STP-də KORRUPSİYA HƏBSLƏRİ OLA BİLƏR... - İDDİA
Cənab Prezident İlham Əliyev tərəfindən əsası qoyulmuş, ölkənin ən iri sənaye kompleksi olan Sumqayıt Texnologiyalar Parkı ilə bağlı daima mediada heç də ürək açmayan informasiyalar dolaşmaqdadır. Bu günlərdə redaksiyamıza daha bir necə informasiya daxil olub. Mənbəmizin verdiyi məlumatın əsasını isə hazırda ölkənin qeyri-neft sektorunun lokomotivi rolunu üstlənməli olan müəssisənin yarıtmaz idarəçiliyi, külli miqdarda vəsaitin mənimsənilməsi, əməkdaşların müxtəlif bəhanələrlə işdən qovulması və yeni ixtisar dalğalarının başlanması təşkil edir.
Mənbəmizin verdiyi məlumata görə bütün bu hadisələrin episenterində dayanan şəxs STP-nin müşahidə şurasının üzvü Fuad Nəcəfli adlı şəxsdir. Məhz onun şirkətə gəlişindən sonra müəssisədə aləm dəyib bir-birinə. Təyinatından sonra bütün sistemə əl gəzdirmək qərarı verən Fuad Nəcəfli öz yaxın ətrafını, istehsal səhasində bir gün belə təcrübəyə sahib olmayan tanışlarını müxtəlif yüksək postlara təyin edib. Mənbəmiz xüsusən şirkətin bel sümüyü hesab olunan satınalmalar departamenti ilə birgə qurduğu maxinasiyalar haqqında sensasiyalı məlumatlar verib.
İki ay öncə STP-nin inzibati departamentinə direktor təyin olunan Seymur Hacıyevin istehsalat təcrübəsi olmaması və səriştəsiz fəaliyyəti şirkətə böyük problemlər yaradıb. Hazırda demək olar ki, bütün istehsal sahələrində işlər dayanıb və müəssisənin fəaliyyəti iflic vəziyyətə düşüb. Səbəb isə çox sadədir. Sifarişləri qarşılamaq üçün xammal yoxdur.
Seymur Hacıyev Fuad Nəcəflinin göstərişləri və dəstəyi sahəsində uzun illərdi bu sahədə böyük təcrübəsi olan, istehsalata yaxşı bələd olan bütün əməkdaşlırın əmək müqaviləsinə xitam verdirib. Satınalmalar şöbəsində müdirdən sıravi sənədləşdirmə işləri aparan əməkdaşların əvəzinə, gəldiyi turizim sektorundan, xüsusilə də otellərdə təsərrüfat işləri ilə məşğul olan yaxınlarını menecer, şöbə müdiri vəzifələrinə təyin edib. İndiyə qədər otelin gigiyena vasitələrini, tualet kağızlarının, hamam ləvazimatlarının təminatı ilə məşğul olan şəxslər hazırda STP kimi nəhəng istehsal sahəsinin satınalma işlərinə cavabdehlik daşıyırlar. Polietilen, mis, eboksit və sairə kimi xammalların nəyin ki, spesfikasiyasını, adlarını ilk dəfə burada eşidiblər.
Seymur Hacıyev bu prosesi həyata keçirdərkən Fuad Nəcəflinin göstərişi ilə şirkətin audit və təhlükəsizlik departamentlərinin diroktorları yaxından köməklik göstəriblər. Onlar keçmiş əməkdaşları şantaj etmiş, müxtəlif qarayaxma kampaniyaları ilə qorxudublar. Bunun əvəzində vaxtilə şirkətdən buraxdığı səhvlərə və neqativ nöqsanlara görə qovulmuş Könül Feyzullayeva adlı şəxsi xarici bazarlardan xammal alışı şöbəsinin müdiri vəzifəsinə təyin edibdir.
Mənbəmizin verdiyi məlumata görə, Könül Feyzullayeva yeni vəzifəsinə başlayan kimi yerli və xarici bazarlarda yaxşı tanınan bazar lideri olan şirkətləri xammal satışında təcrübəsi olmayan fiziki şəxslər, tanışları olan və yaxşı "otkat” verən firmalarla əvəzləyib. Hətta qiymətlərin əvvəlki illərlə müqayisədə süni şəkildə bahalaşdırılmasına baxmayaraq şirkət rəhbərliyi buna göz yummaqdadır.
Bütün bu proseslərin nəticəsindən müəssisədə hazırda xammal materialların idxalında ləngimələr baş tutmuş və nəticədə də istehsal prosesi dayanaraq, zavodların fəaliyyətləri nizamdan çıxmışdır. Hazırda şirkətin Kabel, Polimer, Sendviç Panel, Metaləritmə zavodları faktiki olaraq işlərini dayandırıb. Aylar öncədən müştərilərdən alınmış vəsaitlərin əvəzində məhsulları təqdim edə bilmir, yeni sifarişlər götürmürlər. Nəticədə də, bir sıra dövlət əhəmiyyətli layihələrin icrasında belə ləngimələr baş verməkdədir.
Mənbəmiz qeyd edir ki, Fuad Nəcəflinin, Seymur Hacıyevin və Könül Feyzullayevanın ən maraqlı satın alma faciəsi isə kabel istehsalı üçün nəzərdə tutulan mis alışı ilə bağlıdır. Belə ki, Seymur bəy və Könül xanım yaxın tanışları Fərail adlı şəxsə məxsus, Dubayda qeydiyyatdan keçmiş offşor "Guliyev Trading” adlı treyder şirkətinə iri həcmli (1300 t) mis sifariş veriblər. Hansı ki, bu şirkət mis istehsalçısı deyil və bu günə qədər də bazarda 1 kq olsun da mis tədarükçüsü kimi tanınmayıb. Sifariş əsasında bu şirkət xarici bazarlardan baha qiymətə qeyri-standart mis məhsulları alınaraq vergidən yayınmaq üçün Dubayda təsis edilən firma vasitəsilə ölkənin ən böyük kabel istehsalçısı olan STP-yə xammal tədarükü etməyə çalışır. Sifariş təhvil verilməmişdən qabaq STP qarşı tərəfin hesabına 7 milyon ABŞ dollarına yaxın vəsait köçürdüb. Lakin bu əməliyyatın qarşılığında sifarişçiyə 1 kq da olsa mis təhvil verilməyib. Bu azmış kimi, Seymur bəy və Könül xanım bu şirkətə daha 150 ton mis sifariş ediblər və bu dəfə də 100 faizlik ödənişi əvvəlcədən ediblər. Qarşı tərəf isə bu günə qədər STP-yə heç bir xammal tədürükü etməyib.
Mənbəmizin məlumatına görə, hazırda müxtəlif bəhanələrlə sifarişin təhvil verilməsi müddədi uzadılır. STP-dən bütün sifarişlərə 100 faiz ön ödəmə alan "Guliyev Trading” şirkəti hazırda mis axtarışındadır. Hətta ölkə daxilində olan professional tədarükçülərdən də mis toplamağa çalışıb. Ancaq misə tələbin böyük olduğu dövrdə isə daxili bazardan bu xammalı əldə etmək mümkün olmayıb. Ödənişi ABŞ dolları ilə Dubaydakı hesabına köçürülmüş xarici şirkətin Azərbaycanda mis axtarması isə qəribədir və hansısa ciddi şübhələrin yaranmasına səbəbdir. Vəziyyət o həddə çatıb ki, hətta şirkət daxilində "mis məsələsi” alqı-satqısı əməliyyatı lətifəyə çevrilib.
Lakin qeyd olunan nöqsanlara baxmayaraq bu şəxslər hazırda baş verənlərə heç bir əhəmiyyət vermədən öz fəalliyyətlərini davam etdirirlər. Çünki arxalarında STP-nin müşahidə şurasının üzvü Fuad Nəcəfli kimi havadarları var.
Növbəti yazılarımızda müvafiq şirkətlərə edilmiş ödənişlər, onların əvvəlki illərlə nisbəti, yeni əməkdaşların əmək haqqları ilə bağlı yazmalarımızı oxucularımıza təqdim edəcəyik.
Yazılanlarla əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. //qlobal.az//
Redaksiyadan: Hər halda bu faktlar diqqətə alınarsa, istənilən an sözügedən qurumda korrupsiya araşdırmasına başlanıla biləcəyini deyə bilərik. Xatırladaq ki, bu günlərdə Ağstafa RİH rəhbərinin və Yevlaxın keçmiş başçısının həbs olunması faktı "yuxarların" qeyd olunan istiqamətdə daha sərt mövqe nümayişinə meyilli olmasından xəbər verməkdədir.
Paylaş:
Müəllif : Yazar
Tarix:25-12-2019, 12:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:25-12-2019, 12:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09