reklam
Regionxeberlericom.az » Sosial » Generalları kimlər QARŞI-QARŞIYA qoyur? - İDDİA

reklam

Generalları kimlər QARŞI-QARŞIYA qoyur? - İDDİA


"Müdafiə Nazirliyində Səfər Əbiyev zamanında formalaşmış və bu gün də davam edən bir tendensiya mövcuddur. Məsələn, nazirdən, yaxud Baş Qərargah Rəisindən narazı olan hansısa ehtiyatda və istefada olan zabit orduda xidmət edən hansısa yüksək rütbəli zabit barədə xoş sözlər deyirsə, onu tərifləyirsə, dərhal onun narazı qaldığı rəhbərin (MN və ya BQR) içində şübhələr yaranır. Başlayır haqqında müsbət fikirlər səsləndirilən tabeçilikdəki zabitin gününü qara etməyə. Bununla bağlı onlarla hadisənin şahidi olmuşam və yenə də anoloji proseslərə şahidlik edirik.

Miq.Az xəbər verir ki, bu sözləri özünün şəxsi feysbuk səhifəsində jurnalist Rəşad Süleymanov yazıb:

Jurnalistin sözlərinə görə, Əbiyev dönəmində bu tip intriqaların yaradılması və həyata keçirilməsində ad çıxarmış bir iki nəfər vardır. Bir aya yaxındır müşahidə və analiz edirəm. Öncə Müdafiə nazirini sərt şəkildə tənqid etdilər. İndi tənqidi dayandırıb, başlayıblar Müdafiə Nazirliyi sistemində xidmətdə olan bəzi generalları (əsasən müsbət imicə malik) və digər hərbi qurumlarda, xidmət edən yüksək vəzifəli şəxsləri tərifləyib və bu tərif arasında Müdafiə Nazirliyinin rəhbərliyinə söz atmağa:

"Bu oyunu oynayanların "dabbaqda gönünə bələdəm". Onların kimin fətvası ilə oynandğını da yaxşı bilirik. Nəyə xidmət etdikləri bəllidir: Müdafiə Nazirliyində nazirlə bəzi generallar arasında nifaq yaratmaq, Müdafiə Nazirliyinin və digər güc strukturlarının, xüsusilə DSX, SHXÇDX və DİN Daxili Qoşunlarının rəhbərliyini üz-üzə qoymaq.

Bütün bu gedişlər Rusiyanın Azərbaycan Ordusundakı "səfirinin" əlinə oynayır."-deyə Süleymanov bildirib.


Paylaş:


Müəllif : Tarix:
14-01-2020, 09:14
Sikayət   


loading...
Загрузка...