Azərbaycanda əhalinin siyahıya alınması keçiriləcək - VAXT AÇIQLANDI
Bu gün Azərbaycan Dövlət Statistika Komitəsinin (DSK) sədri Tahir Budaqov BMT-nin Əhali Fondunun (UNFPA) Türkiyədəki nümayəndəsi, Azərbaycan, Gürcüstan və Ermənistan üzrə ölkə direktoru Karl Kulessa ilə görüşüb.
ONA-nın DSK-yə istinadən verdiyi məlumata görə, görüşdə DSK ilə UNFPA arasında gələcək əməkdaşlıq prespektivləri və 1-10 oktyabr tarixlərində Azərbaycanda keçiriləcək əhalinin siyahıya alınmasına hazırlıq məsələləri müzakirə edilib.
T.Budaqov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafının dayanıqlı və sistemli xarakter daşıdığını, ölkə iqtisadiyyatının bütün sahələri kimi milli statistika sisteminin də inkişaf etdiyini və daim təkmilləşdirildiyini qeyd edib.
DSK-nın sədri 1-10 oktyabr tarixlərində ölkədə keçiriləcək əhalinin siyahıya alınmasına hazırlıq işləri barədə də ətraflı məlumat verib və bildirib ki, ötən ilin oktyabrında Qəbələ rayonunda keçirilmiş sınaq siyahıyaalınması zamanı əldə edilən təcrübədən əsas siyahıyaalınmanın daha yüksək səviyyədə təşkili üçün istifadə olunacaq, hazırda isə Təqvim planında nəzərdə tutulmuş tədbirlər uğurla icra olunur.
Öz növbəsində K.Kulessa UNFPA-nın Azərbaycanın bır sıra dövlət qurumu, o cümlədən DSK ilə fəal əməkdaşlıq etdiyini qeyd edib. O, Azərbaycanda keçiriləcək əhalinin növbəti siyahiyaalmasına hazırlıq işlərini də yüksək qiymətləndirib və hər cür dəstəyə hazır olduqlarını vurğulayıb.
Görüşdə DSK ilə UNFPA arasında birgə əməkdaşlığın prioritetləri və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, Azərbaycanda əhalinin siyahıya alınması sonuncu dəfə 2009-cu ildə keçirilib. DSK-nın məlumatına görə, 2019-cu il fevral ayının 1-i vəziyyətinə Azərbaycan əhalisinin sayı 9 988 437 nəfərə çatıb.
Paylaş:
Müəllif : Yazar
Tarix:2-04-2019, 15:14
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:2-04-2019, 15:14
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 11:23
Təkcə müəllimlərdən yığılan 32 milyon manat: Həmkarlar İttifaqı bu pulu hara xərcləyir?
Bu gün, 09:39
İzi itirmək məqsədilə təyyarənin sərnişinlərinin ölümə məhkum edilməsi beynəlxalq cinayətdir
Dünən, 22:01
Təyyarə qəzasında xəsarət alanlara 20 min, vəfat edənlərin ailəsinə isə 40 min manat kompensasiya ödəniləcək
Dünən, 11:29
Yevlax təhsilnə kefsiz baş çəkən komissiya oradan gülərüz ayrılıb - Yevlax təhsili batır
Dünən, 08:42
“Bu, bir alimin, bir ailənin məhvi deməkdir” – SOCAR-dakı işindən çıxarılan alim ETİRAZ EDİR
Dünən, 08:32
Natiq Sadiqovun “Shaurma №1” üzərindəki cinayətkar planı: aldatma və qeyri qanuni mənimsəmə
Dünən, 08:29
Nadir Aslanovun “görmədiyi“ qanunsuz tikilən 110 evin iziylə - Baş purokrorluğa müraciət...
25-12-2024, 17:50