bir nəfər üçün qəbir yeri tapmaq mümkündür. Lakin həmin əraziyə nəzarət edən şəxslər onu daha imkanlı ölü yiyəsinə satmaq istəyir ki, problem də sünii şəkildə bu məqamda yaradılır. Qəbiristanlığa nəzarət edən şəxslər ilk növbədə qəbir yeri olmadığını deyirlər. Üstüörtülü şəkildə onun istədiyi məbləği verməyə razı olduğunu bildirdikdə isə, elə “məzənnə” deyir ki, mat qalırsan. Bir sözlə, Bakıda qəbiristanlıqlarda belə varlı ilə kasıb arasında bax bu cür fərq qoyulur.
Qanunla qəbir yerlərinin pulla satılması qadağan olunsa da, bəzi işbazlar qəbiristanlıq biznesi ilə məşğuldurlar. Bu sahədə cavabdeh olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil -Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin səlahiyyətliləri qanunda olan bir sıra boşluqdan istifadə edərək örtülü şəkildə açıq bazar açırlar.Təbii ki, rəsmilər qəbir yerlərinin satılmasını etiraf etməsələr də, ölüsünü basdırmaq istəyən hər kəs qəbiristanlıqda açıq bazarla qarşılaşmalı olur. Ümumiyyətlə, Bakıda son illərdə oturuşmuş bir “qəbir yeri bazarı” formalaşıb ki, artıq şəhər sakinlərinin əksəriyyəti ayrı-ayrı qəbiristanlıqlarda məzar yerinin qiymətindən də xəbərdardır.
Qeyri-rəsmi rəqəmlərə görə, ən ucuz qəbir yerinin qiyməti 140, ən baha 7 min manatdır. Bakının mərkəzindəki qəbir yerləri dolduğundan indi ölüsünü basdırmaq istəyənlər paytaxtdan kənara üz tutmaq məcburiyyətində qalırlar. Paytaxtla müqayisədə Bakıdan kənarda qəbir yerləri nisbətən ucuzdur. Məsələn, Bakıda 200 manatdan 8 min manata qədər qəbir yerləri satılsa da, bir qədər paytaxtdan kənarda, məsələn, Bakıxanov qəbiristanlığında 1 kvadratmetrin qiyməti 1000-1500 manat arasında dəyişir. Ən yaxşı qəbir yerinin 1 kvadratmetri 3000 manatdan ucuz deyil
Amma Bakı şəhər İcra Hakimiyyəti Mənzil -Kommunal Təsərrüfatı Departamentinin Əhaliyə Vətəndaşlıq Xidməti Trestində bu göstərdiyimiz rəqəmləri heç kimə sübut edə bilməzsən. Burada el adəti dərhal misal çəkilir və müxtəlif bəhanələr gətirilir. Qeyd edək ki, bu sahəyə birbaşa nəzarət edən Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin müdiri Cavanşir Tağıyev artıq neçə illərdir burada çalışır. İcra Hakimiyyətinin başçısının şəhər qəbirstanlıqlarındakı hərc-mərcliyə göz yummasına Cavanşir Tağıyev sadəcə şərait yaradır. Elə Sabunçu rayonundakı Bakıxanov qəbirstanlığında müdirlik edən Rövşənə yaratdığı şərait kimi.
Aktualinfo.org onlayn qəzet redaksiyasına verilən məlumatlarda Bakıxanov qəbirstanlığında vətəndaşlara xidmətdən daha çox şəxsi mənafeyi üçün çalışan müdir Rövşən burada kommersiya fəaliyyəti ilə məşğul olduğu bildirilir. Belə ki qəbristanlığın yaxınlığında yerləşən daş sexinin sahibi olan Rövşən Daşkəsəndən gətirdiyi mərmərləri Ukrayna adı ilə vətəndaşlara baha qiymətə satır. Təyin olunduğu bu bir neçə il ərzində Rövşən adlı şəxs artıq kifayət qədər vətəndaşı narazı yola sala bilib. Bu narazılıq qəbirstanlıqda boş yerin olmaması ilə bağlı deyil. Bildirilir ki əvvəl qəbristanlıqda yerin olmadlığını bildirən Rövşən istədiyi məbləği aldıqdan sonra yer tapır. Narazılığın əsas səbəbi qəbir yerlərinin qiymətinin qaldırılmasıdır. Etiraz edən vətəndaşlara isə Rövşən qiymətlərin onun tərəfindən deyil, İcra Hakimiyyəti tərəfindən qaldırıldığıını bildirir. Vətəndaşlar isə söhbətin hansı İcra Hakimiyyətindən getdiyini bilmədiklərini qeyd edirlər. Elə bir mətbuat orqanı olaraq bizə də maraqlıdır və bunu aydınlaşdırmağa çalışacağıq ki, Rövşənin dediyi İcra Hakimiyyəti Bakı şəhər İcra Hakimiyyəti deyil ki? Bu Bakı şəhər İcra Hakimiyyəti olmasa da, qurumun Əhaliyə Vətəndaşlıq Xidməti Trestidir. Yəqin Rövşən İcra Hakimiyyəti dedikdə məhz Cavanşir Tağıyevin idarəsini nəzərdə tutur. Axı qəbristanlıqlarda onlardan başqa qiymətləri kim qaldıra bilər ki?
Aktualinfo.org
Paylaş:
Müəllif : Yazar
Tarix:16-12-2019, 09:05
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:16-12-2019, 09:05
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09