Qanun məcbur etsə də, "Sədərək"lə "Binə"yə yaxın duran yoxdur: - 200 manat azdır?
"Bir neçə sığorta şirkətinin ticarət obyektlərində istismar qaydalarının pozulduğunu əsas gətirərək bu obyektləri sığortalamaqdan imtina halları var. Həmin sığorta şirkətləri burada istismar qaydalarının pozulduğunu və riskin daha çox olduğunu bildirsələr də, sığortalamaqdan imtina edə bilməzlər". Bunu sığorta üzrə ekspert İlkin İbrahimov sığortaçının əmlakı sığorta etməkdən imtina məsələsindən danışarkən Sputnik Azərbaycan-a deyib.
Ekspert bildirib ki, "Diqlas" ticarət mərkəzi yandıqdan sonra bir neçə sığorta şirkəti "Sədərək" və "Binə" ticarət mərkəzlərində daşınmaz əmlakın icbari sığortasından imtina edib: "Amma bu, "İcbari sığortalar haqqında" qanunun 23-cü maddəsinə ziddir. Həmin maddəyə görə, sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz".
O qeyd edib ki, qanunvericilikdə iri obyektlər ilə bağlı 2 icbari sığorta növü tətbiq olunur: "Birincisi, istismar qaydalarının pozulması ilə bağlı daşınmaz əmlakın icbari sığortasıdır. İkincisi isə daşınmaz əmlakın icbari sığortasıdır. İri obyekti icarəyə verən şəxs istismar qaydalarının pozulması ilə bağlı daşınmaz əmlakın icbari sığortasını həyata keçirməlidir. İri obyektlərin içərisində fəaliyyət göstərən fərdi sahibkarlar isə daşınmaz əmlakın icbari sığortasını həyata keçirməlidirlər. Yəni bu iki icbari sığorta növünü müvafiq olaraq iri və xırda sahibkar etməlidir".
"İnzibati Xətalar Məcəlləsinə görə, müvafiq riskləri icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş fiziki və ya hüquqi şəxslər tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər 30 manat, vəzifəli şəxslər 80 manat, hüquqi şəxslər 200 manat cərimə edilir. Şəxs icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır", – deyə o qeyd edib.
Ekspert deyib ki, daşınmaz əmlakın icbari sığortası ilə bağlı əmlakın dəyərinin 0,2 faizi qədər sığorta haqqı hesablanır: "Məsələn, 100 min manatlıq obyekt illik 200 manat məbləğində sığortalanır. 50 min manatıq obyekt isə illik 100 manat məbləğində sığortalanır. Amma daşınar əmlakın sığortasında isə könüllülük var. Bu zaman sahibkar öz mal və məhsulları ilə bağlı gömrük və vergi bəyannamələrini sığorta şirkətinə göstərməlidir. Burada sığorta haqqı əmlakın dəyərinin 0,5 faizinə kimi ola bilər. Məsələn, sahibkar 1 milyon manat dəyərində olan daşınar əmlakına görə illik 5 min manat sığorta haqqı ödəyir".
"Dövlət məcbur edə bilməz ki, sahibkar öz daşınar əmlakını sığortalasın, bu, könüllüdür. Daşınar əmlak ilə bağlı məsuliyyət sırf vətəndaşın üzərindədir, sahibkarlar könüllü şəkildə daşınar əmlakını sığorta etməlidirlər. Bu sahədə maarifləndirməyə ehtiyac var", – deyə ekspert əlavə edib.
Qeyd edək ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov bildirib ki, dünyanın heç bir ölkəsində təbii, yaxud texniki səbəblərdən baş verən fəlakətlərdə əhalinin əmlakına dəyən zərəri dövlətin ödəməsi halı yoxdur: "Dəfələrlə ölkəmizdə sel, zəlzələlər, o cümlədən bəzi ticarət obyektlərinin yanması zamanı zərər çəkmiş vətəndaşlara Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun humanist addımları nəticəsində kompensasiyalar ödənilib, onlar üçün evlər tikilib. Amma bu, başqa dövlətlərdə yoxdur. Azərbaycan dövlətinin qanunvericiliyində də bu məsələlər əksini tapıb. Yəni hər bir fərd özünü, öz həyatını sığortalayır, yaşamaq üçün ev, ticarət mərkəzləri tikir, hər bir şeyi gözəl bəzəyir. Amma insanlar sığorta məsələsinə diqqətsiz yanaşırlar. Haqsız olaraq da dövlətdən kompensasiya istəyirlər. Qanunvericilikdə hər bir məsələ əksini tapıb. İdxal olunan, daxildə istehsal edilən, ticarət mərkəzlərində satışa çıxarılan mallar, əmlaklar necə sığortalanır - bütün bunlar qanunlarda əksini tapıb. Məcburi sığorta ilə bağlı qanunlarımız var. Ona görə də bu sahədə Fövqəladə Hallar Nazirliyinin və bilavasitə bu işlərlə məşğul olan digər dövlət qurumlarının fəaliyyəti artmalıdır".
Nazir əsas məsələnin insan təhlükəsizliyi olduğunu bildirib: "Birincisi insan təhlükəsizliyidir. Bizim cəsur yanğınsöndürənlərimizin apardığı aktiv işlərin nəticəsində çox şükürlər olsun ki, insan həyatına təhlükə yaranmayıb, insanları xilas ediblər. Ancaq yanğında insanların mülklərinə, əşyalara zərər dəyib. Əgər sığorta mədəniyyətini həm orta, həm xırda sahibkarlarımıza mənimsətdirsək, gələcəkdə belə problem ümumiyyətlə olmamalıdır, olsa da, sayı az olmalıdır. Heç kim heç bir şeydən sığortalanmayıb. Heç kim də təminat verə bilməz ki, istismara qəbul edilmiş hər hansı ticarət obyektində, yaxud evdə bu və ya digər səbəbdən hadisə baş verməyəcək. Ona görə də əhali, iş adamları özləri də diqqətli olmalıdırlar".
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin məlumatına əsasən, dekabrın 10-da Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən "EuroHome" tikinti materialları bazarında yanğın baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb. İlkin hesablamaya əsasən, təxminən 5 hektar bazar ərazisinin 2 hektarı yanıb. Bazarın qalan hissəsi və bitişik tikintilər, o cümlədən yaşayış evləri yanğından mühafizə olunub. İlkin ehtimala əsasən, yanğın bazarda yerləşən kafel-metlax satışı mağazasında elektrik kabellərində başlayıb. Hazırda araşdırma işləri davam etdirilir.
Paylaş:
Müəllif : Yazar
Tarix:27-12-2019, 11:09
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:27-12-2019, 11:09
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
21-12-2024, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
21-12-2024, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
21-12-2024, 11:20
Kiyevdə rusların vurduğu "Şah Plov" restoranı deputat Ağalar Vəliyevə məxsusdur - FOTO
21-12-2024, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
21-12-2024, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09