reklam
Regionxeberlericom.az » Sosial » Şeyxin mühafizəçisinin restoranında özbaşınalıq - İDDİA

reklam

Şeyxin mühafizəçisinin restoranında özbaşınalıq - İDDİA


Qafqazın şeyxi Allahşükür Paşazadəyə məxsus olduğu deyilən və hazırda mühafizəçisi tərəfindən idarə olunan "Ləvəngi” restoranında müştərilərə hörmətsizlik edilir.
regionxeberlericom.az bildirir ki, bu barədə xeber.de-yə restoranda hörmətsizliklə qarşılaşdığını iddia edən müştərilər məlumat veriblər.

Onlar bildiriblər ki, şeyxin 20 Yanvar metrosu yaxınlığındakı restoranında özbaşınalıq yaşanır və işçi kontingenti müştərilərlə olduqca kobud davranır: "Təsəvvür edin ki, restoranda bir dəstə adam var, özlərini mafioz kimi aparırlar. Hamısı şeyxin mühafizəçisi Səxavətin qohum-əqrabalarıdır. Özlərini elə aparlar ki, sanki müştərilər, xalq bunlara borcludur. Restoranda heç bir yazılı menyu təqdim edilmir, xidmətlər baha, bilinmir rəsmi qeydiyyat kimdədir, vergi verir, ya yox... Bunlar da cəhənnəm, adamları konkret hədələyirlər. Şeyxə və Səxavətə arxayındırlar. Adamlar qanun-qayda hərləmirlər”.

Müştərilər deyirlər ki, vəziyyət o həddə çatıb burada növbəti "Relax” olayı baş verə bilər: "Lerikdə baş verən "Relax” olayı yadınızdadır, yəqin. İndi "Ləvəngi”də də durum o həddə çatıb. Müştəri hələ sifariş verəndə belə qorxa-qorxa yaxınlaşır, o ki qaldı özbaşınalıqla üzləşəndə. Bu restoranda dəfələrlə kriminal olaylar baş verib, amma üstünü örtüblər. Hüseynbala Mirələmovun "Min bir gecə” restoranında da öz qohumu başqasını güllədi illər öncə. Həmin durum burada da təkrarlana bilər. Biz bununla bağlı dövlət qurumlarına da müraciət edəcəyik”, - şikayətçilər bildirib.

Redaksiyadan: "Ləvəngi” restoranı ilə bağlı internet və sosial şəbəkə üzərində araşdırma aparsaq da, heç bir əlaqə vasitəsinə və ya rəsmi bir səhifəyə rast gəlmədik. Restoran rəhbərliyini dinləyib, müştərilərin səsləndirdikləri şikayətlərə münasibətlərini dərc etməyə hazırıq.


Paylaş:


Müəllif : Tarix:
10-01-2020, 09:58
Sikayət   


loading...
Загрузка...