Sumqayıt Dövlət Universitetində nələr baş verir? - İDDİA
Məlum olduğu kimi 2013-cü ilin dekabr ayının 16-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə Sumqayıt Dövlət Universitetinin rektoru Nadir Qəhrəmanov tutduğu vəzifədən azad olundu. Bundan sonra Təhsil nazirinin əmri ilə bu ali təhsil müəssisəsində rektor vəzifəsinin müvəqqəti icrası tədris işləri üzrə prorektor Elxan Hüseynova həvalə edilmişdi. Nəhayət 5 mart 2014-cü il tarixində ölkə başçısının sərəncamı ilə Elxan Hüseynov Sumqayıt Dövlət Universitetinin rektoru təyin edildi. Lakin gözlənilənlərin əksinə olaraq, aradan çox az bir müddət keçdikdən sonra Elxan Hüseynov SDU-da keçirilən “islahatlar”da universitetin professor-müəllim heyətinə güclü zərbə endirməklə diqqəti cəlb etdi. Rektor təyin olunandan dərhal sonra Elxan Hüseynov da dost,tanış və qohumlardan ibarət öz komandasını formalaşdırmağa başladı ki, bu da universitetin bir çox müəllimlərinə öz iş yerlərini itirməklə başa gəldi. Halbuki onların arasında uzun illər boyu öz vəzifələrini namus və vicdanla yerinə yetirmiş peşəkarlar əksəriyyət təşkil edirdi. Ən təəssüf doğurucu hal isə bundan ibarətdir ki, Elxan Hüseynov nəinki özündən əvvəlki rektorun dövründən yığılıb qalmış problemlərin həlli istiqamətində addımlar atdı, əksinə SDU tələbələrinin dili ilə desək “köhnə bazara yeni qiymətlər” də daxil etdi. Çox keçmədi filologiya fakültəsinin I kurs tələbəsi Rumiyyə Qasımovanın imtahandan kəsilməsi və ondan pul tələb olunmasına görə intiharı bu təhsil ocağında sözün əsl mənasında ajiotaj yaratdı.
SDU tələbəsinin intiharından sonra mətbuata müraciət edən bir qrup tələbə universitet rəhbərliyinə ən müxtəlif formalarda etiraz edəcəklərini bildirmişdilər. Qeyd etmişdilər ki, SDU rəhbərliyinin təhsil ocağında yaratdığı rüşvət ab-havası, onlardan qeyri-qanuni haqq tələb olunması, dekanların yaşatdığı stress, psixoloji gərginlik onları hiddətləndirib. Onlar qeyd ediblər ki, təhsilin səviyyəsi çox aşağı olmasına baxmayaraq, imtahanlar çox ağır aparılır. Qəsdən imtahanlara elə suallar salınır ki, tələbələrin əksəriyyəti kəsilir: “Kəsilən tələbələr” həm növbəti imtahanlara buraxılmaq üçün yaradlmış yay məktəbində hazırlığa rəsmi şəkildə 174 manatı universitetin hesabına ödəməli olur, həm də imtahanın rüşvətini verməyə məcbur qalır.Tələbələrin sözlərinə görə, SDU rəhbərliyi isə I kurs tələbəsinin intiharından nəticə çıxarmayıb: “Hazırda bütün fakültələrdə qış semestri üzrə xərac yığılması davam etdirilir. Hətta bu ürəkparçalayan faciə də rektorun rüşvət yığımına müvəqqəti son qoyulması üçün səbəb olmayıb”.
Göründüyü kimi, paytaxta yaxın olmasına baxmayaraq əyalət statuslu bu universitetdə hər şey heç də ölkənin baş şəhərindəki ali təhsil müəssisələrindəki kimi deyil. Bir növ uzaqda olduğundan, Təhsil Nazirliyinin və digər qurumların nəzarətindən kənarda qalması burada müəllim heyyətinin,kafedra müdirlərinin və dekanların demək olar ki,əl qolunu açır.Yəni hər kəs öz işini rahat görə bilir.Bu gün Sumqayıt Dövlət Universitetində təhsilə olan diqqətin, tələbələrin dərsə davamiyyətinin, müəllimlərin tələbələrə lazım olan bilikləri verməsindən başqa, universitetidə təsərrüfat işlərinin görülməsi də heç də yaxşı təəssüratlar yaratmır .Belə ki, 2019 cu ilin may-sentyabr aylarında universitet tərəfindən elan olunmuş tenderlərə nəzər saldıqda da bu özünü açıq şəkildə göstərir. Təxminən 1 milyon 650 min manat civarında dövlət vəsaitinə tender yolu ilə Sumqayıt Dövlət Universitetində nə kimi işlər görülüb?
Aktualinfo.org-un apardığı araşdırmalarda universitet tərəfindən 23.09.1019 cu il tarıxdə cari təmir işlərinin satın alınması üzrə 49000 azn, kommunal və komunikaslıya xidmətləri ilə bağlı digər xərclər üzrə 48900 azn, abadlıq işlərinin satın alınması üzrə 114000 azn, birinci tədris korpusunun əsas girişinin yenidən qurulması üzrə 83072 azn dəyərində dövlət sifarişini, 19.06 2019-cu il tarixdə elan olunmuş maşın və avadanlıqlar üzrə 219409.2 azn, sosial-məişət təyinatlı obyektlərin əsaslı təmiri üzrə 425726.78 azn,dəftərxana ləvazimatlarının alınması üzrə 102998.66 azn dəyərində dövlət sifarişini, 23.04 2019-cu ildə elan olunmuş sair xərclər üzrə 48440 azn, digər alışlar və xidmətlər üzrə 47772.3 azn və 15.03.2019-cu ildə elan olunmuş idarənin xərcləri və mətbəə xərcləri üzrə 48545.2 azn və 47440 azn dövlət sifarişini tender yolu ilə “Retro Holdig” Məhdud Məsuliyyətli Cəmiyyətin qazandığı məlum olur.
O da bəlli oldu ki, Retro Holding” MMC barədə Vergilər Nazirliyinin kommersiya qurumlarının dövlət reyestri məlumatlarında bir vergi ödəyicisi kimi heç bir məlumat verilmir. Bəs vergi hesabatları ictimaiyyətə bəlli olmayan bir MMC-ni Sumqayıt Dövlət Universiteti necə qalib elan edib? Satınalamalar haqqında qanunun tələbləri bu tenderlərin keçirilməsində nəzərə alınıbmı? Alınıbsa tender komissiyasından xahiş edirik “Retro Holdihg”MMC nin fəaliyyət dairəsı barədə bizə də məlumat versinlər.Axı necə ola bilər ki, bir MMC Sumqayıt Dövlət Universiteti üçün həm abadlıq- təmir işləri görsün,həm də dəftərxana ləvazimatları alsın? Burada iddiaçı MMC-nin müvafiq işlərin görülməsinə dair xüsusi icazəsinin olması şübhə doğurur. Eləcə də universitet tərəfindən elan olunmuş digər tenderlərdə.
Qeyd edək ki, Sumqayıt Dövlət Universitetinin 19.06.2019-cu il tarixdə avadanlıqlar üzrə elan etdiyi digər bir tenderin qalibi isə “Labaratoriya Təchizatları şirkəti-LTŞ” Məhdud Məsuliyyətlı Cəmiyyət olub. Nizamnamə kapitalı 20 manat olan bu MMC-nin Sumqayıt Dövlət Universitetinin 389663.37 azn dəyərində avadanlıqların satınalması sifarişini yerinə yetirmək iqtidarında olub,olmaması da şübhələr doğurur. Hüquqi ünvanı Bakı şəhəri,Xətai rayonu Sabit Orucov ev 23 olan MMC 22.05.2006-ci ildə vergi uçotuna alınmışdır. MMC-nin qanuni təmsilçisi Yahyayev Qüdrət Əbülfəz oğlu göstərilir. Sözügedən şəxsin adı hazırda dələduzluğa görə həbs edilmiş keçmiş hakim Həsən Əliyevin cinayət işində hallandığı barədə 2017-ci ildə dövrü mətbuatda məlumatlar var.
24.05.2019 cu ildə universitet tərəfindən daşınar və daşınmaz əmlakın qiymətləndirilməsi üzrə elan etdiyi tenderi isə “AÇAR QİYMƏTLƏNDİRMƏ MƏRKƏZİ” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib gəlib Qeyd edək ki,sözügedən MMC tenderdə qalib olduğu gündən cəmi bircə ay,yəni 08.04.2019-cu ildə vergi ucotunda qeydiyyata alınıb.Hüquqi ünvanı Xətai rayonu,SMehmandarov küçəsi ev 44 olan MMC-nin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi Qasımov Çingiz Qurban oğlu da “Bank of Baku” tərəfindən kredit borcuna görə məhkəməyə cəlb edilib. Satınalmalar haqqında qanunda isə hər hansə borcu olan şəxslərin tenderlərdə iştirakı qadağan olunur. Bəs Sumqayıt Dövlət Universitetitinin tender Komissiyası buna necə yol verib?
Göründüyü kimi Sumqayıt Dövlət Universitetində təhsildə yaşanan problemlərlə yanaşı,təhsil müəssisəsinin maliyyə-təsərrüfat işlərində də ciddi nöqsanlara yol verilir.Bu nöqsanların aradan qaldırılması istiqamitəndə nə kimi işlər görülür? Hələ də sual altındadır. Sul altında olan əsas məsələ isə bir neçə ay ərzinə tender yolu ilə hesabına milyon yarım vəsait köçürülmüş “Retro-Holdinq”MMC-nin kimə məxsus olmasıdır. Və bu MMC-nin sahibi ilə Sumqayıt Dövlət Univesitetinin rektorunu nə kimi tellər bağlayır?Və bu gizli sövdələşmələrin arxasında nələr dayanır?
Aktualinfo.org
Paylaş:
Müəllif : Yazar
Tarix:25-12-2019, 09:50
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-12-2019, 09:50
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16