10 manatlıq şirkətin 14 milyon manatlıq tenderi - Ölkəyə gübrə gətirən "özəl sektorda" kimlər var?
Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti 2004-cü ildə dövlət başçısının sərəncamı ilə yaradılıb.
"Aqrolizinq" ASC-nin fəaliyyətinə 2009-cu ilə qədər İqtisadi İnkişaf Nazirliyi nəzarət edib.
2009-cu ildə Prezidentin sərəncamına əsasən "Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti Kənd Təsərrüfatı Nazirliyinin tabeliyinə verilib.
"Aqrolizinq" ASC kənd təsərrüfatı məhsul istehlakçılarının maddi-texniki bazasını yaratmaq, sahibkarlara lizinq qaydası ilə texnika, mineral gübrə, damazlıq heyvanlar, texnoloji avadanlıq, suvarma sistemi ilə təchiz və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki və hüquqi şəxslərə aşağı qiymətlərlə aqroservis xidməti göstərir.
ASC milyonlar xərcləyir, fəaliyyəti hiss olunmur...
"Aqrolizinq" ASC-nin lizinq yolu ilə fermerlərə kənd təsərrüfatı texnikalarını və damazlıq heyvanları baha qiymətə satması mövzusu dəfələrlə gündəmə gəlib. Məsələn, cəmiyyətin Belorusiyadan aldığı traktorların və digər texnikaların, xaricdən, əsasən də Almaniya və Avstriyadan gətirilən damazlıq heyvanların da cəmiyyət tərəfindən fermerlərə 2-3 qat baha satıldığı barədə mətbuatda zaman-zaman məlumatlar dərc edilib.
Aqrar sektorda çalışan insanları narazı salan məqamlardan biri də cəmiyyət tərəfindən güzəştli şərtlərlə onlara təklif edilən mineral gübrələrlə bağlıdır. Belə ki, ASC-nin ölkəyə gətirdiyi mineral gübrələrin də qiymətlərinin şişirdildiyi barədə fermerlər tərəfindən iddialar səsləndirilir. Fermerlər bu iddialarını qara bazarda satılan gübrələrin "Aqrolizinq" ASC-nin satdığı gübrələrdən ucuz olması ilə əlaqələndirirlər.
Fermerlərdə narahatlıq doğuran məqamlardan biri isə ölkəyə gətirilən gübrələrin zamanında onlara çatdırılmaması ilə bağlıdır.
İddialara görə ”Aqrolizinq”in xəttilə gətirilən gübrənin keyfiyyət göstəricisi aşağıdır. Üstəlik, ölkəyə gətiriləndən sonra gübrəyə müəyyən qədər qatqılar edilməsi keyfiyyəti bir az da aşağı salır. Ölkəyə gətirilən gübrələrin gecikdirilməsi və keyfiyyətinin aşağı olmasının səbəblərindən biri də "Aqrolizinq" ASC-nin rəhbərliyinin tez-tez dəyişdirilməsi, daha doğrusu hər yeni təyin olunan rəhbərliyin gübrələrin gətirilməsi üçün qurum tərəfindən sifariş olunan tenderlərdə özlərinə yaxın şirkətləri qalib etmələridir.
Qeyd edək ki, 2018-ci ilin oktyabr ayında "Aqrolizinq” ASC-nin sədri sədri Seymur Mövlayev mediaya açıqlama verərək ölkəyə mineral gübrələrin gətirilməsi prosesini tədricən özəl sektora həvalə etmək və bu bazardan çəkilmək niyyətində olduqlarını bəyan etmişdi.
Ölkəyə gübrə gətirən "özəl sektorda" kimlər var?
"Aqrolizinq” ASC 2019-cu ildə gübrələrin alınması və daşınması məqsədililə bir neçə satınalmalar həyata keçirib. Cəmiyyətin 30.000 ton ammonium nitrat mineral gübrəsinin satınalınması məqsədilə ən son keçirdiyi satınalmaya bu ilin noyabr ayının 22-də yekun vurulub. Satınalmanın dəyəri 14.280.000 (on dörd milyon iki yüz səksən min) manat, qalibi isə "Agro TT" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
10 manat nizamnamə kapitalı olan "Agro TT" MMC 2018-ci ilin noyabr ayının 2-də təsis edilib. Şirkətin hüquqi ünvanı Binəqədi rayonu, 7-ci mikrorayon, ev 5A/8, mənzil 31, qanuni təmsilçisi isə Veyisov Fəxrəddin Sahib oğludur.
"Aqrolizinq” ASC-nin 14.2 milyonluq tenderinin qalibi olan "Agro TT" MMC-nin fəaliyyəti, maddi-tezniki bazası barədə məlumata rast gəlinmir. Bu şirkətin nə elektron ünvanı, nə əlaqə telefonu var. Azərbaycanda logistika və brokerlik üzrə fəaliyyət göstərən şirkətlərin arasında da "Agro TT" MMC-nin adına rast gəlinmir.
Amma bununla belə "Agro TT" MMC-nin qanuni təmsilçisi Fəxrəddin Veyisov barəsində maraqlı faktlar əldə edə bildik.
Məlumata görə, 1956-cı il təvəllüdlü Fəxrəddin Veyisov uzun illər anbardar, menecer, mühasib kimi vəzifələrdə çalışıb. Ancaq sonradan işsiz qalan 60 yaşlı Fəxrəddin Veyisov 2016-cı ildə iş axtarmağa başlayıb. Hətta bu məqsədlə müxtəlif saytlarda elan da verib.
Daha maraqlı məqam isə 2016-cı ilin payızında saytlar vasitəslilə özünə iş axtaran Fəxrəddin Veyisovun 2017-ci ilin mart ayının 17-də iki şirkət təsis etməsidir. Hüquqi ünvanı Nizami rayonu, Rüstəm Rüstəmov küçəsi ev 35, mənzil 38 ünvanında qeydiyyata alınan "Carboza" MMC-nin və eyni zamanda "Təmiz Bakı" MMC-nin hər ikisinin nizamnamə kapitalı 20 manat təşkil edir.
F.Veyisovun qanuni təmsilçisi olduğu "Carboza" MMC Balaxanı Sənaye Parkında qeydiyyatdan keçmiş şirkətlərdən biridir. Bu şirkət ağac emalı və mebel sənayesindən, kənd təsərrüfatının ağac tullantılarından briketlənmiş kömür istehsalı edir.
Göründüyü kimi, 2016-cı ildə müxtəlif saytlar vasitəsilə özünə iş axtaran 60 yaşlı bir insanın sonradan kosmik sürətlə şirkətlər təsis edərək milyonluq layihələri qazanması hər halda adi bir insanın uğuru kimi təqdim edilməsi mümkün olmayan bir məsələdir...
"Aqrolizinq” ASC-nin 2019-cu ildə sifarişçi olduğu daha bir satınalmaya diqqət etdikdə ölkəyə gübrə gətirən "özəl sektor" daha maraqlı görünür.
Aparat rəhbəri "özəl sektor"da?
"Aqrolizinq” ASC 36 milyon manat məbləğində dövlət vəsaiti hesabına ölkəyə 40 min ton ammofos mineral gübrəsi gətirilməsi üçün müqavilə bağladığı şirkətlərdən biri də "Azfar-Trans" Qapalı Səhmdar Cəmiyyətidir.
ASC həmçinin 2019-cu ilin iyul ayının 7-də "Karbamid gübrəsinin daşınması xidmətinin satınalınması" lotu üzrə daha bir satınalma həyata keçirib. Məbləği 625.000 (altı yüz iyirmi beş min) manat olan bu satınalmanın da qalibi "Azfar-Trans" QSC olub.
"Azfar-Trans" QSC 2016-cı ildə təsis edilib. Nizamnamə kapitalı 2.010 manat olan QSC-nin hüquqi ünvanı Nərimanov rayonu Ağasadıq Gəraybəyli küçəsi ev 5A ünvanı, qanuni təmsilçisi isə Nəsibov Taleh Asif oğludur.
Bir müddət öncə ASTNA.biz saytı "Azfar-Trans" şirkəti barədə maraqlı məlumat yaymışdı. Həmin məqalədə "Azfar-Trans" şirkətinin qanuni təmsilçisinin daha bir şirkətinin hüquqi ünvanının Kənd Təsərüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin aparata rəhəri Şamil Süleymanlının qeydiyyatda olduğu mənzildə olduğu göstərilirdi.
Şamil Suleymanlı 2012-ci ilin martında yaradılan "Xan Bazarı” MMC-nin iki təsisçisindən biridir. Bundan başqa onun Bakıda qeydiyyatda olduğu mənzildə 2013-cü ilin sentyabr ayında daha bir şirkət – "Meps” MMC dövlət qeydiyyatına alınıb. Ş.Suleymanlı bir müddət bu şirkətə rəhbərlik edib. 2018-ci ildə şirkətin adı dəyişdirilib və hazırda "Aqroterminal” MMC adı ilə fəaliyyətdədir. Bu şirkətin direktoru Taleh Nəsibov həm də "Azfar-Trans” MMC və "Gate Baku” MMC-yə rəhbərlik edir. 2016-cı ildə yaradılarkən "Gate Baku” şirkətinin direktoru başqa bir şəxs – Ramil Nəsirov idi. R. Nəsirov "Xan Bazarı” MMC-də Ş. Suleymanovla ortaqdır. KOBİA-nın aparat rəhbərinin mənzili 2016-cı ilin iyununda yaradılan daha bir şirkətin "MPS Green Construction” MMC-nin hüquqi ünvanıdır. "Azfar Trans” MMC bu ayın 18-də dövlətə məxsus "Aqrolizinq” ASC-dən iri məbləğdə kontrakt alıb. O 36 milyon manat məbləğində dövlət vəsaiti hesabına ölkəyə 40 min ton ammofos mineral gübrəsi gətirəcək.
Qeyd edək ki, bir müddət öncə Arqument.az-da Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən daha bir qurumun - Aqrar Kredit İnkişaf Agentliyinin (AKİA) sifarişçi olduğu tenderlər barədə yazı (http://arqument.az/az/yeni-yaranan-qurumun-milyonluq-tenderlerini-kimler-udub-arasdirma/) dərc edilmişdi. Həmin yazıda AKİA-nın sifarişçi olduğu tenderin qalibi olan şirkətin qanuni təmsilçisinin AKİA-nın da təşəbbüskarlarından biri olduğu aqrar layihəyə rəhbərlik edən şəxs olduğu qeyd edilirdi.
O zaman AKİA "dövlət satınalmaları haqqında qanun"a zidd olan bu halı əsaslandıra bilməmişdi.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-12-2019, 09:53
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-12-2019, 09:53
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Bu gün, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Bu gün, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Bu gün, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
Dünən, 17:50
Cenub Elektrik Stansiyasin sahəsində balıq gölləri - Baba Rzayev hara baxır? İDDİA/FOTOFAKT
Dünən, 12:45