reklam
Regionxeberlericom.az » Sosial » Əhmədzadəni ələ verən Nazim İsmayılov nədən bu faktlara göz yumur? - FAKT

reklam

Əhmədzadəni ələ verən Nazim İsmayılov nədən bu faktlara göz yumur? - FAKT


Prezidentin pambıqçılıq müşavirəsində Saatlı rayon icra başçısı Nazim İsmayılov qaldırdığı məsələ ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC sədri Əhməd Əhmədzadəni pat vəziyyətinə saldı.

regionxeberlericom.az Reportyor.info-a istinadən xəbər verir ki, icra başçısının suvarma ilə bağlı problemi dilə gətirməsi və hansı səbəbdən layihənin yubandığını açıqlaması ASC sədrini prezident qarşısında çətin durumla üzləşdirdi.

Saatlı RİH rəhbəri müşavirədə qeyd edib ki, Saatlıda suvarma ilə əlaqədar ciddi problemlərimiz var. Sitat: “Məndən əvvəl də bu problemlər qaldırılıb. İndi bu il quraqlıq keçdi, buna baxmayaraq biz vəziyyətdən birtəhər çıxdıq.

Amma nəzərə almaq lazımdır ki, biz pambığın 3 min hektarını bir dəfədən artıq suvara bilmədik. Dörd min hektarda birinci suvarma ilə ikinci suvarma arasında aqrotexniki tədbirlər, tələblər pozuldu.

Qısası, burada məsələni həll etmək üçün Kür çayından Saatlıya 20 kubmetr həcmində 17-18 kilometrlik məsafədən su xətti çəkilməsi layihəsi var və bu, Sizin göstərişinizlə İqtisadiyyat nazirinə tapşırılıb.

İqtisadiyyat naziri də bu tapşırığı “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə göndərib. Mən bütün aidiyyəti qurumlarda olmuşam və layihə də işlənir.

Amma bu gün burada onunla əlaqədar söhbət getmədi. Elə bugünkü tədbir, cənab Prezident, qoy saatlılıların uzun illər mövcud olan bu probleminin həllini təmin edən gün olsun”.

N.İsmayılov əlavə etdi ki, köhnə daşıyıcı su kanalları var: “Əhməd müəllim bunları yaxşı bilir, Arazdan gələn daşıyıcı su kanalları uzun illərdir təmir edilmədiyindən nasos vasitəsi olmadan öz axını ilə gələn o suların bir hissəsi itkiyə gedir”.

Prezident İlham Əliyev də yaxşı ki, bu məsələni qaldırdığını vurğulayıb. Daha sonra dövlət başçısı Əhmədzadədən izahat tələb edib: “İndi Əhmədzadə məlumat versin bu məsələ nə yerdədir?”

Ə.Əhmədzadə isə deyib ki, Saatlıda doğrudan da müvafiq problemlər var: “Hazırda layihə işlənir və biz İqtisadiyyat Nazirliyinə verdiyimiz təkliflərdə o var”.

Onu sözlərinə görə, layihəni bu kvartal hazırlayıb verəcəklər, vəsait ayrılsa, bir ildə edə bilərlər, təxminən 50-55 milyon manat lazımdır.

Müşavirədə bu dialoqun yaranması, prezidentin göstəriş verməsi təbii ki, Saatlı camaatı üçün müjdədir. Kəndlilərin suvarma problemi öz həllini tapacaq. Lakin məsələnin başqa tərəfi icra başçısı müşavirədə problemi deməyənə qədər Əhmədzadə tərəfindən həll olunmamasıdır.

Belə çıxır ki, N.İsmayılov prezidentin qarşısında problemi qaldırmasaydı, Əhmədzadə həmin layihə üzərində iş gedir deyə ayları, illəri yola verəcəkdi.

İkincisi, icra başçısının onu açıq şəkildə “vurması” oldu və çıxışından məlum oldu ki, məsuliyyəti Əhmədzadə daşıyır, problemin qalmasının səbəbkarı ASC-dir.

Maraqlıdır ki, bu ilin iyulunda Saatlı sakinlərinin suvarma problemi ilə bağlı müraciətində Əhmədzadənin rayondakı kadrının əməlindən bəhs olunmuşdu.

Müraciətdə deyilirdi ki, ASC-nin Saatlı idarəsinin rəisi ilə dəfələrlə danışıq olsa da, problemhəll olunmayıb: “Tahir Rzayev idarənin tabeliyində olan traktorları şəxsi mülkü kimi xüsusi “karyer”lərdə işlədir.

Yeni icra başçısı Nazim İsmayılov gələndən bağlanmış karxana yenidən açılıb. Nazim İsmayılov ASC-nin Saatlı idarəsinin rəisi Tahir Rzayevin özbaşınalığına niyə göz yumur?

Tahir Rzayev kimilər vəzifəsindən sui-istifadə edib, əkin sahələrinə su vermək əvəzinə, idarənin tabeliyində olan texnikanı özəl “karyer”lərdə işlədir”.


Paylaş:


Müəllif : Tarix:
26-12-2019, 10:09
Sikayət   


loading...
Загрузка...