Ağciyər Xəstəlikləri İnstitutunda özbaşınalıq - İDDİA
Bu günlərdə redaksiyamıza Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova ilə bağlı xoşagəlməz məqamları əks etdirən məktub daxil olub.
Məktubu olduğu kimi diqqətinizə çatdırırq:
"Hörmətli redaksiya! Dəyərli diqqətinizə və Azərbaycan Respublikasının Səhiyyə Naziri cənab Oqtay Şirəliyevə çatdırmaq istəyirəm ki, ölkəmizdə aparılan çoxşaxəli islahatlara baxmayaraq, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda ümumi vəziyyət hələ də dözülməz olaraq qalmaqdadır. Buna səbəb isə məlum olduğu kimi institutun direktoru, həkim-mikrobioloq Qədirova Həqiqət Əbdül qızıdır. Öz məkirli, kinli, qərəzli və hüquqazidd əməllərindən usanmayan, ağciyər xəstəliklərindən bixəbər, lakin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun bu günə qədər direktoru olan Qədirova Həqiqət Əbdül qızının dərhal tutduğu vəzifəsindən azad edilməsi zərurətini yaradan kifayət qədər əsaslar mövcuddur.
Xanım Qədirovanın rəhbərlik etidyi institutda tibbi xidmətin keyfiyyəti günü-gündən aşağı düşür. Hazırda institutun reanimasiya şöbəsində həkim yoxdur. Əvvəllər bu tibb müəssisəsində reanimatoloq kimi çalışmış Həqiqət Qədirova tərəfindən qanunsuz olaraq işindən azad edilmiş həkim Vüqar Səfərov qeyd edir ki, “o, işdən çıxarılandan sonra institutda nə gecə, nə də ki, gündüz növbəsində reanimatoloq işləmir”.
Gələn ağır xəstələr tibb bacıları və sanitarkalar tərəfindən qəbul edilir. 25.11.2019-cu il tarixdə gerçəkləşən 31 yaşlı Bağırova Rəhimə Tofiq qızının ölümü qeyd edilən mühakimənin təsdiqidir. Ümumiyyətlə? onu qeyd etmək mümkündür ki, ağır dərəcəli vərəm xəstələrinin instituta qəbulu, müayinə və müalicələri ilə bağlı ciddi pozuntular mövcuddur. Belə ki, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirinin 03 iyul 2014-cü il tarixli “Vərəmlə mübarizənin təkminləşdiriməsi” haqqında əmrindən irəli gələn öhdəliklərə əməl olunmur. Konsultativ poliklinika şöbəsinə rəhbərlik edən Nailə Mahmudova uzun müddətdir ki, bu pozuntuların qüvvədə qalmasına Həqiqət Qədirova ilə bərabər başçılıq edir. Birmənalı olaraq qeyd etmək mümkündür ki, Həqiqət Qədirova-Nailə Mahmudova tandemi institutun fəaliyyətini iflic edib, pozuntuların sayının artmasında meyara çevirilib. İnstitutun Kliniki Diaqnostika Labarotoriyasının müdiri Nuriyə Səlimova Həqiqət Qədirovanın qanunsuzluq ab-havasına dəstək verən, özünü onun yolundan qurban etməyə hazır olan şəxslərdəndir. Həqiqət Qədirovanın varlığından, repressiv fəaliyyətindən, isterik mənəvi-psixoloji məziyyətindən ilhamlanan Nuriyə Səlimova institutda üsyan və narazılıq atmosferinin yaranmasında ciddi rol oynayan şəxslərdən birisidir. Xüsusi olaraq onu qeyd edim ki, vərəmin diaqnostikasında müasir üsulların tətbiqinə baxmayaraq, Nuriyə Səlimova vərəmin diaqnostikasında Həqiqət Qədirovanın təşəbbüsü ilə qanın PZR yolla müayinəsini həyata keçirir. Nəzərə alsaq ki, sözügedən tibbi müəssisəsi ilkin vərəmli xəstələrinin müalicəsi üçün nəzərdə tutulub, onda bu faktın tibbi protokollara zidd olduğunu müəyyən etmiş olarıq. Digər tərəfdən bu barədə təəccüblənməkdə olmur. Çünki Həqiqət Qədirova ixtisasca mikrobioloqdur və o, əvvəllər ixtisasına uyğun olaraq Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru vəzifəsində çalışıb. Həmin vəzifədən isə 2012-ci ildə yaşı və xəstəliyinə görə azad olunub. Maraqlıdır ki, yaşı və xəstəliyinə görə öz təşəbbüsü ilə tutduğu vəzifədən azad edilən Həqiqət Qədirova 2017-ci ilin fevral ayında Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna direktor təyin edilib. Xanım Qədirova instituta direktor təyin olunduğu gündən etibarən özbaşınalığına və vəzifə səlahiyyətlərindən sui-istifadə etmə məramına sərhəd tanımayıb. Onun xüsusilə, hələ gənc yaşında ikən tibb elmləri namizədi adını qazanmış, uğurlu və məsuliyyəti həkimlik fəaliyyəti ilə saysız-hesabsız vətəndaşın etimadını qazana bilmiş və hər zaman hippokrat andına sadiq olmağı bacarmış- tibb elmləri namizədi, həkim-pulmonoloq Məmmədova Səbinə Firidun qızına qarşı olan ənənəvi qanunsuzluğu və qərəzli münasibəti ictimai rəydə geniş etiraza səbəb olmuş, nəticə etibarı ilə Səbinə Məmmədova direktor Həqiqət Qədirova tərəfindən ona qarşı gerçəkləşən işdən çıxarma aktının və digər buna bənzər neqativ səpkili əməllərin qanunsuz mahiyyətini məhkəmə qaydasında sübuta yetirərək 17.09.2019-cu il tarixdə əzmkar qələbə qazanmışdır. Buna baxmayaraq, isterikaya qapıldığı artıq şübhə doğurmayan Həqiqət Qədirova qüvvəyə minmiş və artıq icra edilmiş, Azərbaycan Respublikasının adından elan olunmuş məhkəmə qətnamələrinin rəsmiyyətini və hüquqi qüvvəsini tanımaq istəmir. Hələ də utanmadan gənc tibb mütəxəssisinini məhkəmə çəkişmələrinin predmeti olmuş “Yusifli Çingiz Cabir oğlunun “ qeyri-adekvat müalicəsində ittiham edən Həqiqət Qədirova, özünü gülünc duruma salmaqda sanki niyyətlidir.
O, əlbəttə ki, qeyd olunan bu xüsusla kifayətlənməyərk həkim Səbinə Məmmədovanı 11.03.2017-ci il tarixdə vəfat edən 8 yaşlı Əliyev Emin Sabit oğlunun ölümündə də ittiham edir. Qeyd etmək yerinə düşər ki, azyaşlı vətəndaşımızın vəfatı ilə əlaqədar olaraq ərazi aidiyyatı üzrə Nizami Rayon Prokurorluğunda araşdırma aparılmış və nəticə etibarı ilə müəyyən olunmuşdur ki, həkim Səbinə Məmmədovanın və eləcə də digər müalicə həkimi Elgün Cəbrayılovun baş vermiş ölüm hadisəsində heç bir təqsiri yoxdur. Buna baxmayaraq? Özünü hakim-mütləq, müstəntiq və dövlət ittihamçısı səviyyəsinə qaldırmağa cürət etmiş Həqiqət Qədirova baş vermiş ölüm hadisəsi ilə bağlı tibb elmləri namizədi Səbinə Məmmədovaya və müalicə həkimi Elgün Cəbrayılova vəzfiə səlahiyyətlərindən sui-istifadə etmək məziyyəti ilə “şiddətli töhmət” vermişdir. Bu anti-konstitusyon fakt Həqiqət Qədirovanın özbaşınalığının və vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinin aşkar isbatıdır. Görəsən, prokurorluğun təqsirsiz bildiyi, barələrində müvafiq ölüm hadisəsi ilə bağlı cinayət təqibinə uyğun olaraq məhkəmə qərarı olmayan Səbinə Məmmədova və Elgün Cəbrayılov barəsində ittiham irəli sürmək və onlara əsassız şəkildə “şiddətli töhmət” vermək səlahiyyətini Həqiqət Qədirovaya kim tanıyıb?! Öz savadı, məsuliyyətli işi və ən əsası individual insani keyfiyyətləri ilə böyük rəğbət, etimad və hörmət sahibi olan, uşaq şöbəsinin həkimi-tibb elmləri namizədi Səbinə Məmmədovanı bisavad, qeyri-peşəkar, səriştəsiz və cinayətkar adlandıran Həqiqət Qədirovanın, görünən odur ki, öz intellektual keyfiyyətsizliyindən və qərəzli xarakterindən xəbəri yoxdur. Xanım Qədirovanın diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasının 63-cü maddəsi sizin bu böhtan xarakterli ittihamlarınızı qadağan edir: Ölkə üzrə ən ali hüquqi qüvvəyə malik olan ana qanununun bu maddəsinə görə hər kəsin “Təqsirsizlik Prezumpsiyası” hüququ vardır. Məhkəmənin hökmü olmasa kimsə (Səbinə Məmmədova...) cinayətdə təqsirli sayıla bilməz! Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Tibb müəssisəsinin rəhbərinin nümunəvi (baş direktor, direktor, baş həkim, rəis) vəzifə təlimatının 4.1-ci müddəasına əsasən tibb müəssisəsinin rəhbəri(Həqiqət Qədirova) Azərbaycan Respublikasının Konstitusiyasının bilməyə borcludur. Yuxarıda qeyd edilən məlum ittiham məsələsindən irəli gələrək Azərbayan Respublikasının Konstitusiyasından bixəbər olan H.Qədirova, görəsən tibb elmləri namizədi Səbinə Məmmədovanı bisavad, qeyri-peşəkar, səriştəsiz adlandırmaqda, nə qədər haqlı və savadlıdır?! Göründüyü kimi, qeyd olunan faktlar Həqiqət Qədirovanın aşkar, ultura qərəzli və qanunsuz mənəvi-psixoloji vəziyyətindən qaynaqlanan davranışlarının qeyri-konspirativ olduğunu diqqətə çatdırır. Təbii ki, hər şey bununla kifayətlənmir. Qoca direktor qanuni və qüvvəyə minmiş məhkəmə qətnamələrinə baxmayaraq, hələ də azyaşlı xəstə Yusifli Çingiz Cabir oğlunun müalicəsində Səbinə Məmmədovanın səhvlərə yol verdiyini, eləcə də onun tibbi protokolların tələblərinə riayət etmədiyini qeyd edir. Bu barədə xəstə Yusifli Çingiz Cabir oğlunun anası Yusifova Xumarə Akif qızının məhkəməyə təqdim etdiyi yazılı izahatını və onun Səbinə xanımdan olan məmnunluğunu vurğulmaq yerinə düşər. Lakin nə fayda?! Həkim Səbinə Məmmədovadan olan çoxsaylı razılıqlara və məmnunluqlara baxmayaraq, Həqiqət Qədirova Səbinə Məmmədovanı bisavad elan etməkdə israrlı, obyektiv həqiqət isə dəyişməzdir:
Tibb Elmləri Namizədi Səbinə Məmmədova Həqiqət Qədirovanın ağlasığmaz repressiv qanunsuzluqlarına məhkəmədə qalib gəlmiş mübariz, öz haqqına sahib çıxan, məsuliyyətli, Ulu Öndər Heydər Əliyevin etimad göstərərək xeyr-dua verdiyi hörmətli həkimdir. Onun sadəliyi, insani keyfiyyətləri, həkim kimi təcrübəsi və insanlara bəxş etdiyi savadlı şəfası dillər əzbəridir. Tibb elmləri namizədi Səbinə Məmmədovanı müəyyən zaman ərəfəsində elmi iş dərc etmədiyi üçün savadsız və səriştəsiz hesab edən Həqiqət Qədirova, görəsən özü ağciyər xəstəliklərinin müasir diaqnostikası və müalicəsi ilə bağlı hansısa elmi iş dərc edibmi?! Birmənalı olaraq qeyd edə bilərəm ki, Həqiqət Qədirovanın tibbin pulmonologiya və fiziatriya sahəsi üzrə heç bir elmi işi, eləcə də zəruri təcrübəsi yoxdur. Onu da qeyd edim ki, institutda potensial vərəm yoluxma riski mövcuddur. Hərbi komissarlıqlardan göndərilən çağırışçılarla vərəmə yoluxmuş xəstələr yaxın təmas şəraitində eyni şöbədə müayinə olunurlar. Bu da vərəmə yoluxma riskinini artırır. Qeyd olunan faktlar hesab edirəm ki, öz neqativ əməllərindən, yarıtmaz idarəçilik fəaliyyətindən usanmayan və əmək fəaliyətinin son yaş həddini keçmiş Həqiqət Qədirovanın tutduğu vəzifəsindən azad edilməsi üçün əsasdır.
Hörmətlə: İctimai Vəkil Samir Zeynalov".
Əks tərəfin fikrini öyrənmək üçün H.Qədirova ilə əlaqə saxlasaq da, bu, mümkün olmadı. Buna baxmayaraq, ET Ağciyər Xəstəlikləri İnstitutunun labaratoriyasının həkimi Nuriyə Səlimova ilə danışıb, narazılıqla bağlı fikirlərini öyrəndik.
"ET Ağciyər Xəstəlikləri İnstitutuna, xüsusilə institutun rəhbəri çox hörmətli alim, gözəl şəxsiyyət Həqiqət xanım Qədirovaya bir qrup bədniyyətli şəxslər tərəfindən ünvanlanan xoşagəlməz sözlərin heç biri reallığa uyğun deyil. Saf, vicdanla işləyən, canını, əməyini, bütün qüvvəsini sevgi ilə təmənnasız olaraq səhiyyənin təşkili işinə fədakarcasına sərf edən bir alimə, bir rəhbərə qərəzli şəkildə atılan şər-böhtandır", - deyən həkim xanım illərlə institutda baş verən nizam-intizamsızlığın məhz H.Qədirova tərəfindən aradan qaldırıldığını bildirdi:
- Qanun pozuntuları H.Qədirovaya qədər bu institutda cərəyan edirdi, amma bu barədə heç yerdə fikir, münasibət bildirilmirdi, çünki qanun pozuntusuna yolverən insanlarla işləmək onlar üçün əlverişli idi. H.Qədirova ET Ağciyər Xəstəlikləri İnstitutuna rəhbər təyin olunan gündən işə qarşı tələbkar olub, səhiyyə sistemindəki nizam-intizam qaydalarını tələb edib və belə hal ilə qarşılaşan bəzi işə şəristəsiz yanaşan işçilər üçün arzuolunmaz rəhbərə çevrilib. H.Qədirova işini sevən, bacarıqlı, savadlı, tərbiyəli gənc kadrlara dəstək olan rəhbərdir! Onun fəaliyyətinə ləkə vurmağa can atan insanlara Allah o fürsəti verməyəcək! Mən institutun 20 illik əməkdaşı kimi baş verənlərə biganə və soyuqqanlılıq göstərə bilmərəm! H.Qədirovanın ünvanına yazılanların qeyri-dürüstlüyünü bilərək, ürək ağrısı çəkirəm və səmimi münasibətimi bildirməklə insaniyyətlik borcumu yerinə yetirmək istəyirəm.
O vəkil, hansı ki, sizə institutumuzun rəhbərliyi haqda şikayət ünvanlayıb, bizi izləyir, sosial şəbəkələrdə narahat edir, müxtəlif nömrələrdən xoşagəlməz sözlər yazır, şəxsi nömrələrimizi kimə gəldi paylayır. Onun müdafiə etdiyi xanım iclasda ağsaqqallara belə hörmət qoymadan qalxıb hər sözü dediyi üçün, üstəlik işə davamiyyətini pozduğu üçün işdən azad edilmiş və töhmət almışdı. Həqiqət xanım bu xəstəxanaya direktor təyin edilməmişdən əvvəlki direktorun vaxtında bu işçilər necə istəyirdilər, elə də gəlib-gedirdilər, amma artıq bel deyil. Həqiqət xanım qayda-qanunlara riayət edilməsini tələb edir hər kəsdən, bu da əlbəttə ki, işə dırnaqarası yanaşanlara xoş deyil, sərf etmir onlara. Biz o vəkilə baş qoşmaq səviyyəsində deyilik. Bu barədə lazımi orqanların məlumatı var və lazımi ölçülər götürüləcəkdir.
"Bəs vəkil Samir Zeynalovun iddiasına görə, noyabrın 25-də Həqiqət xanımın ucbatından 31 yaşlı cavan bir qadın dünyasını dəyişib. Bu barədə nə deyərdiniz?" sualına Nuriyyə xanım belə cavab verdi:
"Ölüm? Mən bilmirəm. Bundan xəbərim yoxdur, yalan deyərəm...".
P.S. ET Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirovanı da dinləməyə hazırıq. Mövzuya qayıdacağıq.
Mənbə:Mediapress.az
Paylaş:
Müəllif : Yazar
Tarix:7-01-2020, 09:55
Sikayət
loading...
Загрузка...
Oxşar Xəbərlər

Müəllif :
Yazar
Tarix:7-01-2020, 09:55
Sikayət
Загрузка...
Oxşar Xəbərlər
Xəbər lenti
Dünən, 11:45
Magistral yolların keçdiyi rayonlarda yeni trend: Topraq sahələri kütləvi satışa çıxarılır
Dünən, 11:24
“Sahil Babyev, gəl sənə göstərim ki, biz sakinlərə necə xəstə heyvan verirlər!” – KƏLBƏCƏR SAKİNİNDƏN MÜRACİƏT / VİDEO, FOTO
Dünən, 11:18
Sumqayıtda milyonların talanmasında iştirakçı olan “Saffira Plus” MMC -nin fəaliyyəti niyə yoxlanılmır
Dünən, 11:07
İşçilərin maaşı ilə özünə “imperiya” quran dələduz şirkət rəhbəri QAÇDI - İLGİNC FAKTLAR...
20-12-2024, 21:08
Türkiyənin Suriya üçün göndərəcəyi 75 min ərzaq bağlamasının ilk partiyası yola salındı
20-12-2024, 14:01
Tiktoker Benizin zərərçəkəni hüquq-mühafizə orqanlarına müraciət etdi - 836 min manatdan çox pulunu hissə-hissə ələ keçirib
20-12-2024, 13:48
Ölkəmizə son illər iribuynuzlu heyvanlar HARADAN və NECƏ gətirilir? - “Dana monopoliyası” "kralı"na niyə DUR deyən tapılmır...?
20-12-2024, 12:09
Dünya çempionu 2,5 milyon pul qoyduğu obyektdən çıxarılır - İşin arxasında keçmiş məmur dayanır? - FOTO
20-12-2024, 10:16
Zaqatala sakinlərinin problemi nə vaxt HƏLL olunacaq? - Yararsız yollar, işləməyən avtobuslar...
19-12-2024, 14:24