Çalışanların nəzərinə - Gələn il maaşlarda nə qədər artım olacaq?
Azərbaycanın 2020-ci il dövlət büdcəsi layihəsinə görə, orta aylıq əmək haqqının 2019-cu ildəki göstəricilərlə müqayisədə 15,5 faiz artması gözlənilir.
Bəs görəsən, iqtisadçılar bu il üçün başqa nələr pronozlaşdırır? Ərzaq və digər məhsulların qiymətlərinə artım gözlənilirmi?
Bununla bağlı iqtisadçı ekspert Natiq Cəfərli ilə əlaqə saxladıq. N. Cəfərlinin proqnozuna görə, gələn il iqtisadiyyatda köklü dəyişikliklər ola bilər:
“Artımın olacağı ehtimalı yüksəkdir. Minimum əmək haqqının artımı ilə bağlı fərman da var. Bizdə maraqlı cəhətlərdən biri də odur ki, əmək haqqlarının ağardılması ilə bağlı da işlər görülür. Əmək müqavilələri kifayət qədər çoxalıb, bağlanması və əmək müqavilələrində göstərilən rəqəmlərin reallığı əks etdirməsi barəsində işlər görülür. Əgər doğurdan da iqtisadiyyatın ağardılması ilə bağlı işlər davamlı şəkildə getsə, nəzarət mexanizmləri, cəza mexanizmləri ilə deyil, hər hansı stimullaşdırıcı mexanizmlər davam etdirilsə, məncə həm əmək haqqlarının ağardılması fonunda, həm də minimum əmək haqqının artması ilə bağlı Prezident sərəncamından sonra gələn ilin ortalama əmək haqqlarının artması fonunda ciddi irəliləyiş əldə edilə bilər.
Bu o demək deyil ki, əmək haqqı birdən-birə artacaq. Bu həm də o deməkdir ki, qeydə alınmış əmək haqqları sadəcə rəsmiləşdiriləcək. Rəsmiləşmənin artması orta aylıq əmək haqqının artmasına kömək olur. Sadə dillə izah etsək, müqavilə ilə 250 manat maaş yazırdılar, amma 600-700 manat maaş alırdılar. Çünki 250 manatdan üstün pul verirdilər ki, vergidən yayına bilsinlər. Hazırda 600-700 manatı rəsmi şəkildə alacaqlar. Onlar rəsmi şəkildə bu maaşı aldıqda, bu orta aylıq əmək haqqının yüksəlməsinə səbəb olacaq. Yəni söhbət ondan getmir ki, insanlar birdən-birə 15 faiz artımla maaş alacaqlar, söhbət ondan gedir ki, əvvəllər də alınan əmək haqqlarının rəsmiləşməsi hesabına statistik məlumatlar yaxşılaşacaq”.
Ekspert bildirib ki, bu artım həmçinin ərzaq və digər məhsulların qiymətinə də təsir edəcək:
“Çünki dövriyyədə olan vəsaitdə artır. Keçən ilə nisbətən bu il 11 faiz artım var və vəsaitdə manat kütləsi artdıqca bunun inflyasiyaya da təsirləri olacaq. Mən düşünürəm ki, gələn il də qiymət artımının daha da tempinin yüksəldiyinin şahidi olacağıq. Əsasən də Yeni il qabağı qiymətlərin yüksəldiyini görürük. Bu da Novruz bayramınadək davam edəcək. Novruz bayramında da qiymətlərin yüksəldiyinin müşahidə edəcəyik.
Gələn il maraqlı il olacaq. Bilirsiz ki, super nazirlik - İqtisadiyyat Nazirliyi yaradıldı. Gələn il onun fəaliyyətindən çox asılı olacaq. Əgər nazirlik öz fəaliyyətini effektiv şəkildə qura bilsə, təmərküzləşmə yəni, bir çox səlahiyyətlərinin bu nazirlikdə birləşməsi baş versə, iqtisadiyyatı bir mərkəzdən idarə etmə effektini artıra bilər. Əgər belə olacaqsa, Azərbaycanda maraqlı bir tendensiyanın şahidi olacağıq.
Amma köklü dəyişikliklərin olması üçün iqtisadiyyatda qeyri-neft sektorunun və digər sahələrin artım tempinin yüksəlməsi üçün addımlar atılmaldır. Yəni idarəetmədə olan islahatlar, məhkəmə islahatları davam etməlidir, hüquq-mühafizə orqanları yenidən qurulmalıdır”.
Qeyd edək ki, cari ilin noyabr ayında “2020-ci ilin dövlət büdcəsi haqqında” qanun layihəsi I oxunuşda qəbul edilib. Parlamentin spikeri Oqtay Əsədov parlamentin plenar iclasında bildirib ki, çıxışa yazılmış 46 deputatdan 34-ü çıxış edib. Səsvermə zamanı 102 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla büdcə zərfi birinci oxunuşda qəbul edilib.
Xatırladaq ki, 2020-ci ilin icmal büdcəsinin gəlirləri 27 mlrd 533 mln manat səviyyəsində proqnozlaşdırılır. İcmal büdcə xərclərinin yuxarı həddi 29 mlrd 488 mln manat olacaq ki, bu da 2019 illə müqayisədə 2 mlrd 117 mln manat və ya 7,7% çoxdur.
İcmal büdcənin kəsiri 1 mlrd 955 mln manat və ya proqnozla nəzərdə tutulan Ümumi Daxili Məhsulun 2,3%-nə bərabər olacaq. 2020-ci il dövlət büdcəsinin gəlirləri Ümumi Daxili Məhsulun 29%-i həcmində olmaqla nominal ifadədə 24 mlrd 135 mln manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 967 mln manat və ya 4,2% çoxdur.
Dövlət büdcəsinin gəlirlərinin tərkibində neft gəlirləri 56,1% və ya 13,5 mld manat, qeyri-neft gəlirləri 43,9% və ya 10,6 mlrd manat nəzərdə tutulur. Cari illə müqayisədə xüsusi çəki nisbətində neft gəlirləri 3 faiz bənd azalıb, müvafiq olaraq isə qeyri-neft gəlirlərinin xüsusi çəkisi isə 3 faiz bənd artmışdır. Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə 7 mlrd 875 mln manat daxilolma nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 559 mln manat və ya 7,6% çoxdur. Gömrük orqanlarının xətti ilə büdcəyə 4 mlrd manat, yəni 2019-cu ilə nisbətən 298 mln manat və ya 8% çox vəsait daxil olması proqnozlaşdırılır. Növbəti ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 11 mlrd 350 mln manat və ya cari illə müqayisədə 14,3 mln manat az transfer nəzərdə tutulur.
2020-ci il dövlət büdcəsinin xərcləri Ümumi Daxili Məhsulun 32,3%-i səviyyəsində və ya 26 mlrd 914 mln manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 1 mlrd 724 mln manat və ya 6,8% çoxdur.
Paylaş:
Müəllif : Redaktor
Tarix:23-12-2019, 14:49
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Redaktor
Tarix:23-12-2019, 14:49
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:52
Pekin ilk növbədə Suriyadakı Türküstan İslam Partiyası üzvlərinin tərksilah olunmasını istəyəcək
Dünən, 19:00
Sumqayıt Tibb Mərkəzində BİABIRÇILIQ - 10 gün əvvəl xəbər verməlidir, canı çıxsın, yıxılmasın
Dünən, 10:45
Miqrasiya Xidmətində ŞOK HƏBSLƏR: Həsənovlara da sıra çatdı... - Kərəm Həsənov müdaxilə edirsə...
Dünən, 08:54
Şərqi Zəngəzur Regional Mədəniyyət İdarəsinin rəhbərliyi qış yuxusunda... - İTTİHAM VAR...
16-12-2024, 14:08
Təxribat və girov götürmə cinayətlərini planlaşdıran ekstremist qruplaşma - İfşa edildi
16-12-2024, 11:42