“Ramiz Mehdiyevin gətirdiyi adamlar dövlətə qarşı cinayət törətdi” - Sərdar Cəlaloğludan ilginc açıqlama
Fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisində deputatlığa namizədliyini irəli sürən iddialı və tanınan siyasətçilərdən biri də Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğludur. Qeyd edək ki, onun son dövrlərdə ölkənin siyasi həyatında baş verən hadisələrə dair fikirləri maraq doğurub. Məhz buna görə KONKRET.az S.Cəlaloğlu ilə müsahibəni təqdim edir:
– Sərdar bəy, Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin korrupsiya ittihamı ilə saxlanılması ölkədə böyük əks-səda yaratdı və bir növ hakimiyyətin islahat niyyətinin ciddiliyindən xəbər verdi. Sizin bu hadisəyə münasibətiniz necədir?
– Bu, müsbət hadisədir. Belə hallara yol verən məmur bilməlidir ki, günün birində cavab verməli olacaq. Ancaq bir məsələ də var ki, bu yollarla korrupsiyanın qarşısını almaq olarmı? Məncə, bu sual ətrafında düşünmək lazımdır. Şəxsən mən hesab edirəm ki, korrupsiya əməllərinin qarşısını almaq üçün bir neçə addım atılmalıdır. Birincisi, məmurların gəlir deklarasiyası tətbiq edilməlidir. İkincisi, mətbuatda dərc olunan cinayət və korrupsiya xarakterli materiallara Baş Prokurorluq reaksiya verməli, bu faktları araşdırmalıdır. Üçüncüsü, tayfa prinsipi ilə hakimiyyətdə təmsil olunmaq təcrübəsinə son qoyulmalıdır, yəni bir ailədən bir nəfər təmsil olunursa, kifayətdir.
Ancaq biz bilirik ki, bunların hamısı proteksiya əsasında baş verir. Məsələn, Ağstafanın icra başçısının oğlunun nə məhkəmə hakimi olmaq imkanı olub, nə də prokurorluqda müstəntiq. Sadəcə olaraq bir tayfa irəli çəkilibsə, öz ətrafındakıları mümkün qədər vəzifələrə qoymağa çalışır. Dördüncüsü, müxalifətin nəzarəti tətbiq edilməlidir. Yəni idarəetmə üzərində rəsmi dövlət nəzarəti ilə yanaşı müxalif nəzarət də olmalıdır. Məsələn, müxalifətin bəyanatları və fikirləri nəzərə alınmalıdır. Məncə, bu addımlar atılarsa korrupsiyanın kökünün kəsilməsi istiqamətində ciddi nailiyyətlər əldə olunar.
Həmçinin, insanlar dövlətə və xalqa sədaqət prinsipi əsasında işə götürülməlidir. Bilirsinizmi, Prezidentə sədaqətli olan, amma dövlətə və xalqa sədaqəti olmayan məmur dolayısı yolla Prezidentə də sədaqətli deyil. Ağstafa hadisəsi buna əyani sübutdur. Əksinə, dövlətə və xalqa sədaqətli məmur dolayısı yolla Prezidentə sədaqətli olacaq. İllərlə rayonlarda nöqsanlardan yazan jurnalistlərə təzyiq edilib, fəallar döyülüb, saxlanılıb. Elə bir məmur yoxdur ki, korrupsiya ilə məşğul olmasın. Az qala hər nazirin oğlunun bir holdinqi, yüzə yaxın müəssisəsi var. Adama deyərlər ki, siz bunları haradan almısınız?
Sözsüz ki, Prezidentin son addımını alqışlayıram və bunu təqdir edirəm. Eyni zamanda, ümid edirəm ki, bu, epizodik bir addım olmayacaq. Baxın, Prezident işsizliyin ləğv edilməsi ilə bağlı rayona maliyyə ayırıb. İcra başçısı da insanların adına kart açaraq, aylıq pulu öz cibinə qoyub. Sonra da elan edib ki, biz yüzlərlə iş yeri açdıq, insanları işlə təmin etdik. Adamlar da ac-susuz qalıb. Faktiki olaraq, dövlətin xalqın sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq məqsədilə apardığı siyasət belə məmurların fəaliyyəti nəticəsində puç edilir və ölkədə insanların küçələrə çıxmasına şərait yaradılır. Xatırlayıram, bir müddət əvvəl hansısa icra başçısı dəyəri milyonla ölçülən villa almışdı. Mətbuata dedi ki, hansı icra başçısının yoxudur ki, mənim də olmasın?
Metropolitenin keçmiş rəisi Tağı Əhmədov deyir ki, Eldar Mahmudov məndən 3 milyon aldı. Xub, Eldar Mahmudov cinayətkardır, bəs sən 3 milyonu hardan almısan?
Bütün bunlardan çıxış edərək deyə bilərəm ki, Ramiz Mehdiyevin elita nəzəriyyəsi var idi, bu nəzəriyyə tamamilə iflasa uğradı.
– Konkret nəyi nəzərdə tutursunuz?
– Mehdiyevin nəzəriyyəsinin əsasında atalar, oğullar, sonra nəvələr gəlir və guya milli elita formalaşır. Mən o zaman buna etiraz etmişdim. Əslində, elita təbii şəkildə seçkilər vasitəsilə seçilir. Ceffersonun dediyi kimi, xalqın təbii aristokratları önə çıxır və xalqın taleyi ilə məşğul olurlar. Baxın, həbs edilən icra başçısının oğlu hakimdir. Digər oğlu korrupsiyaya qarşı mübarizə aparan idarədə müstəntiqdir. Bunlardan elita formalaşa bilərmi? Normalda onun oğlanları korrupsiyaya qarşı mübarizə aparmalıdırlar, amma ataları korrupsiya ilə məşğul olurdu.
“Bu işin əhatə dairəsi genişlənə, əlavə həbslər baş verə bilər”
– Sizcə, N.Quliyevin həbsi icra başçılarını korrupsiyadan və digər neqativ hərəkətlərdən çəkindirəcəkmi?
– Müəyyən mənada təsiri olacaq. Amma mənim fikrimcə, bu həbslərdə başqa məqam da ola bilər. Əvvəl mediada “Prezidentə mane olan qüvvələr” ifadəsi səslənirdi. Yevlaxın keçmiş icra başçısının da cinayət məsuliyyətinə cəlb edilməsi məndə belə qənaət yaradır ki, Prezidentə maneə yaradan fəaliyyət var və bu adamlar da orada aktiv iştirak edir. Onlar korrupsiya ittihamı ilə saxlanılıb, amma bu iş siyasi ittihama qədər gedib çıxa bilər. Bu adamların DTX tərəfindən saxlanılması, otaqlarına kamera qoyulması, uzun müddət nəzarətdə saxlanılmaları və s. hallar göstərir ki, onların dövlətin siyasətinə müqaviməti ola bilərdi. Əlbəttə ki, bu, mənim ehtimalımdır, hazırda istintaq gedir və onları Bakıya gətiriblər. Halbuki, cinayət rayonda baş verdiyindən, istintaq da orada getməlidir. Onların Bakıya gətirilməsi də göstərir ki, bu işin əhatə dairəsi genişlənə, əlavə həbslər baş verə bilər.
– Sosial şəbəkələrdən də göründü ki, Ağstafa hadisəsindən sonra icra başçılarının bəziləri xalqla görüşə çıxdı, şəhid analarının əlindən öpən, xalqın ayağına gedənlər oldu…
– Mənə görə, bunlar kosmetik addımlardır. Sən şəhid ailəsinə düşən evi vermirsən, xalqa verilən kartı cibinə qoyub onun əvəzinə pul alırsan, minlərlə insanın hüququnu pozursan və kritik məqamda da qaçıb şəhid ailəsinin əlini öpürsən. Bəyəm rayonda 1 şəhid ailəsi var? Sən vətəndaşın sosial-iqtisadi şəraitini təmin etməyə borclusan, çünki adın “icra hakimiyyəti başçısı”dır. Sən qanun və konstitusiyanı icra etməli, olduğun rayonda Prezidentin siyasətini həyata keçirməlisən. Rayonlarda işsizlik baş alıb gedir. Dövlətin bu sahəyə ayırdığı maliyyəni müəyyən qruplar mənimsəyirlər. Prezident ölkədə vəziyyətin yaxşılaşdırılması üçün belə kadrları dəyişməlidir. Eyni zamanda, xalqın dəstəyindən istifadə olunmalıdır. Jurnalistlərin yazdıqları, insanların şikayətləri, partiyaların bəyanatları korrupsiyaya qarşı mübarizədə əsas götürülməlidir.
“Normal seçkidə parlamentin 40 faizini müxalifət qazana bilər”
– Sərdar bəy, bəs parlament seçkiləri ilə bağlı ilkin müşahidələriniz nədən ibarətdir?
– Mənə elə gəlir ki, iqtidarda müəyyən kadr, əl dəyişməsi prosesi gedir. Məncə, parlamentin tərkibində də dəyişikliklər müşahidə edilməlidir. Hər halda, proseslər göstərir ki, parlamentin tərkibində dəyişikliklər olacaq. Əgər Prezident buna müqavimət göstərən qüvvələri dəf edə bilsə, bu, alınacaq. Məsələn, mən Ramiz Mehdiyevin məqaləsinə baxdım. Yazır ki, təsadüfi adamları hakimiyyətə gətirməyin, onlar gəlib şıltaqlıq edərlər. Halbuki, sənin Kommunist Partiyasından gətirdiyin, təcrübəli dediyin adamlar dövlətə qarşı cinayət törətdi. İndi təzə kadrlar qoyurlar, o da yazır ki, olmaz, çünki onlar təcrübəsizdir, dövlət ənənələrini bilmirlər. ABŞ-da prezident fotoqraf ola bilər, bizdə komitə sədri postuna adi adam qoymaq olmaz, mütləq Kommunist Partiyasının üzvü və ya kiminsə övladı olmalıdır? Bu mənada böyük bir müqavimətin olduğunu da hiss edirəm. Ona görə də deyirəm ki, Prezident bu məsələdə xalqı, ictimai rəyi və müxalifəti öz arxasına almalıdır.
– Namizəd olaraq seçkidə iştirak etmək fikrindəsiniz. Qalib gəlmək şansınızı necə qiymətləndirirsiniz?
– 15 saylı dairədən namizədliyimi irəli sürmüşəm və hazırda imza toplayırıq. Mən nəticə əldə edəcəyəm. Müəyyən mafioz qruplar əvvəlki kimi parlamentə qohum-əqrabalarını soxuşduracaqlarsa, əvvəlki seçkilərdən fərqli bir şey olmayacaq. Yox, əgər İlham Əliyevin apardığı siyasətə uyğun parlament seçkiləri keçiriləcəksə, düşünürəm ki, müxalifətdən 20-30 nəfər parlamentə düşəcək. Onlardan birincisi və ən qabaqda gedəni də mən olacağam. Çünki indiyə qədər seçkilərdə göstərdiyim nəticə göz önündədir. İki dəfə parlament seçkilərində iştirak edib udmuşam, bir dəfə Prezident seçkilərində iştirak edib ikinci yerə çıxmışam. Bundan artıq mən hansı göstərici ortaya qoymalıyam ki, növbəti seçkidə qalib gəlim? İctimai rəydə ən yüksək reytinqi olan müxalif liderlərdən biri də mənəm. İndi bir dairədən parlament seçkisini udmayacağamsa, daha nə oldu? Nəzəri baxımdan mənim uduzmaq şansım yoxdur. Amma saxtalaşdırma olsa, bu ayrı mövzudur.
– İddia edirsiniz ki, normal seçkidə 20-30 müxalifətçi parlamentə düşə bilər. Bu, hazırkı reallıqda bir qədər iddialı bəyanat olmadımı?…
– Əslində, kiçik rəqəm dedim. Normal seçkidə parlamentin 40 faizini müxalifət qazana bilər. Digər tərəfdən indi parlamentin bütövlükdə müxalifətdən ibarət olmasının da elə bir əhəmiyyəti yoxdur. Çünki deputatları istənilən vaxt səlahiyyətlərindən mərhum etmək imkanı var. Mənim düşüncəmə görə, parlamentə hətta radikal müxalifətin düşməsi belə, hökumət üçün təhlükə törətmir. Fikrimcə, parlamentdə müxalifətin geniş formada təmsil olunması islahatların sürətlənməsi, ardıcıllığın təmin edilməsi, narazı elektoratın müəyyən mənada islahatlara cəlb olunması, siyasi mübarizənin küçədən parlament daxilinə keçməsinə yardımçı ola bilər ki, bu da həm cəmiyyətin, həm də hökumətin maraqlarına tam uyğundur.
– Belə nəticə çıxarmaq olar ki, Siz, dolayısı yolla Prezidentin apardığı siyasəti dəstəkləyirsiniz…
– Mən bu siyasəti dəstəkləyirəm. Bu siyasətin prinsipial, ardıcıl olmasını istəyirəm. Fundamental addımlarda xalqın iştirakı olmalıdır. Yalnız xalq Prezidenti əks qüvvələrin hücumundan qoruya bilər. İstər daxili təsir olsun, istərsə də xarici.
Paylaş:
Müəllif : Yazar
Tarix:26-12-2019, 10:10
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:26-12-2019, 10:10
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18