Siqaretlə bağlı FƏRQLİ QANUN: yalnız bu şəxslər ala biləcək - Azərbaycanda buna ehtiyac varmı?
ABŞ Konqresi tütün məmulatlarını satın alma yaşını 18-dən 21-ə qaldıran qanun qəbul edib. Konqres bununla ölkədə tütün və tütün məmulatlarının artan istifadəsinin qarşını almağı hədəfləyir.
Azərbaycanda bu təcrübənin tətbiq edilməsinə ehtiyac varmı?
Deputat Jalə Əliyeva Lent.az -a bildirib ki, sosial sifariş olsa, bu qanun təklif kimi gündəmə gətirilə bilər:
“Ölkəmizdə ötən il “Tütün və tütün məmulatlarının satışı ilə bağlı” qanun qəbul edildi. Uzun müddət idi ki, bu qanun layihəsinin hazırlanması ilə bağlı iş gedirdi. Bu, çox əhəmiyyətli layihə olaraq dəyərləndirilməlidir. Çünki tütün, alkoqollu içkilər və bu kimi digər vasitələr insan amilinə, cəmiyyətin sağlamlığına və genefondda ziyan vurur. Vətəndaş olaraq ölkənin bu gününü və gələcəyini düşünürüksə, uşaqlarımızı, yeniyetmələrimizi zərərli vərdişlərdən uzaq tutmağa çalışmalıyıq. Çünki heç kəsə belə zərərli vərdişlər xoşbəxtlik gətirməyib. Bu alışqanlıqlar həm ailələrdə problemlər yaradır, həm də maddi baxımdan cibə ziyan vurur”.
J. Əliyeva qeyd edib ki, ABŞ-da yaş həddinin 18-dən 21-ə qaldırılması ölkədə bu sahədə ölçü götürülməsini labüd edən faktların ortada olmasını göstərir: “Dövlət həyəcan təbili çalıb. Azərbaycanda da bu sahəyə vaxtaşırı diqqət ayrılır. Bu sahədə təkcə qanunlar qəbul edilmir. Eyni zamanda, qanunun yerlərdə tətbiq edilməsi üçün qurumlar da üzərinə düşən vəzifəni yerinə yetirir. Lakin bununla bərabər Konqresdə qəbul edilən qanun Azərbaycanda da təklif olaraq nəzərdən keçirilə bilər. Əhalinin təbəqələrini əhatə edən hər bir təklif, qanun layihəsi sosial sifariş əsasında həyata keçirilir. Xalqın ayrı-ayrı təbəqələri arasında belə bir qanuna ehtiyac varsa, artıq davamlı olaraq əhali arasında bu mövzu gündəliyə çıxarılırsa və ehtiyac yaranırsa, o zaman bu məsələ parlamentdə də müzakirə edilməlidir”.
Böyük Quruluş Partiyasının başqanı, deputat Fazil Mustafanın fikrincə, bu qanunun qəbulu Azərbaycan üçün də faydalı olar:
“ABŞ Konqresinin qəbul etdiyi bir sıra siyasi xarakterli qərarlara etiraz edirik. Amma Konqresdə qəbul edilən bu qanunu alqışlayıram. Siqaret cahilliyin əsəridir, öz yaradılış mahiyyəti haqqında sağlam bilgisi olan və məsuliyyətli insan siqaret və ya qəlyan aludəçisi ola bilməz. Gənc yaşlarında fors, yeniyetməliyin təsdiqi üçün mənimsənilən bu axmaq vərdiş sonradan narkomaniyaya keçid üçün münbit şərait yaradır. İki cür insan tipinin həyatda hansısa fayda qazandığını eşitmədim, duymadım. Bunlardan birincisi narkotik aludəçisi olanlar, ikincisi isə qumar oynamağa meyl göstərənlərdir. Ona görə də bizdə də siqaret satın alma yaşının 21-ə qaldırılması, enerji içkilərinin qadağan olunması, 21 yaşından aşağı gənclərə qəlyan satılmasının qadağan olunmasını nəzərdə tutan qanunların qəbul olunmasını zəruri sayıram”.
F. Mustafa qeyd edib ki, seçki ərəfəsində bu təklif bir çox insanları narazı salacaq:
”Ancaq mənim nə seçkiyə, nə də siyasətə görə hamının xoşuna gələcək populist mövqe sərgiləmək fikrim olmadı, bundan sonra da olmayacaq. Mən, sadəcə öz iradəmin yetmədiyi davranışları haçansa kimsəyə tövsiyə etmədim. Əsas sağlam gələcəyimizdir. İnanın ki, Qarabağ üçün fədakarlıqdan da öncə özümüzü, vücudumuzu tərbiyə etmək üzərində düşünməliyik”.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-12-2019, 11:13
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-12-2019, 11:13
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48