reklam
Regionxeberlericom.az » Sosial » Mənzil satışına görə vergi şərtləri asanlaşdırıldı - ŞAD XƏBƏR

reklam

Mənzil satışına görə vergi şərtləri asanlaşdırıldı - ŞAD XƏBƏR


Yaşayış yeri üzrə qeydiyyatda olduğu mənzilin satılmasına görə fiziki şəxslərə şamil edilən vergi tələbləri dəyişdirilib.

regionxeberlericom.az BiG.AZ-a istinadən xəbər verir ki, bu məsələ “Vergi Məcəlləsi”nə edilən dəyişikliklərdə öz əksini tapıb.

Dəyişikliklər bu gündən etibarən qüvvəyə minir.

Belə ki, dəyişikliyə əsasən, fiziki şəxslərin azı üç təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu mənzilinin satışı vergidən azaddır. Bu baxımdan, minimum üç təqvim ili müddətində yaşayış yeri üzrə qeydiyyatda olduğunuz mənzilin satışından alqı-satqı müqaviləsini təsdiq edən notarius tərəfindən ödəmə mənbəyində fiziki şəxslərdən sadələşdirilmiş vergi tutulmayacaq.

Xatırladaq ki, 1 yanvar 2020-ci il tarixinə qədər yaşayış sahəsini satan şəxsin vergidən azad edilməsi üçün azı beş təqvim ili ərzində həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatın olması tələb edilirdi.


Paylaş:


Müəllif : Tarix:
1-01-2020, 17:16
Sikayət   


loading...
Загрузка...