Şirkətlər mənzilləri qısa müddətdə sığortalaya bilməyəcək: - Kütləvi cərimə isə narazılıq yaradacaq
"Daşınmaz əmlakın icbari sığortası haqqında" qanunun tətbiqinə moratorim qoyulmalı və ya onun icrası dayandırılmaldır. Əks təqdirdə çoxsaylı cərimələr kütləvi sosial narazılığa gətirib çıxara bilər”.
Sherg.az-ın xəbərinə görə, bu sözləri mənzillərin icbari sığortası ilə bağlı danışarkən tanınmış iqtisadçı-alim Qubad İbadoğlu deyib.
İqtisadçı xatırladıb ki, Azərbaycanda 2011-ci il iyulun 24-də qəbul edilən "Daşınmaz əmlakın icbari sığortası haqqında" qanun artıq tətbiq olunmağa başlayıb:
“Qanuna görə, üzərində hüquqların dövlət qeydiyyatı aparılan bütün növ daşınmaz əmlak məcburi surətdə sığorta olunmalıdır. Bir illik İcbari sığorta haqqı sahəsindən asılı olmayaraq bütün növ daşınmaz əmlak üçün Bakı şəhərində 50 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələrində 30 manat müəyyənləşdirilib. İnzibati Xətalar Məcəlləsinə əsasən, icbari sığorta müqaviləsinin bağlanmamasına görə cərimə 30 manat təşkil edir. Cərimə edildikdən 2 gün sonra o, daşınmaz əmlakı sığortalamasa, yenidən və hər 20 gündən bir eyni məbləğdə cərimə olunacaq.
Hazırda 22 sığorta və təkrarsığorta şirkətini fəaliyyət göstərir. Onlardan 12-sinin daşınmaz əmlakı sığorta etmək üçün lisenziyası var. Ölkədə 2019-cu ilin oktyabr ayının 1-ə olan məlumata görə, mülkiyyət hüquqları üzrə aparılmış dövlət qeydiyyatının sayı 2051330-a çatır. Bu isə o deməkdir ki, daşınmaz əmlakın sığortası bütün şirkətlər üzrə bərabər paylanarsa, hər bir şirkətə orta hesabla 170 445 sığorta müqaviləsi imzalamaq lazımdır. Qısa zaman ərzində bu qədər müqaviləni imzalamaq üçün infrastruktura və işçi potensialına malik olmayan sığorta şirkətlərinin ləng fəaliyyəti ucbatından əhalini davamlı cərimələr gözləyə bilər. Kütləvi cərimələnmə hallarının qarşısını almaq üçün sığorta müqaviləsinin on-line müraciət sistemi yaradılmalı, internet üzərindən həyata keçrilən sifarişlər qısa zamanda icra olunmaqla daşınmaz əmlakın icbari sığortasına dair şirkətlər tərəfindən imzalanan müqaviələr qarşı tərəfə poçt vasitəsilə çatdırılmalıdır. Təklif edirəm ki, bu sistem qurulana qədər "Daşınmaz əmlakın icbari sığortası haqqında" qanunun tətbiqinə moratorim qoyulsun və ya təxirə salınsın. Əks təqdirdə çoxsaylı cərimələr kütləvi sosial narazılığıa gətirib çıxara bilər. Çünki, şirkətlərin korporativ maraqlarını təmin edən bu qanun qısa bir zamanda ev təsərrüfatlarının xərclərini 80 milyon manatdan çox artıra bilər”.
Paylaş:
Müəllif : Yazar
Tarix:7-01-2020, 09:54
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-01-2020, 09:54
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Bu gün, 08:54
TƏBİB-in (Şamaxı HMK-nın) tibbi xidmətdən imtinasına qiymət verilmir - 10 ilin ürək, şəkər, Parkinson xəstəsinə TSEK-ə göndəriş verilmir
14-11-2024, 14:57
Batan gəmini axtarırdı, ən böyük kəşfini etdi: Dünyaya yeni ümid verən ixtira Bakıda elan edildi
14-11-2024, 14:46
Plastik əməliyyat etdirənlər şəxsiyyət vəsiqəsini dəyişdirilməlidir? – DİN-dən RƏSMİ AÇIQLAMA
14-11-2024, 11:48