reklam
Regionxeberlericom.az » Sosial » Əhmədzadənin Abşerondakı adamına ittihamlar... - Belə biri ilə yola davam etmək olmaz...

reklam

Əhmədzadənin Abşerondakı adamına ittihamlar... - Belə biri ilə yola davam etmək olmaz...

Abşeron Suvarma Sistemləri idarəsinin rəisi Yusif Ələsgərov hər zaman mətbuatın gündəmində olan məmurlardan biridir. Onun haqqında indiyə qədər nələr yazılmayıb, nələr deyilməyib?

Hələ, 1999-cu ildə futbol üzrə Azərbaycan-Portuqaliya oyunu zamanı stadionda işıqlar sönərkən "Bakıelektrikşəbəkə"nin rəisi kimi mətbuatın hədəfinə tuş gəlmişdi. Bir müddət sonra "Azərsu" ASC-də işləyərkən adıçəkilən qurumun vitse-prezidenti Zaman müəllimə bağ evində atasını göstərərək "bu mənim bağbanımdır" deməsi ilə gülüş hədəfinə çevrilmişdi.
Sumqayıtda Nurka adlı xanıma 2 otaqlı təmirli ev alması, vaxtilə katibəsi olmuş bir xanımı öz doğma adamı ilə evləndirməsi də çoxlarına məlumdur.

Bir vaxtlar "Təbriz" firması ilə etdiyi "maxinasiyalar" barədə də mediada yazılar dərc edilib.

Bu günlərdə daha bir maraqlı məlumatlar üzə çıxıb. Belə ki, təxminən noyabr ayının əvvəlində Yusif Ələsgərov külli miqdarda turbaları qeyri-qanuni şəkildə satmaq istəyərkən hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.Özünün yaxın ətrafına verdiyi məlumata görə, canını qurtarmaq üçün yüz min AZN xərci çıxıb. Hətta, ona əvvəllər himayədarlıq edən PA-nın sabiq rəhbərinin köməkçisi işləmiş Təhməz müəllim də bu işdə ona köməklik edə bilməyib. Onu da bildirək ki, Y.Ələsgərov Təhməz müəllimin villasına 1 km-ə yaxın su xəttini qeyri-qanuni olaraq dövlət büdcəsi hesbına çəkdirib.

Həmişə yarıtmaz, korrupsioner məmur kimi mətbuatın gündəmindən düşməyən və ictimaiyyət arasında nüfuzu olmayan Yusif Ələsgərov barədə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri, cənab Əhməd Əhmədzadə "susqunluğuna" son qoyar. Buna əsas isə Prezident İlham Əliyev cənablarının ölkədə apardığı islahatları, işini bacarmayan korrusioner məmurlara qarşı barışmaz mövqe tutmasıdır.

Araşdırmamız davam edir.


Paylaş:


Müəllif : Tarix:
27-12-2019, 17:57
Sikayət   


loading...
Загрузка...