HƏBS OLUNAN BAŞÇIYLA BAĞLI YENİ MƏLUMAT - bahalı “Ferrari”, 500 min manatlıq qalmaqal...
Ötən gün Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavinləri Ramiz Tatarovla Lalə Eyyubovanın həbs edilməsindən sonra ortaya olduqca maraqlı məlumatlar meyadana çıxıb. JAMAZ.İNFO xəbər verir ki, icra başçısı ilə bağlı araşdırmalara hələ bir xeyli müddətmiş başlanılıbmış. Belə ki, təkcə, Nizaməddin Quliyevlə bağlı deyil, daha bir neçə icra başçısı da araşdırmaların diqqət mərkəzinə düşüb. Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun həbsi də bunu deməyə əsas verir.
İcra başçısı niyə həbs olundu?
Əldə etdiyimiz məlumata görə, Nizaməddin Quliyev Ağstafaya icra başçısı təyin edildikdən sonra bütün idarə və müəssisə rəhbərlərindən pul qoparmaqla yanaşı, rayonda sahibkarlardan da müxtəlif adlar altında aylıq haqq alırmış. Hələ Goranboy rayonundan başlayan belə bir adətin Ağstafada da davam etdirilməsi, məsələnin diqqət mərkəzinə düşməsinə gətirib çıxarıb.
JAMAZ.İNFO-ya daxil olan məlumatda deyilir ki, Nizaməddin Quliyev Ağstafaya icra başçısı təyin edildikdən sonra hər yerdə bu posta pul verib gəldiyini deyirmiş. Və verdiyi pulu da çıxaracağını da söyləyirmiş. Sonuncu pul yığma “kompaniyası” isə guya, yuxarılara pul çatdırmaq lazım olması ilə izah edilib. Əsasən da sahibkarlardan tələb olunan pulun məsələsi bir xeyli böyüyüb.
Məlumatda deyilir ki, bir qrup sahibkar bezərək hüquq mühafizə orqanlarına müraciət ediblər. Məsələdən şikayətçi olduqlarını bildiriblər. Hətta onu da deyiblər ki, baş verənlər ciddi narazılıqla yanaşı, etiraz aksiyalarına da gətirib çıxara bilər. Çünki narazı olan təkcə onlar deyil, elə əhali də icra başçısının hərəkətlərindən təngə gəlib. Oona görə ki, yerli məmurlar da icra başçısına pul çatdırmaq üçün əhalini sıxmağa başlayıb. Onların maaşlarından, pensiyalarından kəsiblər ki, bu da narazılıq üçün yetərli qədər əsas verib. Lakin müraciət edilən qurumlar birbaşa səlahiyyətə malik olmadıqları üçün məsələni Prezident Admnistrasiyasına çatdırıblar. Aparatda qərarlaşdırılıb ki, işi DTX aparsın. Nəticə isə məlumdur.
Goranboyda ortaya çıxan 3.5 milyon manatlıq yeyinti
Maraqlı məqamlardan biri də odur ki, Nizaməddin Quliyevlə bağlı araşdırmalar təkcə icra başçısı olduğu Aağstafada aparılmırmış. Həmçinin onun icra başçısı olduğu Goranboy rayonundakı fəaliyyəti də yoxlanılırmış. JAMAZ.İNFO xəbər verir ki, Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalardan sonra məlum olub ki, son 5 ilin ərzində sözügedən rayonda abadlıq və quruculuq işləri adı altında həyata keçirilən işlərə ayrılmış vəsaitin 3.5 milyon manatı mənimsənilib. Eyni zamanda, bir çox vəsaitlər isə təyinatı üzrə xərclənməyib və həmin pulların başqa hesablara köçürüldüyünə dair əsaslı şübhələr mövcuddur.
Məlumata görə, Maliyyə Nazirliyi bu məsələ ilə apardığı araşdırmadan sonra sənədləri Baş Prokurorluğa təqdim edib.
Pul köçürməsini hansı şirkət həyata keçirib?
Məsələ ilə bağlı JAMAZ.İNFO-da bəzi araşdırmalar aparıb. Həmin araşdırmalara görə, Nizaməddin Quliyev də digər icra başçıları kimi, müxtəlif tenderlərin “qalib” olmaq üçün özünə şirkət yaradıb. Belə ki, hələ Goranboy rayonunda icra başçısı olarkən oğlunun adına açaraq, onun başına “qurbanlıq” kimi Fəyyaz Məmmədov adlı şəxs gətirilib. Sözügedən şəxs iş adamları ilə yaranmış pul qalmaqalında ortaya çıxsa da, sonradan müəmmalı şəkildə yenə “qeybə” çəkilib.
“Fəqan Xidmət” adlı həmin MMC isə əsasən Goranboyda tenderlərin qalibi olub. Lakin bütün pulların üzərində sərəncam vermək hüququ hazırda həbs olunmuş icra başçısının oğlu Ramal Quliyevdə olub. Ramal Quliyevin hazırda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində işlədiyi deyilir. Lakin onun adı indiyə qədər bir neçə qalmaqala qarışıb.
Məlumatlara görə, Ramal Quliyev hələ xeyli əvvəl “Kapital Bank”ın Mmingəçevir şəhər filialının rəhbəri olub. Həmin vaxt bankın apardığı araşdırma zamanı məlum olub ki, Quliyev səlahiyyətlərindən istifadə edərək, 500 min manat pulu özünə götürüb. Maraqlı məqam odur ki, həmin pulun böyük hissəsi tanınmış müğənnilərdən birinin qızına xərclənib. Belə ki, Ramal Quliyevin tanınmış müğənni Aygün Kazımovanın qızı İlqarə ilə yaxşı münasibətləri olub. Elə bu münasibətlərdən dolayı “Kapital Bank”ın pullarının bir qismi onun istəklərinə xərclənib. Hətta belə bir məlumat da yayılmışdı ki, icra başçısının oğlu İlqarə ilə evlənmək istəyib, lakin atası buna mane olub. Bbu vaxt ata ilə oğlu arasında narazılıq yaranıb və oğul Quliyev küsərək, bir müddət ölkədən kənarda yaşayıb.
Məlumatlardan və araşdırmalardan belə məlum olur ki, Nizaməddin Quliyev istər Goranboyda, istərsə də Ağstafada işlədiyi zaman məhz “Fəqan Xidmət” MMC-nin imkanlarından yararlanıb. Belə güman etmək olar ki, tenderlərin pulları məhz bu şirkət vasitəsi ilə müxtəlif hesablara ötürülüb.
Bahalı “Ferrari”, saysız-hesabsız mülklər
Qeyd edək ki, icra başçısının oğlu Ramal Quliyev atasının hesabına külli miqdarda pul əldə edib. Həmin pulların bir qismini öz istəklərinə sərf edən sözügedən şəxs, həm də bahalı “Ferrari” həvəskarı olub. Onun Bakıda “Ferrari” maşınını nömrəsiz sürməsi də heç kimə sirr deyil. Hətta bir müddət əvvəl bununla bağlı fotolar da mətbuatda yer almışdı.
Nizaməddin Quliyev həmçinin Goranboy şəhərinin mərkəzində yerləşən ticarət mərkəzi, uşaq bağçası, Gülüstan şadlıq sarayı, heyvan kəsim məntəqəsinin də sahibidir. Bundan başqa, köhnə şahmat məktəbi, Tapqaraqoyunlu kəndində yerləşən "Dost qapısı" və "Lalə" şadlıq sarayı, habelə Yuxarı Ağcakənd kəndində gips karxanası Nizaməddin Quliyevə məxsusdur.
Lakin siyahı bununla yekunlaşmır. Məlumatlara görə, icra başçısının Bakıda və əyalətlərdə çoxlu sayda daşınmaz əmlakı da var.
JAMAZ.İNFO
Paylaş:
Müəllif : Yazar
Tarix:20-12-2019, 09:56
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər
Ötən gün Ağstafanın icra başçısı Nizaməddin Quliyev və müavinləri Ramiz Tatarovla Lalə Eyyubovanın həbs edilməsindən sonra ortaya olduqca maraqlı məlumatlar meyadana çıxıb. JAMAZ.İNFO xəbər verir ki, icra başçısı ilə bağlı araşdırmalara hələ bir xeyli müddətmiş başlanılıbmış. Belə ki, təkcə, Nizaməddin Quliyevlə bağlı deyil, daha bir neçə icra başçısı da araşdırmaların diqqət mərkəzinə düşüb. Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun həbsi də bunu deməyə əsas verir.
Paylaş:
Müəllif :
Yazar
Tarix:20-12-2019, 09:56
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 19:26
Prezident bu nəqliyyat vasitələri ilə bağlı qanun imzaladı - Yanvarın 1-dən 8 il müddətinə...
Dünən, 11:29