Ailə həkimi seçimi ilə bağlı MÜƏMMA: Qiymətlər niyə belə fərqlidir?
Uzun illərdir müzakirə mövzusuna çevrilən ailə həkimi məsələsi yenidən gündəmə gəlib. Gələn ildən icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar bütün şəhər və rayonlarda, eləcə də qəsəbə və kəndlərdə hər ailənin öz həkiminin olması nəzərdə tutulub.
Qeyd edək ki, ailə həkimi icbari tibbi sığortanın tərkib hissəsidir və sığortanın pilot layihə kimi tətbiq olunduğu Ağdaş, Yevlax, Mingəçevir rayonlarında artıq ailə həkimləri fəaliyyət göstərir.
Mövzu ilə bağlı ilk olaraq Lent.az -ın suallarını cavablayan Azərbaycanın əməkdar həkimi, Azərbaycan Tibb Universitetinin Ailə təbabəti kafedrasının müdiri, professor Mustafa Salihov bildirib ki, bu ildən etibarən Azərbaycan Tibb Universitetində (ATU) ailə həkimi ixtisası üzrə rezidenturaya qəbul keçirilib:
“Rezidentlər 2 il təhsil aldıqdan sonra müvafiq sənədlər veriləcək və onlar ailə həkimi kimi fəaliyyət göstərə biləcəklər.
Bildiyiniz kimi, artıq bir neçə rayonda ailə həkimləri fəaliyyət göstərir. Ailə həkimlərinin fəaliyyət göstərmələri üçün hazırda Bakıda, eləcə də digər şəhərlərdə müvafiq işlər gedir. Ailə həkiminin olmasının üstünlükləri çoxdur. Çünki həmin həkim ailə üzvlərinin bütün sağlamlıq barədə məlumatlarından, pis vərdişlərindən xəbərdar olur, eləcə də onların keçirdiyi xəstəliklər, habelə genetik xəstəlikləri də bilir.
Bununla yanaşı, ailə həkimləri uşaqlardan qocalara qədər hamıya baxa bilir, lazım gördüyündə onları digər mütəxəssislərə göndərir. Bunun sayəsində xəstəxanaya gedənlərin sayı da azalır və lazımsız müayinə, müalicələrin qarşısı alınır”.
M.Salihov qeyd edib ki, ölkədə icbari tibbi sığortanın geniş tətbiq olunmasına başlandıqdan sonra ölkə ərazisinin bütün yerlərində ailə həkimləri yaradılacaq və bundan sonra hər şey müsbət yöndə dəyişəcək.
Professor, tibbi ekspert Adil Qeybulla isə bildirib ki, sovet dövründə olan sahə həkimlərinə bənzəri olaraq ailə həkimləri yaradılıb:
“Çoxumuza tanış olan sahə həkimi hər hansı bir xəstəliklə bağlı təyin olunduğu evə gəlirdi və xəstənin xəstəxanaya göndərilməsində, eləcə də digər məsələlərdə birbaşa rola malik idilər.
Ailə həkimi bütöv bir ailənin xəstəlik tarixçəsini tamamilə bilən və mənimsəyən bir həkimdir. Həmin ailə həkimi xəstəyə daha effektiv müdaxilə, lazım olan yerə göndərmək üçün çox vacibdir. Bununla bir çox xoşagəlməz halların qarşısı alınacaq”.
Professor hesab edir ki, ailə həkiminin yaradılması sistemi düzgün qurularsa, çox effektli olacaq:
“Hazırda səhiyyəsi normal olan bütün ölkələrdə ailə həkimləri fəaliyyət göstərir. Ailə həkimini vətəndaşın seçməyinə gəldikdə, bildirim ki, dünya ölkələrinin əksəriyyətində bunun üçün şans verilir. Çünki tibbi sığorta könüllü həyata keçirilir. Ancaq bizdə icbari tibbi sığorta olduğu üçün düşünürəm ki, ailələrə həkimlər qurum tərəfindən təyin olunacaq”.
Xatırladaq ki, bir neçə gün əvvəl İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Şükür Eyvazov jurnalistlərə açıqlamasında bildirmişdi ki, öz səhiyyə rayonunda ailə həkiminə müraciət etmədən xəstəxanaya gedib müayinə olunan şəxslər 5 manat, öz səhiyyə rayonunda, amma qeydiyyatda olmadığı rayonda müayinə üçün 5 manat, stasionar xidmət üçün 30 manat ödəməlidirlər:
“Bu qəbildən olan şəxslər digər səhiyyə rayonunda müayinə olunmaq üçün 15 manat ödəməlidirlər. Həmin şəxslər üçün 100 manatadək xidmətlər pulsuz, 100 manatdan yuxarı xidmət haqqı isə 90 manatdır”.
Ailə həkimi ilə bağlı suallarımıza cavab olaraq isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, Azərbaycan Prezidentinin 2019-cu il yanvarın 31-dəki 502 nömrəli fərmanının 1.3.5-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə “Sığortaolunanların ilkin səhiyyə xidməti üzrə tibbi ərazi bölməsinə təhkimolunma qaydası”nın təsdiq edilməsi haqqında layihə hazırlanaraq müvafiq qurumlara təqdim olunub:
“Hazırda həmin qayda razılaşdırılma mərhələsindədir. Sözügedən qayda sığortaolunanların ilkin səhiyyə xidməti üzrə tibbi ərazi bölməsinə təhkimolunmasını, əhalinin xidmətlər zərfinə daxil olan ilkin səhiyyə xidmətlərinə əlçatanlığını və ilkin səhiyyə xidmətlərindən vaxtında yararlanmaq imkanını təmin edir. Qayda təsdiq olunduqdan sonra bu haqda ictimaiyyətə ətraflı məlumat təqdim olunacaq”.
Məlumatda qeyd edilib ki, Milli Məclisin 2019-cu il dekabrın 3-də keçirilən plenar iclasında “Tibbi sığorta haqqında” qanuna dəyişikliklər qəbul edilib:
“Həmin dəyişikliklərə əsasən qanundan “Azadolma məbləği və gözləmə müddəti” maddəsi silinərək “Müştərək maliyyələşmə məbləği” maddəsi ilə əvəz olunub. Müştərək maliyyələşmə məbləği dedikdə, sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən hissəsi nəzərdə tutulur. Müştərək maliyyələşmə məbləği xidmətlər zərfi ilə müəyyən olunur və tibbi xidmətləri göstərmiş tibb müəssisəsinə birbaşa ödənilir”.
Əlavə edilib ki, müştərək maliyyələşmə məbləğinin tətbiqinə də 1 aprel tarixindən başlanılacaq:
“Müştərək maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı qaydalar hazırda müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir və onlar təsdiq olunduqdan sonra ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Paylaş:
Müəllif : Yazar
Tarix:20-12-2019, 12:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:20-12-2019, 12:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48